ZOMLAMAQ
ZONAL
OBASTAN VİKİ
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Batail zona
== Batail zona == Batail zona- dəniz və okeanların batial zonasında ( sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülərə deyilir. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%- ni örtür, əsasən materik yamaclarında yayılmışdır.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Coğrafi zona
== Coğrafi zona == Coğrafi zona- Coğrafi qurşaq daxilində ayrılan və fiziki-coğrafi rayonlaşdırmanın əsas bölgülərindən biridir. Coğrafi zona istilik və rütubət şəraitinin eyniliyi ilə səciyyələnir ki, bu da landşaftın və torpagın bioloji komponentlərinin, həmçinin ekzogen geomorfoloji proseslərin eyniliyini təyin edir. Coğrafi zona materik sektoru düzənliklərdə adətən enlik istiqamətində yerləşir və xeyli böyük sahə tutur. Bir-birini qanunauyğun əvəz edən coğrafi – zonalar arasında kəskin seçilən sərhəd yoxdur. Dağlıq ərazilərdə coğrafi zonalar azonal, xüsusilə oroqrafik amillərin təsiri nəticəsində, çox vaxt enlik istiqamətini dəyişərək, submeridional itiqamət alırlar ( məsələn, Şimali Amerikada). Coğrafi zonalar Dünya okeanında da (qurudan fərqli əlamətlərə görə ) ayrılır. Quruda coğrafi zona zahiri cəhətdən, adətən özünə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə də coxu bitki örtüyünün adı ilə adlanır; tundra zonası, meşə zonası, çöl zonası və s.
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası";2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Neytral zona
Neytral zona (ing. No man's land (azərb. Heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Seysmik zona
Zəlzələyə məruz qalan sahədir. Əsasən 2 seysmik zona var. Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. Sesmik zona Yer qabığının ən gərgin tektonik hərəkətlər olan sahələrilə uyğun gəlir.
Silahsızlaşdırılmış zona
Silahsızlaşdırılmış zona— beynəlxalq müqavilə və ya digər (daxili daxil olmaqla) akt əsasında hərbi obyektlərin və digər obyektlərin ləğv olunduğu ərazidir, silahlı qüvvələrin saxlanılması, istehkamların inşası, manevrlərin həyata keçirilməsi qadağandır . Beynəlxalq müqavilələrə müəyən olunmuş Silahsızlaşdırılmış zonalar : Antarktida və sərhədlərindən 120 mil (190 km) məsafədəki boşluq; Kosmik fəza, onun geri sayılması yerin səthindən 100 mil (160 km) başlayır. == Aktiv Olanlar == Qitəyə görə silahsız zonalar aşağıdakılardır: === Afrika === Mərakeşin şimal ilə İspaniyanın Ceuta və Melilla arasındakı ərazi. === Antraktida === Bütün Antarktida zonası (60 cənub paralel). === Asiya === Koreyadakı Demilitarizasiya Bölgəsi, 1953-cü ildən bəri Şimali və Cənubi Koreya arasındakı silahsız bölgədir. Kamboca və Taylandın sərhədi. Küveyt və İraq sərhədi. Misirin Sinay yarımadası. Golan yüksəkliklərindəki zona. === Avropa === Kipr adasında BMT zonası.
Subtropik zona
Subtropik zona — Yerin subtropik qurşaqlarına daxil olan bir sıra zonalar (şimal və cənub yarımkürələrdə): həmişəyaşıl subtropik meşələr və kolluqlar, subtropik qarışıq musson meşələri, subtropik meşə-çöl, çöl, (bozqır) yarımsəhra və səhralar.
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. == Tarix və əfsanələr == Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur.1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi. NASA raket mühəndisi Vernher fon Braun hadisəni öyrənmək üçün əraziyə göndərilmişdi.
