ZİYA

ZİYA – QARANLIQ Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı (A.Səhhət); Yalnız indi-indi qaranlıq evə alışan doktor qəmgin-qəmgin Badam xalaya baxdı (M.Hüseyn).

ZİRƏKLİK
ZİYAN
OBASTAN VİKİ
Doktor Ziya
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. == Həyatı == 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb.İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub.Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. === Şəxsi həyatı === Ailəlidir, iki oğlu var.
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). == Həyatı == Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). == Həyatı == Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Yusif Ziya
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əbcəd یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Ziya Ağa
Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı. == Həyatı == Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb. Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb.
Ziya Bünyadov
Ziya Musa oğlu Bünyadov (24 dekabr 1921, Astara, Lənkəran qəzası – 21 fevral 1997, Bakı) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir. == Həyatı == Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranın Liman şəhərində doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: === Erkən illəri === Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi.
Ziya Bünyatzadə
Bünyatzadə Ziya Əli oğlu (1937, Kirovabad – 1997) — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bünyatzadə Ziya Əli oğlu Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1964–1970-ci illərdə Respublikanın Nazirlər Soveti sədrinin referenti və işlər müdirinin müavini işləmişdir. 1969-cu ildə "Cənubi Xəzər çökəkliyinin qaz-neft vulkanizmi və onların təzahür qanunauyğunluğu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft yataqlarının yarıq tektonikası ilə əlaqəsi, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı problemləri üzrə işləmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi"nin tərtibinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. 1991-ci ildə "Qaz-neft vulkanizmi və neft-qaztoplanma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Bünyatzadə Z. Ə. AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neftin genezisi və böyük dərinliklərin neftqazlılıq problemi" laboratoriyasına rəhbərlik etmişdir.
Ziya Gökalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. == Həyatı == Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur.Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur. Hasib Əfəndi İslâm aləminin fəlsəfəsini yaxşı bilən, ziyalı bir insan olmuş, İbn Sina, İbn Rüşd, İmam Qəzali kimi böyük İslam filosoflarını ona tanıtdırmışdır.
Ziya Göyalp
Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876, Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili – 25 oktyabr 1924, Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair. == Həyatı == Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur. II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncə və siyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur.Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur. Hasib Əfəndi İslâm aləminin fəlsəfəsini yaxşı bilən, ziyalı bir insan olmuş, İbn Sina, İbn Rüşd, İmam Qəzali kimi böyük İslam filosoflarını ona tanıtdırmışdır.
Ziya Gözəlov
Ziya Zahid oğlu Gözəlov (19 yanvar 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziya Gözəlov 2002-ci il yanvarın 19-da Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziya Gözəlov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ziya Hacızadə
Ziya Salman oğlu Hacızadə (29 aprel 1934, Baş Göynük, Nuxa rayonu – 29 sentyabr 2004, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya elmləri namizədi. == Həyatı == Ziya Hacızadə 29 aprel 1934-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. O, 1951-ci ildə Bakı şəhər 1 saylı orta məktəbi bitirmiş, ardınca isə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Hacızadə buradan 1956-cı ildə məzun olmuşdur. O, məzun olduqdan sonra Neft Daşlarına işə göndərilmiş, 1962-ci ilə qədər orada operator, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Hacızadə 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında əyani aspiranturanı bitirmiş və "Neftlilik-qazlılıqla əlaqədar olaraq Abşeron vilayəti qərb kənar zonasında qırməkanaltı lay dəstəsinin hidrogeoloji və hidrokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir.Ziya Hacızadə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. O, 1968–1972-ci və 1980–1981-ci illərdə Əlcəzairdə, Əhməd Buqarə adına Bumerdes Universitetində fransız dilində geoloji fənlərdən dərs demişdir. Hacızadə 1972-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mədən geologiyası" kafedrasında dosent vəzifəsində çalışmışdır. O həmçinin, uzun müddət geoloji-kəşfıyyat fakültəsinin dekan müavini və dekanı olmuşdur.Ziya Hacızadə 29 sentyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == Ziya Hacızadə bir sıra dərslik, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir.
