ZİR

I
(Ağcabədi, Ərdəbil, Naxçıvan, Ordubad, Tovuz, Şərur, Yardımlı)
nəlbəki. – Zir istəkan altında olar (Şərur); – Çayı zirə tök soyusun (Naxçıvan); – İstəkanı qoyrux zirin içinə, çay içirıx (Ordubad)
II
(Kəlbəcər)
şum zamanı kotanın açdığı iz, şırım
ZİNZİLƏ
ZİRAB
OBASTAN VİKİ
Zir Asif (Sərab)
Zir Asif (fars. زيراسف‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (26 ailə).
Zir Əndul (Bükan)
Zir Əndul (fars. زيراندول‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (33 ailə).
Adi zirinc
Adi zirinc (lat. Berberis vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Avropa, Aralıq dənizyanı ölkələri, İran və Kiçik Asiyada yayılmışdır. Avropada təsvir edilmşdir. Boyu 1,5 m-ə qədər olan şaxələnmiş koldur. Boreal coğrafi tipinin Avropa sinfinin Avropa-meşə qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. == Botaniki təsviri == Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır.
Adi zirə
Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür.
Ahrida zirvəsi
Ahrida zirvəsi (bolq. връх Ахрида, ‘Vrah Ahrida’ \'vr&h a-'hri-da\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 3100 m hündürlüklü qaya zirvəsidir. Zirvə Embree buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Zirvə Bolqarıstandakı Şərqi Rodof dağlarındakı zirvənin adını daşıyır. == Yerləşməsi == Ahrida zirvəsi 78°01′48″ c. e. 86°06′46″ q. u. koordinatlarında yerləşmişdir. Heyl dağından 9.8 km şimal-şərqdə, Qoldtiveyt dağından 3.57 km cənub-qərbdə, Silyanov zirvəsindən 6.5 km şərqdə, Todd dağından 9.13 km şimal-qərbdə yerləşmişdir.
Altıqurşaqlı zirehli
Altıqurşaqlı zirehli (lat. Euphractus sexcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Argentina, Boliviya, Braziliya, Uruqvay, Paraqvayda və Surinamda ayrı-ayrı populyasiyalar mövcuddur. Bədəni sarımtıl rənglidir, bəzən tünd və ya açıq qırmızı qəhvəyi olur. Monotipik Euphractus cinsinə aiddir. Bir çox biotoplarda, yağışlı meşələrdən çəmənliklərə qədər olan ərzilərdə yayılmışdır. Əsasən açıq ərazilərdə, Serrado savannasında müşahidə olunurlar. Hər şey yeməsi ilə seçilir, müxtəlif bitki və heyvanlarla qidalanır. Şikarını yuvasında parçalayır. Əksər zirehli növlərindən fərqli olaraq, əsasən gündüz həyat tərzi keçirir.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Argentina zirehlisi
Argentina zirehlisi (lat. Chlamyphorus truncatus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Kaktuslar və tikanlı kollar bürümüş quru çöllüklər və düz qumlu ərazilərin yayıldığı mərkəzi Argentinada aşkarlanmışdır. == Ümumi məlumat == Argentina zirehlisi quyruq istisna olmaqla, 90–115 mm-ə qədər böyüyür. Solğun çəhrayı və ya çəhrayı rəngdə olması ilə fərqlənirlər. Qorxduqda bir neçə saniyədə özünü tamamilə torpağa basdıra bilirlər. Gecə heyvanıdır. Qarışqa yuvalarına yaxın quru torpaqda kiçik çuxurları qazırlar. Əsasən qarışqa və ya sürfələri ilə qidalanırlar. Həm də bəzən qurdlar, ilbizlər, böcəklər və onların sürfələri ilə yanaşı bitki kökləri də qidalana bilirlər.
Asiya zirinci
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Avropa Zirvəsi
Avropa Zirvəsi — Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir. Avropa Dövlət və Hökumət Başçıları Şurası, Avropa İttifaqı Liderlərinin Sammiti və ya sadəcə olaraq Avropa Şurası (ingiliscə: European Council) Avropa İttifaqının ən yüksək siyasi qurumudur. İngilis dilində Avropa Şurası adlandırılan və yalnız Avropa Birliyinə üzv dövlətlərlə əlaqəli olan bu qurumu qırx yeddi üzvü olan Avropa Şurası ilə qarışdırmaq olmaz. Sammit Avropa İttifaqına üzv dövlətlərin dövlət və ya hökumət başçılarının və Avropa Komissiyasının sədrinin iştirakı ilə keçirilir. Sammitə Avropa İttifaqı Şurasının sədri sədrlik edir. Avropa Dövlət və Hökumət Başçıları Şurasının qanunvericilik və icraedici səlahiyyətləri yoxdur, lakin Avropa İttifaqının mühüm məsələləri ilə məşğul olur. Sammit ildə ən azı iki dəfə toplanır. İclaslar ümumiyyətlə Belçikanın paytaxtı Brüsseldə, eyni zamanda Avropa İttifaqı Nazirlər Şurasının qərargahı olan Justus Lipsius binasında keçirilir. Türkiyənin Avropa Birliyinə namizəd ölkə statusu Hökumətlərarası Şuranın 1999-cu ildəki Helsinki Zirvəsində səsbirliyi ilə qəbul edilmişdir. Şura Avropa Birliyinin əsas qanunverici qurumudur və üzv ölkələr arasında iqtisadi və siyasi qərarların yerinə yetirilməsi üçün koordinasiya rolunu oynayır.
Avstraliya Zireh və Artilleriya Muzeyi