Tropik zona
Tropik zona — Yerin şimal və cənub yarımkürəsinin tropik qurşaqlarında rütubətli sıx tropik meşələri, tropik seyrək meşələri, quru çöl və savannalar, tropik yarımsəhra və səhraları. == Məzmun == Tropiklər, Dünyanın Ekvatoru əhatə edən bölgəsidir. Şimal Yarıkürədəki Xərçəng Tropiki tərəfindan 23 ° 26'12.9 "(veya 23.43693 °) Şimalda ve Cənub Yarıkürədəki Oğlaq Tropiki 23 ° 26'12.9" (veya 23.43693 °) Cənub Tropiki tərəfindən əhatələnir; bu paralellər Dünyanın axial əyiminə qarşılıq gəlir. Tropik bölgələrə tropikal bölgə və torrid bölgəsi deyilir (bax. Coğrafi bölgə). Tropiklər, ekvatoral bölgənin hər iki yanındakı orta enləmlərdə ve qütb bölgələrində olan Dünyanın digər iqlimsəl ve bioloji bölgələrindən ayrılırlar. Tropiklər, Dünyada yer səthinin % 40-ni əhatə edir və Dünyanın torpaq sahəsinin də % 36-ni. 2014-cü ildən etibarən bölgə, dünya nüfuzunun% 40-na ev sahipliyi edir və bu rəqəmin 2030-cu illərin sonlarına doğru % 50-ə çatacağı təxmin edilir.
Təbii zona
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. == Rütubətli ekvatorial meşələr zonası == Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Yaşıl zona
Yaşıl ilə bağlı terminlər — Populyasiyanın sayı optimum səviyyəyə qədər bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan növlərinin siyahısı. == Yaşıl zona == Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-cü il, 4 №-li qərar) Azərbaycanın dağlıq rayonlarında şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır. == Yaşıllaşdırma quruculuğu == Şəhər, qəsəbə, sənaye obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər sistemi. Müasir yaşıllaşdırma quruculuğu biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm sahəsi hesab olunur. == Yaşıllar == Siyasi partiya və ictimai hərəkat olub məqsədi planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin "Yaşıllar"ını birləşdirən beynəlxalq təşkilat – "QRİNPİS" (1971-ci ildə təşkil olunub) daha böyük nüfuza malikdir.
Şəhərətrafı zona
Şəhərətrafı zona - şəhəri əhatə edən və onunla qarşılıqlı əlaqədə olan ərazi. Şəhərətrafı zonada aşağıdakılar yerləşir: kənd təsərrüfatı sahələri; şəhərə xidmət göstərən ayrı-ayrı sənaye müəssisələri, nəqliyyat qurğuları (dəmir yolu və avtomobil stansiyaları, aerodrom və s.); fəhlə və kurort yaşayış məntəqələri; şəhərətrafı yaşıl zona; kommunal təsərrüfatları, suqoruyucu zona, suburaxıcı punktlar; meşələr və meşə-parklar, su hövzələri və s.
Xüsusi iqtisadi zona
Xüsusi iqtisadi zona — iş və ticarət haqqında olan qanunların ölkənin digər regionlarından fərqli şəkildə icra olunduğu zonalardır. Xüsusi iqtisadi zonalar bir ölkənin milli sərhədləri içərisində yer alır və onların məqsədi ticarət, investisiya və məşğulluğun artırılması və idarəetmənin effektiv təşkil edilməsidir. Müəssisələrin bölgəyə yerləşdirilməsini təşviq etmək üçün maliyyə siyasəti tətbiq olunur. Bu siyasət əsasən, investisiya, vergi, ticarət, kvotalar, əmək hüququ və gömrük ilə bağlıdır. Buna əlavə olaraq şirkətlərə vergi tətili tətbiq edilə bilər; burada bir bölgədə qurulduğundan daha aşağı vergilər xüsusiyyətinə malik olurlar. Ev sahibi olan ölkə tərəfindən xüsusi iqtisadi zonaların yaradılması, birbaşa xarici investisiya cəlb etmə arzusuyla motivasiya edilə bilər. Bir şirkətin xüsusi iqtisadi zonada yerləşərək təmin etdiyi faydalar, beynəlxalq miqyasda rəqabət apara bilmək məqsədiylə daha aşağı qiymətə əmtəə istehsal edib sata biləcəyi mənasına gələ bilər.
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur.2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi).1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir. == İstinadlar == == Xarici keçidlər == Nuclear-Weapon-Free Zones Around the World site about NWFZs run by OPANAL, the organization which monitors the Treaty of Tlatelolco Oceans in the Nuclear Age:Nuclear-Free Zones from the Law of the Sea Institute at Boalt School of Law (University of California, Berkeley). Includes treaty texts.