Ziya Həsənov
Ziya Niyazi oğlu Həsənov (11 oktyabr 1989; Ağdam, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ziya Həsənov 1989-cu ilin 11 oktyabr günündə Ağdam şəhərində anadan olub. 2016-cı ilin 8 iyun günündə Ziya Həsənovun ölümündən sonra Yağmur adında qız övladı gəldi. == Hərbi xidməti == İlk öncə Ziya Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. 2012-ci ildə TTM-də təlimlərdə fərqlənmiş, sonralar isə cəbhəxəttində tağım komandiri, leytenant kimi fəaliyyət göstərmişdi. 2015-ci ildən baş leytenant idi. İyuln ayindan sonra Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin etmişdilər Ziya Həsənov APREL DÖYÜŞLƏRI zamani düşmənlə təmas xətti boyunca olan şiddətli döyuşlərdə qəhramcasina Şəhid olmuşdur. Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Ziya Kurmakayev
Ziya Əhmədcanoviç Kurmakayev (15 fevral 1911, Tatar Şmalak[d], Saratov quberniyası[d] – 9 may 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri (1976–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri (1967–1976), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1950–1953), Azərbaycan SSR xalq sovxozlar komissarı (1940–1941). == Həyatı == Ziya Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Şumalak kəndində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləmişdir.Ziya Kurmakayev 1930-cu ilin sonlarından komsomol işində olmuşdur. 1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçmişdir. Orduda komsomol və partiya işinə seçilmiş, tərxis edildikdən sonra komsomolda müxtəlif vəzifələrdə işləmişdir. Ziya Kurmakayev 1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilmişdir.1939-cu ilin dekabr ayından Ziya Kurmakayev Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR xalq sovxozlar komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışmış, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olmuşdur. Sonralar mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrə göndərilmişdir.Ordudan tərxis olunduqdan sonra Ziya Kurmakayev Azərbaycan KP MK-nın kənd təsərrüfatı və sənaye şöbələrində rəhbər vəzifələrdə işləmiş, 1946-cı ildən 1949-cu ilədək ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində oxumuşdur. Azərbaycan SSR avtomobil nəqliyyatı naziri, sonra isə yenidən Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin müdiri olmuşdur. 1967-ci ilin aprel ayından Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri, 1976-cı ilin noyabr ayında qurumun yenidən təşkil edilməsindən sonra isə Azərbaycan SSR Dövlət Əmək Komitəsin sədri vəzifələrində işləmişdir.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. == Həyatı == Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. == Hərbi fəaliyyəti == 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Ziya Məcidli
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. == Həyatı == 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb.İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub.Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. === Şəxsi həyatı === Ailəlidir, iki oğlu var.
Ziya Məmmədov
Ziya Ərzuman oğlu Məmmədov (28 aprel 1952, Qazıqumlaq, Ucar rayonu) — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri. == Həyatı == Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974–1980-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır. 1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991–1993-cü illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində işləmişdirX === Ailəsi === Ailəlidir, 2 övladı var.
Ziya Nuriyev
Ziya Nuriyev (başq. Зыя Нурый улы Нурыев; 8 (21) mart 1915 – 19 oktyabr 2012, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. 4-11 çağırış SSRİ Ali Sovetinin Başqırd Muxtar Sovet Sosialist Respublikasıdan olan millət vəkili (1954-1986). Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1961-1986). Sosialist Əməyi Qəhrəmanı (1975). Miliyyətcə başqırddır. == Təhsili == Birsk Pedaqoji Kolleci (1933) və Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini (1951) bitirmişdir. 1966-cı ildə İqtisad elmləri namizədi olmuş və "İqtisadiyyat və Taxıl istehsalı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Bioqrafiyası == 8 mart 1915-ci ildə Ufa quberniyasının Birsk qəzasının Verxne Laçentau kəndində (indiki Başqırdıstanın Birsk rayonunun Verxnelaçentau kəndi) kəndli ailəsində anadan olmuşdur. Anasının ulu babası bir volost rəhbəri idi.
Ziya Nurməmmədov
Ziya Zabil oğlu Nurməmmədov (29 avqust 2001, Sığırlı, Kürdəmir, Azərbaycan — 13 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə çağırilıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ziya Nurməmmədov Füzulinin azad edilməsində savaşıb. Ziya Nurməmmədov 2020-ci il 13 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kürdəmirdə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ziya Nurməmmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziya Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. == Həyatı == Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziya Quliyev
Quliyev Ziya Yelmar oğlu (29 iyul 1973, Yeni Daşkənd, Bərdə rayonu – güm. 2 aprel 1993, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Quliyev Ziya Yelmar oğlu 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.Bərdə RHK-ya müraciət edərək Milli Orduya könüllü getmişdir. N saylı hərbi hissənin atıcısı olmuşdur. İki aylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sıravi əsgər Ziya Quliyev 2 aprel 1993-cü ildə Kəlbəcər rayonunda bud nahiyəsindən ağır yaralanmış, döyüş bölgəsindən çıxa bilməmiş və şəhid olmuşdur. Şəhidin meyitini götürmək mümkün olmamışdır. Məzarının yeri məlum deyil.Subay idi.