Avstraliya Zireh və Artilleriya Muzeyi İkinci Dünya Müharibəsi və müharibədən sonrakı dövrlərdəki tanklara, zirehli texnikalara və artilleriyaya həsr olunmuş şəxsi muzeydir. Rəsmi olaraq 2014-cü ildə Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində açılmışdır.Muzey ixtisar edildiyi zaman Littlefield kolleksiyasından bəzi əşyalar da daxil olmaqla, sərgi üçün xaricdən bir sıra nəqliyyat vasitələri və əşyalar alınır. Bu, Avstraliyadakı ən böyük hərbi maşın kolleksiyasıdır və Puckapunyaldakı Avstraliya Kral Zirehli Korpusu Memorialı və Ordu Tank Muzeyindən başqa Avstraliyada yeganə böyük avtomobil kolleksiyasıdır. Bu, dünyada artilleriya və zirehli döyüş maşınlarının ən böyük şəxsi kolleksiyalarından biridir. Muzeydə Rusiya, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ və Çexoslovakiyadan olan texnikalar da daxil olmaqla, bir sıra xarici istehsalçıların texnikaları saxlanılır. == Kolleksiyası == Muzeydə Birinci Dünya Müharibəsinə aid artilleriya, İkinci Dünya Müharibəsindən və müharibədən sonrakı dövrə aid texnikalar mövcuddur. Bütün kolleksiyada 190-dan çox eksponatla birlikdə 100-dən çox maşın vardır. Bəziləri də bərpa və tranzitin müxtəlif mərhələlərindədirlər. Kolleksiyada Almaniya, ABŞ, Avstraliya, Britaniya və Rusiya nümunələri də daxil olmaqla bir sıra zirehli maşınlar sərgilənir. === ABŞ nəqliyyat vasitələri === Kolleksiyaya daxil olan ABŞ avtomobillərinə həm erkən model, həm də sonrakı model Stuart, M47 Patton, M48 Patton, M110 özüyeriyən artilleriyası, M3 Lee, M3 Grant, Sherman M4A1, White zirehli yarımtransportyoru, Staghound, M52 105 mm SPG, LVT4 desant maşını, M114 Komanda və Kəşfiyyat maşını, M577A1 Komanda maşını (keçmiş Avstraliya Ordusu), M113A1 (keçmiş Avstraliya ordusu), White M3 zirehli yarımtransportyoru, Staghound zenit silahının variantı, M3 Grant “yerli təsərrüfat versiyası”, M36 Jackson, M7 Priest və M41 Uoker Bulldoq daxildir.
Avtomobil zirehi
Avtomobil zirehi, tanklar, təyyarələr və gəmilər kimi zirehli döyüş maşınlarında maşın heyətini qəlpə, güllə, döyüş raketi və ya top mərmisi kimi düşmən atışlarından qorumaq üçün istifadə olunan zireh növüdür. Mülki nəqliyyat vasitələri də zirehli ola bilər. Bu vasitələrə hökumət rəsmiləri (məsələn, prezident limuzinləri), müxbirlər və münaqişə regiy və ya şiddətli cinayətin olduğu yerlərdə mülki şəxslər tərəfindən istifadə edilən zirehli maşınlar daxildir. Mülki zirehli avtomobillər həmçinin, təhlükəsizlik firmaları tərəfindən soyğun və ya yük qaçırma riskini azaltmaq üçün pul və ya qiymətli əşyaları daşımaq üçün də istifadə olunur. Zireh, nəqliyyat vasitələrini qəsdən həyata keçirilmiş hücumlardan başqa təhdidlərdən qorumaq üçün də istifadə edilə bilər. Bəzi kosmik aparatlar mikrometeoroidlərdən və ya kosmik tullantılardan müdafiə olunmaq üçün xüsusi zirehlə təchiz olunmuşdurlar. Jet mühərrikləri ilə işləyən müasir təyyarələrdə, kompressorun və ya fanın zədələnməsi halında təyyarə korpusunun zədələnməməsi üçün qaz turbin mühərriklərinin ətrafına fan mühafizə və ya qəza mühafizə divarı adlandırılan aramid kompozit kevlardan hazırlanmış xüsusi bir zireh növü quraşdırılmışdır. Nəqliyyat vasitəsinin dizaynı və təyinatı daşınan zireh miqdarını müəyyənləşdirir. Zireh örtükləri çox vaxt ağır olur və həddindən artıq zireh nəqliyyat vasitəsinin hərəkət qabiliyyətini məhdudlaşdırır. Bu problemi azaltmaq üçün buckypaper və alüminium köpük zireh lövhələrini əhatə edən bəzi yeni materiallar (nanomateriallar) və material kompozisiyaları tədqiq edilir.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)
Azər Rzazadə. Zirvəyə aparan yol qısametrajlı sənədli televiziya filmi 2014-cü ildə İctimai televiziyada istehsal edilmişdir. Film gənc vokalçı, Müslüm Maqomayevdən sonra dünyanın məşhur "La Scala" vokal akamediyasında təhsil alan ikinci azərbaycanlı müğənni Azər Rzazadədən bəhs edir. == Məzmun == Film gənc vokalçı, Müslüm Maqomayevdən sonra dünyanın məşhur "La Scala" vokal akamediyasında təhsil alan ikinci azərbaycanlı müğənni Azər Rzazadədən bəhs edir.
Azərbaycan Respublikasında ən yüksək dağ zirvələri
== Böyük Qafqaz dağ sistemi == Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə, Baş Qafqaz silsiləsinin cənub yamacına paralel uzanan Alazan-Əyriçay çökəkliyinə, Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsinə, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsinə bölünür: == Kiçik Qafqaz dağ sistemi == Kiçik Qafqaz dağ sistemi Azərbaycan Respublikasındakı hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. == Talış dağ sistemi == Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.
Azərbaycanda dağ zirvələri

