ZOL-ZOL₁

sif. Zollar, zolaqlar şəklində olan.
// Üzərində zolaqlar olan. Zol-zol parça.
□ Zol-zol etmək1) bax zol çəkmək (“zol1”də);
2) zolaqlar şəklində izlər əmələ gələnə qədər qırmanc, şüv və s. ilə vurmaq. Əndamını zol-zol elədi.
// Zərf mənasında. Zolaqlar şəklində, zolaq kimi.
Döşəyi, yorğanı zol-zol cırdılar; Zolaqları kəndir kimi burdular. H.K.Sanılı.
[Kəyan Hacıyevin] gözləri bir az şişmişdi, üzündə bir neçə barmağının yeri zol-zol dururdu. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZOL-ZOL zol-zol bax zolaq-zolaq
ZOL-ZOL₂
ZOLA
OBASTAN VİKİ
Zol-Göyəç
Zol-Göyəç - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Bolnisi Bələdiyyəsindən 13 kilometr uzaqlıqda yerləşir. == Tarixi == Kəndin salınma tarixi təqribən XVIII əsrin sonu XIX əsrin ortalarına təsadüf edir. Kəndin ilkin adı "Beş Öylü" ("Beş Evli") olub. Kəndin belə adlandırılmağına səbəb o kəndin ilk sakinlərinin cəmi beş türkdilli ailədən ibarət olması olub. == Fiziki-coğrafi mövqeyi == == Əhalisi == Əhalisi 2576 nəfərdir. Əhalinin etnik tərkibi 100% Azərbaycanlılardan ibarətdir. Əhali Maldarlıq Və əkincilik ilə məşğul olur. Məmmədov Elşən Vaqif oğlu (3 iyul 1992 – 25 sentyabr 2015) — Azərbaycanın Tərtər rayonunda cəbhə bölgəsində atışma zamanı şəhid olmuşdur. Və kənddə Şəhid Elşən Məmmədov Xatirəsinə Zol Göyəç Məscidi önündə bulaq tikilmişdir!

Digər lüğətlərdə

выкла́дываться делово́й денатура́т зако́нность миллигра́ммовый ре́ггей саморо́дковый умина́ть морозоусто́йчивый елибица decapacitate he'd nichrome Piccadilly window picotee self-ruling shagged tee-joint vatic viand вводить грецкий клеевой размахивать франт