Ziya Rəcəbov
Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir. 2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi vəzifəsini icra edir. == Həyatı == Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 18 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub.
Ziya Yergök
Ziya Yergök (1873, Artvin - ö. 1 iyun 1949, İstanbul), türk əsgəri. == Həyati == 1873-cü ildə Artvin mərkəzinin Aşağı Hod kəndində anadan oldu.Atası Çito ləqəbli Ahmet Usta, anası Esma Xanımdır. 6 yaşında olarkən ailəsi ilə birlikdə Ərzuruma köçdü. Yoxsul və yarı aclıqdan əziyyət çəkən bir uşaqlıq yaşadı və 12 yaşında yetim qaldı. Ərzurumdakı hərbi liseyə keçdi. Hərbi Akademiyanı qazandı. Hərbi Akademiyanı bitirdikdən sonra Hərbi Akademiyanı bitirib Ərzincanı püşkatmada çəkdi. 1909-cu ildə qolağası rütbəsinə yüksəldi və Ərzurumda 7-ci Diviziyaya təyin edildi. 1914-cü ildə 83.
Ziya Yusifzadə
Ziya Məmmədiyyə oğlu Yusifzadə (d. 15 fevral 1929, Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 29 sentyabr 2015, Bakı, Azərbaycan) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (1980–1988). == Həyatı == Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952–1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972–1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 18 iyun 1980 – 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.
Ziya paşa
Ziya paşa (1829, Konstantinopol – 17 may 1880, Adana, Adana vilayəti) — Türk yazıçısı, şairi və dövlət adamı. Əsl adı "Əbdülhəmid Ziyaəddin" dir. == Həyatı == Türkiyə türk ədəbiyyatının Avropa meyilli nümayəndələrindən olan Əbdülhəmid Ziya Paşa 1829-cu ildə İstanbulda doğulmuşdur. Müxtəlif elm sahələrinə böyük həvəs göstərən Ziya Paşa ilk təhsilini əvvəlcə məhəllə məktəbində, daha sonra təhsilini “Məktəbi ədəbiyyə”də davam etdirmişdi. O,17 yaşından etibarən tanınmış yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə bağlanmış, xüsusilə Divan ədəbi nümayəndələri ilə yaxınlıq etmişdir. Daha sonra o, Arif Hikmət bəyin evində 1861-ci ildə Divan şeirini inkişaf etdirmək məqsədi ilə yaradılan “Əncümənü-şüəra” cəmiyyətinə daxil olur. Sarayda dövlət katibi kimi fəaliyyət göstərən Ziya Paşa müəyyən müddət sonra saray ziddiyyətlərinə görə buradan uzaqlaşmışdır. Siyasi çəkişmə və gərginlik onun Türkiyədə qalmağına imkan verməmiş, o, 1867-ci ildə Avropaya getməyə məcbur olmuşdur. O, əvvəlcə Parisə, daha sonra Londona getməyə məcbur olmuşdur. Lakin bu şəhərlərdədə öz fəaliyyətindən qalmayan Ziya Paşa 1867-ci ildə “Müxbir”, 1868-ci ildə Namiq Kamal tərəfindən əsası qoyulmuş “Hürriyyət” qəzetlərini çap etdirir.
