ZOĞ
ZOQQULDAMA
OBASTAN VİKİ
Zoğlu dovşankələmi
Zoğlu dovşankələmi — (lat. Sedum stoloniferum) == Qısa morfoloji təsviri == Çoxillikdir. Kökümsovu uzun, sürünən, milşəkillidir. Gövdəsi düz və ya qalxankimi, hündürlüyü 10–20 (30) sm, aşağı hissədə bəzən sərilən və ya sürünən, çılpaq və qırmızımtıl rənglidir. Yarpaqları qarşıqarşıya düzülmüş, çılpaq, qısa saplaqlı və ya saplaqvari daralmış, kənarları tam və ya çox vaxt küt və ya dairəvi-dişli, 5–17 (20) mm uzunluqda, 10 mm-ə qədər enində, kənarları çox dar ağ haşiyəlidir. Çiçəkqrupu çətirvari, meyvə verən zaman qırmızımtıl rənglidir. Çiçəkləri demək olar ki, oturaq və ya saplaqlıdır. Ləçəkləri 5–8 mm uzunluqda, lansetvari-xətli, kütvari sivriləşmiş, çəhrayı rənglidir. Erkəkciklər 10 sayda, 2 dəfə ləçəklərdən qısa, tozluqları tünd və ya qaratəhər fırfır rənglidir. Meyvəcikləri uzunsov-ulduzşəkillidir, 5–6 mm uzunluqda, yumurtavari-uzunsov, buruncuğu var və qarın hissəsində 2 qabarıqlığı var.

Digər lüğətlərdə

анони́мность ворони́ка гуммо́з повы́рвать поша́ркать причиня́ть прода́вливание роди́мец светоте́нь утверди́ть уто́птанный ше́ствие ирла́ндец круши́ть неотлу́чно ока́т помельча́ть роси́ться визг вьюшка bowl down calque jet preconcerted надпарываться