1. Çox, artıq, çoxlu.
Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. ( ).
[Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz.
İmtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır. Ol səbəbə bu yer artıq nəm olur. “ ”.
// Zərf mənasında. Son dərəcə, olduqca.
Bu həqiqət Minanı ziyadə şad elədi.
// Qoşma mənasında.
Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni.
Hamı dərddən ziyadə; Bu dərd mana kar elədi…
// Sif. mənasında. Ziyadə söz lazım deyil.
– Ziyadə qəmzədəyəm hicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdən ziyadə xürrəm idim.
□ Ziyadə etmək – artırmaq, çoxalmaq, daha da artırmaq, bollaşdırmaq.
Fərhadə, Məcnunə məni tay etdin; Elədin dərdimi ziyadə, fələk!
Ziyadə olmaq – artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı, könlüm bir ada; Dərdim oldu günü-gündən ziyada. “Əsli və Kərəm”.
[Koroğlu Qırata dedi:] Günbəgündən dərdim oldu ziyadə; Alma gözlüm, qız birçəklim, Qırat, gəl! “ ”.
Ziyadəsi ilə – artıqlaması ilə, artıq olaraq, olduqca çox.
Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsi ilə hörmət elər…
2. Ziyadədir şəklində – artıqdır, çoxdur.
Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir.
Hacı Əsgərin təvanası nəinki yetmiş iki min, bəlkə iki yüz yetmiş iki mindən ziyadədir.