ZİYNƏT
ZOĞLU
OBASTAN VİKİ
Adi zoğal
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Ağ zoğal
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır.
I Zoğu (Albaniya kralı)
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Zoğal
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Zoğal povidlosu
Zoğal povidlosu - zoğal püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Zoğala nekropolları
Zoğala nekropolu I — Culfa rayonunda, Milax kəndindən şimal-şərqdə, I Zoğala yaşayış yerinin yaxınlığında son orta əsrlərə aid arxeoloji abidə. Ərazisi şimal qərb və cənub şərqdə dərin dərə ilə məhdudlaşır. Nekropoldakı qəbirlər q.-ş. istiqamətindədir. Heç birinin başdaşı saxlanılmamışdır. Abidənin IV–VII əsrlərə aid olması ehtimal edilir. Zoğala nekrapolu II — Culfa rayonunda, Zoğalaçayın sağ sahilində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Qəbirlər yanlarda iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin üzərində üst daşlarına rast gəlinir. Onların yan daşları torpağın aşınması nəticəsində üzə çıxmış, bəziləri qazılıb dağıdılmışdır.
Zoğalavaçay su anbarı
Zoğalavaçay su anbarı — Azərbaycan Respublikasının Şamaxı rayonunun cənub-qərb hissəsində Zoğalavaçayın məcrasında yerləşir. Su anbarı şərab zavodlarının və qəsəbələrin təsərrüfat - içməli su tələbatını ödəmək məqsədilə 1973-cü ildə istismara verilmişdir. 1990-cı illərdə maliyyə çətinlikləri ilə əlaqədar olaraq su qovşağının istismarı lazımi səviyyədə aparılmadığından, qurğular yararsız vəziyyətə düşmüşdür. Mexaniki və elektrik avadanlıqlarının bəziləri dağılmış, bəziləri isə texniki cəhətdən köhnələrək sıradan çıxmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə verilmiş sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə Zoğalavaçay su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmışdı. 2012-ci ildə Şamaxı şəhərinə bitişik Zoğalavaçay su anbarı müasir tələblərə uyğun əsaslı təmir edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 26m, bəndin uzunluğu 560m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. İstismar sərfi 0.85m³/san-dir.
Zoğalaçay
Zoğalaçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay. == Haqqında == Əlincəçayın sol qoludur. Mənsəbindən, 42 km məsafədə ona tökülür. Uzunluğu 13 km-dir. Hövzəsinin sahəsi 36 km²-dir. Başlanğıcını Şahbuz rayonunun Keçili kəndindən götürür. Qrunt və qar suları ilə qidalanır. Yaz-yay daşqınları və sellərlə səciyyələnir.
Zoğalbulaq
Zoğalbulaq (əvvəlki adı: Traxtik) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Traxtik kəndi Zoğalbulaq kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Zoğalbulaq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Ermənilər burada yerləşdikdən sonra kəndin adı Traxtik (erm. "cerınet guşəsi") kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adi bərpa edildi. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Zoğalbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Quruçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Zoğalkimilər
Zoğalkimilər (lat. Cornaceae) — ikiləpəlilər sinfinin zoğalçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Bu fəsiləyə 2 cins və 85-ə yaxın ağac və kol bitkisi növü daxildir.
Zoğallıq
Zoğallıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.Əhalisi 480 nəfərdir ki onunda 254 nəfəri kişi, 226 nəfəri qadındır.
Zoğalçiçəklilər
Zoğalçiçəklilər (lat. Cornales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Zoğalı (rəqs)
Zoğalı — Azərbaycanın milli rəqsi. Zoğalı çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb.
Zoğalı rəqsi
Zoğalı — Azərbaycanın milli rəqsi. Zoğalı çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb.
Zoğlu dovşankələmi
Zoğlu dovşankələmi — (lat. Sedum stoloniferum) == Qısa morfoloji təsviri == Çoxillikdir. Kökümsovu uzun, sürünən, milşəkillidir. Gövdəsi düz və ya qalxankimi, hündürlüyü 10–20 (30) sm, aşağı hissədə bəzən sərilən və ya sürünən, çılpaq və qırmızımtıl rənglidir. Yarpaqları qarşıqarşıya düzülmüş, çılpaq, qısa saplaqlı və ya saplaqvari daralmış, kənarları tam və ya çox vaxt küt və ya dairəvi-dişli, 5–17 (20) mm uzunluqda, 10 mm-ə qədər enində, kənarları çox dar ağ haşiyəlidir. Çiçəkqrupu çətirvari, meyvə verən zaman qırmızımtıl rənglidir. Çiçəkləri demək olar ki, oturaq və ya saplaqlıdır. Ləçəkləri 5–8 mm uzunluqda, lansetvari-xətli, kütvari sivriləşmiş, çəhrayı rənglidir. Erkəkciklər 10 sayda, 2 dəfə ləçəklərdən qısa, tozluqları tünd və ya qaratəhər fırfır rənglidir. Meyvəcikləri uzunsov-ulduzşəkillidir, 5–6 mm uzunluqda, yumurtavari-uzunsov, buruncuğu var və qarın hissəsində 2 qabarıqlığı var.
Əhməd Zoğu
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Al-qırmızı zoğal
Al-qırmızı zoğal (lat. Cornus sanguinea) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Baltikyanı ölkələrdə təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, düz gövdəli, şaxələnmiş və ya sallaq budaqlı kol və ya ağacdır. Cavan zoğları çılpaqdır, əvvəlcə yaşıl, sonra qonur-qırmızı rəngli olur. Yaşıl zoğları boz-qırçınlıdır. Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir. Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir.

Digər lüğətlərdə

вы́топщик изъеда́ться переуче́сть песка́рий протагони́стка тат шерсточеса́льщик доболта́ться кове́рканье мара́ться по-ры́царски прогорла́нить прожа́ривать проре́з стропи́льный усыпи́тельно холява contagium ensign geophone lactoprotein melt away благоусмотрение недостойно рытвина