ZUBEYİR
ZÜBEYİR
OBASTAN VİKİ
Əz-Zubeyr Rəhma Mansur
Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور‎; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. == Həyatı == Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü.
...хи́мия губи́тельница длинноно́сый косноязы́ко теплопоглоще́ние ураногра́фия услаща́ть вечера́ми зерно́ контраце́пция Красная го́рка настоя́тельство перемина́ться разноли́стный спосо́бствовать aggrieve clodpoll contemptuous inquiry liter Masqat try-square врубмашина подражать супоросая