Ziya Şıxlinski
Ziya Şıxlinski — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şıxlinski Ziya Ənvər oğlu 1951-ci il mayın 18-də Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1968-ci ildə 160 saylı orta məktəbi bitirərək, həmin il ADU-nun filologiya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında işləmiş, bir sıra filmlərin çəkilişi zamanı rejissor assistenti və ikinci rejissor kimi iştirak etmişdir, 1985–87-ci illərdə "Sovet Azərbaycanı" və "İncəsənət və gənc nəsil" kinojurnallarında rejissor kimi fəaliyyət göstərmişdir. 1987–89-cu illərdə Moskvada ikiillik Ali Rejissorluq kursunda oxumuşdur. == Yaradıcılığı == Budapeşt, Novoçerkask, Praqa, Əfqanıstan, Alma-Ata, Tbilisi və Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğınlara həsr olunmuş "Ruslar müharibə istəyirmi?" (1990), general Əli ağa Şıxlinskiyə həsr olunan "Artilleriyanın allahı sayılırdı" (1996), Azərbaycan ərazisində yaşamış almanlara həsr olunan "Bir həsrət nəğməsi" (1997) və xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş "Ayrılan yollar" (1997) sənədli filmlərini çəkmişdir. Digər sənədli filmləri: "Şopenin qayıtması" (1998), "8 dəqiqə yarımlıq düşüncə" (1999), "Doğma yer yoxdur" (2003), "Həyat mənbəyi" (2005), "Həyatın izləri" (2006), "İbadət" (2007), "Azərbaycan motivləri" (2008), "Azərbaycan musiqisi" (2009), "Dünyaya açılmış pəncərə", "Onun böyük ürəyi", "Ürəkdən çəkən rəssam" (2010), "Fotorəssam" (2011). == Mükafatları == 2011-ci ildə Milli Kino Günü münasibəyilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" fəxri adı ilə təltif olunmuşdur. Ziya Şıxlinski hal-hazırda Cəfər Cabbarlı adına kinostudiyada çalışır.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Abbasqulu xan Ziyadoğlu-Qacar
Abbasqulu xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar (1642, Gəncə – bilinmir, Gəncə) — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı, səfir. == Həyatı == Abbasqulu xan Uğurlu xan oğlu II Şah Səfinin (Süleymanın) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi оlmuşdu.Gürcüstan valisi Geоrgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sоnra, 1666-cı ildə Qarabağın və 1688-ci ildən 1694-cü ilədək kaxetiyanın hakimi оldu. Şah Sultan Hüseyn Səfəvi оnu Qarabağ və kaxetiyadan çağırıb İsfahana gətirtdi. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyətinin ilk dönəmində bütün Qızılbaşlar оrdusunun başında durmuşdu. Abbasqulu xan оrdu kоmandanı kimi Süleyman paşanı məğlub etmişdi. Üsyançı Baban kürdlərini cəzalandırmışdı. Qasım sultan Avramini öldürmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı. AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. == Həyatı == Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr 1872-ci ildə Gəncə şəhərində doğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur.Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir. === Təhsili === Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Çar dövrü === Avropa və Şərq dillərini əla bilib. 1905-ci ildən Bakıda Ə. B. Topçuboşovun (1865–1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib.
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
Aydın Ziyadlı
Aydın Əbülfət oğlu Ziyadlı (29 yanvar 1951, Bakı) — Sənətşünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1991). == Həyatı == Aydın Əbülfət oğlu Ziyadlı 29 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. Konservatoriyada Lenin təqaüdü ilə oxuyub. 1974-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə tamamlayıb. Aydın Ziyadlı Çerkazov adına Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya institutunun aspiranturasına qəbul olub. 1985-ci ildə tanınmış musiqişünas İzali İosifoviç Zemtsovskinin rəhbərliyi altında "Müasir Azərbaycan musiqisi" adlı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb. Aydın Ziyadlının əsas yaradıcılığı xalq musiqisi ilə bağlıdır. O, xalq musiqisini müxtəlif — tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur.Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür. Qanlı 20 Yanvar hadisələrinə həsr etdiyi, lakin səslənməsinə qadağa qoyulan “Xalqı da ağladarlarmış, Allah, Allah, Allah!” radio verilişinin mətni “Şahidlər” kitabına daxil edilmişdir.
Azərbaycan Ziyalılar Forumu
Azərbaycan Ziyalılar Forumu — Azərbaycanda ictimai təşkilat. == Tarixi == Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılmışdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur. == Məqsədi == Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. == Məşvərət Məclisi == Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqandır. Bu orqan 27 iyun 2012-ci ildə yaradılmışdır. === Məşvərət Məclisinin tərkibi === Rüstəm İbrahimbəyov Ramiz Rövşən Cəmil Həsənli Rafiq Əliyev Eldar Namazov Gültəkin Hacıbəyli Çingiz Hüseynov Cavanşir Quliyev Musa Yaqub Eldəniz Quliyev Elçin Şıxlı Arif Əliyev Mehman Əliyev Qulu Məhərrəmli Ramiz Abutalıbov Arzu Abdullayeva Zəfər Quliyev Erkin Qədirli == Mənbə == YAP-çı deputat: "Özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur". mediaforum.az 28.12.2011 Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (az.) == İstinadlar == == Xarici keçidlər == Cəmil Həsənli Ziyalılar Forumu barədə.
Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, 720 səh.