Azərbaycandakı ən yüksək dağ zirvələri

Azərbaycanın ən yüksək dağ zirvələri

Bezden zirvəsi
Bezden zirvəsi (bolq. връх Безден, ‘Vrah Bezden’ \'vr&h 'bez-den\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2900 m hündürlüklü qaya zirvəsidir. Zirvə Patleyna buzlağından şimalda, Ellen buzlağından cənubda yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir.Zirvə qərbi Bolqarıstanda yerləşən Bezden şəhərinin adını daşıyır. == Yerləşməsi == Bezden zirvəsi 78°04′57″ c. e. 85°42′07″ q. u. koordinatlarında yerləşmişdir.
Bokser (zirehli döyüş maşını)
Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Broks zirvəsi
Broks zirvəsi (bolq. връх Брокс, ‘Vrah Brocks’ \'vr&h 'broks\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2300 m hündürlüklü qaya zirvəsidir. Zirvə Ahrida zirvəsindən 6.5 km qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Zirvə Bolqarıstanlı alpinist və mütəşəkkil turist hərəkatın pioneri adını daşıyan Helmut Broksun (1895-1969) adını daşıyır. == Yerləşməsi == Broks zirvəsi 78°01′32″ c. e. 86°18′34″ q. u. koordinatlarında yerləşmişdir. Ahrida zirvəsindən 4.58 km qərbdə, Strahil zirvəsindən 7.7 km şimalda, Silyanov zirvəsindən 5.55 km şərqdə, Mursalitsa zirvəsindən 11.73 km şimalda, Dalrumpl dağı 10 km cənub-qərbdə yerləşmişdir.
Buluqqin ibn Ziri
Əbülfütuh Yusif Buluqqin ibn Ziri bin Mənad əs-Sanhaci (v. may 984) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı. == Həyatı == Bərbəri əsilli Sanhacə qəbilənə mənsub olan Buluqqinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Buluqqini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Buluqqinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Buluqqin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha ita¬ətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Mıisirə getdiyi təqdirdə ölkəsinin istila edil¬məsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Buluqqin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971).
Böyük Zirə
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Böyük Zirə mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan MəmmədovTəyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Cırtdan zirehli
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Darvin zirinci
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).

Digər lüğətlərdə

гне́вать луда наплывно́й наста́вник парха́тый сгруппирова́ться суда́рынька ухмы́лочка гиперинфля́ция глубоково́дье принужде́ние произво́дственный прорабо́тать ску́пщик сужа́ть клецы паламида пресс-папье сардель crazy bone eco-activity pent-up presignify тянуться штрейкбрехерство