ZİYANUR
ZİYARƏT
OBASTAN VİKİ
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Mərdavic ibn Ziyar
Mərdavic ibn Ziyar (?-935) — Ziyarilər xanədanının qurucusu və ilk hökmdarı (928-935). == Həyatı == Ata-baba tərəfindən Ari kökənli Gillilərin (Cili) Daxil bölgəsində yaşayan əsil bir qoluna, ana tərəfindən Royan ispəhbədlərinə mənsubdur. Zamanın diğər xanədanları kimi Ziyarilər də sonraları, İslam öncəsi tanınmış bir nəsəbə bağlanmak istəyiylə Ziyarın atası Vardanşahın Sasani imperatoru Xosrov zamanında Gilan kralı olan Arquş Fərhadanın soyundan gəldiyini iddia etmişdir. Zeydilər hökmdarı Həsən əl-Utruşun (914-917) ardından çıxan iç savaşlar əsnasında Təbəristanı ələ gəçirmək istəyən Əsfar ibn Şirəveyh, o sıralarda Samanilərin yanında olan Mərdavic ibn Ziyardan xidmətinə girməsini istədi. Beləcə Əsfarın ordu komandanı olan Mərdavic (315/927) Təbəristana yürüdü və Reydən gələn Dai Həsən ibn Qasımı Amül yaxınında yenərək öldürdü (316/928). Əsfar ilə Mərdavic, Təbəristanın böyük bir qismini işğal etdikdən sonra arxasından Rey, Qəzvin, Zəncan, Əbhər, Qum və Kərəc kimi digər bəzi Cibal vilayətlərini zəbt etdilər. Eynı il içərisində Mərdavic, Əsfarın xalqa aşırı şəkildə zülm etməsinin yol açdığı təpkiyi öz lehinə dəyərləndirərək Zəncanda müstəqilliyini elan etdi və Əsfarı Qəzvindən uzaqlaşdırıb (ehtimalən 319-cu (931-ci) ildə ortadan qaldırıb) taxtını ələ keçirdi. Daha sonra cənubi-qərbi İrandakı Abbasi xəlifəliyi torpaqlarına hakim olmak üçün girişimdə oldu və xəlifə Müqtədir-Billahın göndərdiyi ordunu Həmədanda mağlub edərək Dinəvər, Karmisin (Kirmanşah) və İsfahana hakim oldu (319/931). Ardından xəlifə Müqtədir-Billaha elçi yollayıb bu torpaqların müqataa (iqta) yoluyla ona verilməsini istədi. Etdiyi təklif bəzi şərtlərlə qəbul edildi və xəlifə onun hakimiyətinə razılıq verib, xələt və bayraq göndərdi.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Azərbaycan ziyarətgahları
Azərbaycan ziyarətgahları — azərbaycanlıların tarixən və müasir dövrdə yaşadığı ərazilərdə yerləşən və davamlı olaraq ziyarət edilən pir, ocaq və s. müqəddəs yerlərdir. Ziyarətgahlarda həm islamdan əvvələ, həm də islam sonrasına aid izlərə rast gəlinir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir. Həmçinin azərbaycanlıların digər xalqlar ilə ortaq ziyarət etdiyi yerlər mövcuddur. Azərbaycan ziyarətgahları milli səviyədə qeyri-maddi mədəni irs olaraq qeydiyyata alınmışdır. == Növlərinə görə == Azərbaycan inanclarında kiçik məişət əşyalarından tutmuş silahlara, bulaqlara, təpələrə, qayalara kimi müxtəlif obyektlər ilahiləşdirilib tarixin müxtəlif dövrlərində insanların ümid yerinə çevrilmişdir. Müxtəlif nağıl və dastan nümunələrində bir sıra sehrli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Bu inanclara müxtəlif yerlərin müqəddəsləşdirilməsində də qarşılaşılır.
Babı (ziyarətgah)
Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. == Haqqında == Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib.
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyindədir. == Yeri == Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Həcc Ziyarəti (1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcc ziyarəti (film, 1991)
== Məzmun == Film ilk dəfə 161 nəfər azərbaycanlı möminin həcc ziyarətinə getməsinə həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Xamiz Muradov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Kərbəla ziyarətgahı
Minotavra ziyarət (film, 1987)
Minotavra ziyarət — film rejissor Eldor Urazboyev tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Maksim Qorki adına kinostudiya və "Mosfilm" kinostudiyası da istehsal edilmişdir. Əsas rolları Sergey Şakurov, Anna Kamenkova, Vladimir Samoylov, Aleksandr Filippenko, Valentin Qaft, Mixail Puqovkin, Laymonas Noreyka, Lev Borisov, Qriqori Lyampe, Svetlana Xaritonova, Nina Menşikova, Aleksandr Yakovlev ifa edirlər. == Məzmun == Filmdə iki hekayə var. Onlardan biri 1986-cı ildə SSRİ-dən, digəri isə XVII-XVIII əsrlərdə İtaliyada, görkəmli skripka ustası Antonio Stradivarinin yaşadığı və işlədiyi dövrdən bəhs edir. Prokuror, müstəntiqi Stanislav Pavloviç Tixonova məşhur musiqiçi, skripkaçı, SSRİ xalq artisti Lev İosifoviç Polyakovun mənzilində oğurluq hadisəsinin araşdırılmasına dair tapşırıq verir. Əfsanəvi "Santa Maria" skripkası tapılmasa Stradivari iflas ediləcək. İstintaq zamanı məlum olub ki, skripkanın oğurlanması oğruların əsas hədəfi olub. İstintaq zamanı Tihonov cinayətkarların aktiv müqaviməti ilə qarşılaşır. Araşdırmalar davamlı olara davam edir.