Azərbaycan ziyarətgahları
Azərbaycan ziyarətgahları — azərbaycanlıların tarixən və müasir dövrdə yaşadığı ərazilərdə yerləşən və davamlı olaraq ziyarət edilən pir, ocaq və s. müqəddəs yerlərdir. Ziyarətgahlarda həm islamdan əvvələ, həm də islam sonrasına aid izlərə rast gəlinir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir. Həmçinin azərbaycanlıların digər xalqlar ilə ortaq ziyarət etdiyi yerlər mövcuddur. Azərbaycan ziyarətgahları milli səviyədə qeyri-maddi mədəni irs olaraq qeydiyyata alınmışdır. == Növlərinə görə == Azərbaycan inanclarında kiçik məişət əşyalarından tutmuş silahlara, bulaqlara, təpələrə, qayalara kimi müxtəlif obyektlər ilahiləşdirilib tarixin müxtəlif dövrlərində insanların ümid yerinə çevrilmişdir. Müxtəlif nağıl və dastan nümunələrində bir sıra sehrli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Bu inanclara müxtəlif yerlərin müqəddəsləşdirilməsində də qarşılaşılır.
Aşıq Ziyad
Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq. == Həyatı == Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.30 iyun 1942-ci ildə Ukraynanın Sevastopol rayonu ərazisində əsir düşmüşdür.
Babı (ziyarətgah)
Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. == Haqqında == Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib.
Böyükkişi Ziyadov
Böyükkişi Ziyadov — Azərbaycan jurnalisti. == Həyatı == Ziyadov Böyükkişi Əhəd oğlu 10 mart 1937-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğulduğu Yuxarı Şilyan kənd məktəbində alan B. Ziyadov orta məktəbi bitirdikdən sonra bir müddət kolxoz işində çalışmışdır. Sonra o, Bakı şəhərinə gəlmiş və Bakı Ticarət Texnikumunu bitirmişdir. O, bir müddət paytaxtın ticarət müəssisələrində çalışdıqdan sonra hələ ilk uşaqlıq illərindən qəlbində yuva qurmuş jurnalist olmaq arzusu ilə sənədlərini S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə verərək qəbul ounmuş və universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ tələbəlik illərində Böyükkişi Ziyadov imzası o dövrün qəzetlərində tanınırdı. O, 1971-ci ildən taleyini «Azərbaycan gəncləri» qəzetinə bağlamışıdır. Ədəbi işçi kimi işə qəbul olunan B. Ziyadov az sonra qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və uzun müddət bu vəzifədə çalışmışdır. Böyükkişi Ziyadov imzası ötən əsrin 70-80-ci illərində ziyalıların, jurnalistika ilə maraqlanan və məşğul olan yaradıcı insanların yaxşı xatırladığı və hörmət etdiyi bir imza idi. O, «Azərbaycan gəncləri» qəzetində sevilə-sevilə oxunan, xalq arasında çox populyar olan «Komsomol projektoru» və “Rəndə” rubrikalarının rəhbəri kimi həmin illərdə respublikamızın bütün bölgələrindən hazırladığı reyd materialları və felyetonları ilə hamını heyrətləndirirdi.
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyindədir. == Yeri == Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
Fəqan Ziyadov
Fəqan Ziyad oğlu Ziyadov (1 yanvar 1995; Mustafaağalı, Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəqan Ziyadov 1995-ci ildə Bərdə rayon Mustafaağalı kəndində doğulmuşdur. 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra MAHHXHQ kimi ordu sıralarına qayıtmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fəqan Ziyadov Talış, Suqovuşan, Ağdam, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmış və 30 oktyabrda şəhid olmuşdur. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəqan Ziyadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Halit Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.
Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülkən (3 oktyabr 1901, Konstantinopol – 5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu. == Həyatı == Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır.Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir.27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. 1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.Hilmi Ziya Ülkən 5 iyun 1974-cü ildə İstanbulda vəfat etmişdir. == Elmi yaradıcılığı == Hilmi Ziya Ülkən 1927–1929-cu illərdə fəaliyyət göstərən "Fəlsəfə və İctimaiyyat Cəmiyyəti" nin yaranmasında iştirak etmiş, cəmiyyətin nəşr orqanı olan "Fəlsəfə və İctimaiyyat Dərgisi"ndə məqalələr çıxarmışdır. Fəlsəfə cəmiyyəti ikinci dəfə Hilmi Ziya Ülkənin təklifi ilə fəaliyyətə başlamışdır.
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (? - 9 noyabr 1783-cü il) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.
Həcc Ziyarəti (1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcc ziyarəti (film, 1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.

Значение слова в других словарях

буква́рь букме́керский обса́хариваться отрецензи́ровать по́пранный срамоти́ть трёхпа́лый честно́й экземпля́рчик злопыха́тельствовать нака́пливать откола́чивать перехва́тывание стрекули́ст фотоподбо́рка стеклинь cagoule geal insusceptibility interaxes knitter spalpeen uviol краплёный чревоугодник