Ölü zona (film, 1983)
Ölüm zona (ing. The Dead Zone) — 1983-cü il ABŞ qorxu, triller filmi. Film Stiven Kinqin eyni adlı romanından götürülmüşdür. Devid Kronenberqin rejissorluğu ilə çəkilən filmdə Kristofer Uolken, Tom Skerit, Martin Şin, Herbert Lom, Bruk Adams və Kollin Dyuherst kimi aktyorlar yer alıb. Film illər sonra komadan ayılan Coni Smit'in (Kristofer Uolken) ekstrasens gücünü kəşf etməsi ilə başlayır. == Mövzusu == Coni Smit (Kristofer Uolken) gənc bir müəllimdir. Məktəbdə dostu Sarah'ı (Bruk Adams) sevir. Yol qəzasından sonra komaya girir. Nevroloq həkim Veyzak'ın (Herbert Lom) əhatəsində oyandıqda 5 il keçmişdir. Smit bir çox şeydən başqa, sevgilisi Sarahın evləndiyini və uşağının olduğunu öyrənir.
Ölü zona (film, 1988)
== Məzmun == Film Sumqayıt şəhərində ekoloji faciə haqqındadır. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Rauf Nağıyev, Nina Yarovaya, Rəşid Nağıyev və diktor Rafiq Hüseynov filmə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Nina Yarovaya, Rauf Nağıyev Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Mətni oxuyan: Rafiq Hüseynov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 349. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Agave zonata
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Aralıq dənizi zonası
Aralıq dəniz iqlimi — subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələrdə, Kaliforniya yarımadası ətrafında, Avstraliyanın cənub və qərb hissələrində və Cənubi Amerikada Çili sahillərində yayılmışdır. Belə ki, materiklərin qərb sahillərində 30–35 dərəcəlik enliklər arasında formalaşır. == Coğrafiyası == Bu iqlim tipi Aralıq dənizi sahili ərazilərdə formalaşdığı üçün bu adı almışdır. Cənubi Avropa ölkələrindən Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Albaniya Makedoniya, Xorvatiya, Bolqarıstanın cənub hissəsi, Mərkəzi Avropa ölkələrindən Fransa, Asiya ölkələrindən Türkiyə, Kipr, Suriya, Livan, İsrail, Afrika ölkələrindən isə Misir, Tunis, Əlcəzair, Liviyada yayılmışdır. Həmçinin deyə bilərik ki, Qara dəniz sahili ölkərin də bəzilərində bu iqlim tipi formalaşır. Belə ki, şimaldan gələn soyuq küləklərdən dağlar vasitəsiylə mühafizə olunan Qara dəniz sahillərində də Aralıq dənizi iqlim tipinə rast gəlinir. Alisovun iqlim bölgüsünə əsasən deyə bilərik ki, Aralıq dəniz iqlim tipinin rütubətli növü də mövcuddur ki, o dağlıq ərazilər üçün xarakterikdir. Belə ki, keçmiş Yuqaslaviyanın Adriatik dənizi sahillərində, həmçinin Gürcüstan ərazisində Batumi bölgəsində müşahidə edilir. Belə ki, isti və quru yay (orta maksimal temperatur 30 °C, yağıntı isə 34 mm fevral dekabr ayında), qış isə sərin (orta maksimal temperatur 18 °C, avqust iyun ayında yağıntı 450 mm).
Azad Ticarət Zonası
Azad Ticarət Zonası (ATZ) — bununla bağlı razılıq imzalamış ölkələri əhatə edən ticarət blokunun yerləşdiyi regiondur. Bu razılıq üzv ölkələr arasında tarifləri, idxal kvotalarını və mal və xidmətlərə tətbiq edilən güzəştləri ləğv edir. Əgər razılıqda vətəndaşların ölkədən ölkəyə hərəkətinə də olan məhdudiyyətlər qaldırılıbsa, bu "açıq sərhəd" hesab edilir. Bu iqtisadi inteqrasiyanın ikinci səviyyəsidir. İnteqrasiyanın bu səviyyəsinə o ölkələr üstünlük verir ki, onların iqtisadiyyatı bir-birini tamamlayır. Əksinə, əgər ölkələr bir-biri ilə iqtisadi baxımdan rəqabətdədirlərsə, bu razılıq əldə etmək üçün stimul yaratmır və ya bu razılıq yalnız müəyyən sahədə olan məhsul və xidmətlərə aid edilir.
Bufer zonası
Bufer zonası (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (Bufer zonası) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. Bufer zonası saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.
Buzlaq zonası
Buzlaq zonası — Arktika və Antarktika səhraları ərazisi, həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf edilmir.
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.
Demilitarizasiya zonası
Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir. Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh. == Xarici keçidlər == SolutionBase: Strengthen network defenses by using a DMZ by Deb Shinder at TechRepublic. Eric Maiwald. Network Security: A Beginner's Guide. Second Edition.
