zorlama

Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma

zonalaşdırma
OBASTAN VİKİ
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.

Digər lüğətlərdə

авра́льщина аске́р германофо́б обжига́ла осма́нец панде́кты пригляде́ться скоро́мить финики́яне бетоноукла́дчик втопта́ть деспоти́чески зачи́ниваться мерца́ть осно́ва подёнка раздор Сызрань bio-aeration flatulence magnify o vale описание рутина