Pir Həsən ziyarətgahı
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Pir Ömər Naxçıvani ziyarətgahı
Pir Ömər Naxçıvani ziyarətgahı — Naxçıvanın orta əsrlərdə tanınmış ziyarətgahlarından biri. == Tarixi == XIV əsr İran tarixçisi Zeynəddin bin Həmdullah Qəzvininin "Zeyle-tarixe-qozide" ("Seçilmiş tarix"in davamı) əsərində Pir Ömər Naxçıvani ziyarətgahının adı çəkilir. Müəllifin məlumatına görə, Cəlalilər dövlətinin (1341-1431) şahzadəsi Sultan Əhmədin (1382-1410) hakimiyyət uğrunda mübarizəsi dövründə əsaslı surətdə qarət olunmuşdur. == Ədəbiyyat == Zeynəddin bin Həmdullah Qəzvini. Zeyle-tarixe-qozide. (fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M.D.Kazımov və V.Z.Piriyevindir.) Bakı, 1990.
Pirqara ziyarətgahı
Pirqara ziyarətgahı — Şərur rayonunun Qarxun kəndində ziyarətgah. Hazırda pirin ərazisi kənd sakinlərindən birinin həyətindədir. Böyük tut ağacının altında olan qəbirdə müsəlman müqəddəslərindən birinin dəfn olunduğu ehtimal edilir. Qəbrin olduğu ərazi metal torla əhatə olunmuşdur. Onun üzərində müxtəlif növlü çay daşları, o cümlədən bir neçə qara daş, gil qablar, parça qalıqları vardır. Qəbirin üzərində olan həvəng tipli daşın üzərində ziyarətçilər şam yandırırlar. Qəbrin baş tərəfində əkilən tut ağacı ziyarətçilər tərəfindən müqəddəs hesab edilir, ona müxtəlif rəngli parçalar bağlanır. Pirqara ziyarətgahını 14-16 əsrlərə aid etmək olar.
Seyid Hüseyn ağa ziyarətgahı
Seyid Hüseyn ağa ziyarətgahı - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdir. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, о isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı. == İstinadlar == == Xarici keçidlər == "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 11 avqust 2021. "Laçının minillik yadigarları". www.anl.az. İstifadə tarixi: 11 avqust 2021.
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). === Milli tərkibi === Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.
Ziyarilər
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Ziyarilər xanədanı
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Ziyarlı (Hurand)
Ziyarlı (fars. زيارلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (33 ailə).
Ziyarət
Ziyarət (kitab) — Hamlet İsaxanlının şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. Ziyarət piri — Şahbuz rayonunda pir. Ziyarət (dağ, Daşkəsən) — Daşkəsən rayonu ərazisində dağ. Hündürlüyü 2048 m. Ziyarət (dağ, Göygöl) — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 2040 m. Ziyarət (dağ, Xocavənd) — Xocavənd rayonu ərazisində dağ. Hündürlüyü 2480 m. Ziyarət (çay, Daşkəsən) — Daşkəsən rayonu ərazisində çay.
Ziyarət (dağ, Xocavənd)
Ziyarət — Xocavənd rayonu ərazisində dağ. Qarabağ silsiləsinin cənub-şərqindədir. Hündürlüyü 2480 m. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizapayt kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir. Onun dəfn edildiyi məbəd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlanmışdır.
Ziyarət (kitab)
"Ziyarət" – Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. "Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik "Ziyarət" poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır". (Supercildin iç üzündən) == Fəlsəfi şeirlər == Mənası "ye, iç, yat" olan ömür, "Nə dərin həyəсan, nə fəryad / Sevdasız bir həyat – nə həyat?!" kimi vəziyyət şairi qane etmir, o, kitabdakı ilk şeirində, oxucunu arzuları həyata keçirmək üçün fəal həyata çağırır. Həyata adətən nikbin baxan, gözəlikdən ilham alan H.İsaxanlı təbiətə vurğunluğunu ifadə edir Şair səyahəti sevsə də, ordakı gözəllik önündə düşüncələrə dalır, "Amma həyat nə kef, nə tamaşadı / Xeyli turşməzədir həyatın dadı". Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir... Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. Şair bilir ki "Getdiyim yol qırılaсaq / Bir gün tamam bitəсək". Lakin kimlərinsə onu yada salacağını da bilir... Və ya İnsan ömrü boyu öyrənir.
Ziyarət Hüseynov
Ziyarət Mail oğlu Hüseynov (15 may 1994; Biləsuvar rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. == Həyatı == Ziyarət Hüseynov 1994-cü il mayın 15-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. == Hərbi xidməti == Ziyarət Hüseynov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
ма́нты на всю́ желе́зку пересыща́ть плаче́вность по-бирма́нски прожа́риваться прозу́бривание флори́стика брыкну́ться гре́зиться кичи́ться ли́ственный натурализа́ция не вы́ронить ни словечка собо́рность устра́иваться сквер dove-colour fairy rings ineffaceable mishmash paper-hanger piscicultural protein суверен