Drosera zonaria
Drosera zonaria (lat. Drosera zonaria) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Fausto Zonaro
Fausta Zonaro — (d. 18 sentyabr 1854, Padua — ö. 19 iyul, 1929 San-Remo), italyan rəssam. II Əbdülhəmidin dövründə saray rəssamı olaraq Osmanlı sarayında çalışmış orientalist bir rəssamdır. Tarix, müharibə, dəniz, mənzərə və portretlə yanaşı xüsusilə "türk rəssamı" olaraq tanınır. == Həyatı == 1895-cü ildə Avstrya imperiyasının bir hissəsi olan Padova şəhərinin Masi bölgəsində dünyaya gəlmişdir. Atası, hörgü ustası olub.Gəncliyində atasının yanında divar və bina qurulması işlərində çalışmış və məşhurlaşmışdır. 1879-ci ildən etibarən Masi yaxınlarındakı Lendinarada bir texniki məktəbdə 3 il rəsm dərsi aldı. Bu məktəbi bitirdikdən sonra dövrün irəlidə gedən rəsm akademiyalarından olan Akkademia Cignaroliyə qəbul olmuş, məşhur rəssam Napaleon Naninin şagirdi olmuşdur. Hərbi xidmətə görə yarımcıq qoyduğu təhsilini sonra Roma İncəsənət Universitetində bitirdi.
Güzəştli Ticarət Zonası
Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir. GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür .
Kiçik Qafqaz təbii-iqtisadi zonası
== Gəncə-Qazax iqtisadi-coğrafi rayonu == Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun tərkibinə respublika əhəmiyyətli Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonları daxildir, iqtisadi rayon Azərbaycanın qərbində, əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir. Sahəsi 12482 kv.km-dir, bu da ölkə ərazisinin 14,4%-nə bərabərdir. İqtisadi rayonda əhalinin sayı 1205,2 min nəfər, o cümlədən şəhər əhalisi 557,5 min nəfərdir. Ölkə əhalisinin 13,1%-i burada yaşayır. Urbanizasiya səviyyəsi 46,3%-dir (01.01.2012). Sənaye əhəmiyyətli faydalı qazıntılara dəmir filizi, alunit, flüslü əhəngdaşı, mərmər, gips, seolit, bentonit gili, sement xammalı aiddir. Daşkəsəndə dəmir filizi, Zəylikdə alunit, Xoşbulaq flüslü əhəngdaşı ehtiyatları daha əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir, dağlıq və dağətəyi zonalar zəngin kurort-rekreasiya ehtiyatlarına malikdir. Gəncə-Qazax iqtisadi potensialına görə Abşerondan sonra ölkədə ikinci yeri tutur. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı və emal müəssisələri yerləşir.
Koreya silahsızlaşdırılmış zonası
Koreya silahsızlaşdırılmış zonası (kor. 한반도 비무장지대, Hanbando Bimujangjidae; ing. Korean Demilitarized Zone, DMZ) — Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti. Zona koreya müharibəsindən sonra 1953-cü ildə Şimali Koreya, Çin və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış müqavilədən sonra yaradılmışdır. Koreya silahsızlaşdırılmış zonası dünyada ən ciddi şəkildə mühafizə edilən sərhəd xəttlərindən biri hesab olunur və qarşı tərəfə keçid yalnız xüsusi icazə əsasında, məhdud sayda məntəqələrdən mümkündür.
Lənkəran zonasının heyvanat aləmi
Melaleuca zonalis
Melaleuca zonalis (lat. Melaleuca zonalis) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Meşə-tundra zonası
Meşə-tundra zonası — subarktik qurşaqda tundra zonasından tayqa zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna elementlərinin birliyi müşahidə olunur.
Meşə zonası
Meşə zonası — mülayim, subtropik, tropik, subekvator və ekvator qurşaqlarında müxtəlif meşə tipləri zonası. Mülayim qurşaqda tayqa, qarışıq və enliyarpaqlı meşələr zonası ayrıca zona kimi ayrılır.

Значение слова в других словарях

бало́ванный вьюк извести́ть интрузи́в линкру́ст па́лтусовый посине́ть поуня́ться предупреди́тельный скуме́кать аза́ртные игры диза́йн- лу́ковичный недопусти́мость клямка комический bridegroom disintegrant distillation drink in Elisabeth fish-in monkfish thirdly well-dressed