zumar 2021
zummerləmə
OBASTAN VİKİ
Vsevolod Zummer
Vsevolod Mixayloviç Zummer (14 (26) sentyabr 1885 – 6 dekabr 1970; SSRİ ) — şərq incəsənəti tarixçisi, türkoloq, arxeoloq. Tarix və sənət nəzəriyyəsi doktoru, professor. 1920-ci illərdə Bakı Dövlət Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924-cü ildə isə professor adı almışdır. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirə oxumuşdur. == Həyatı == Vsevolod Mixayloviç Zummer 14 sentyabr 1885-ci ildə Talnoe şəhərində anadan olmuşdur. O, 1916-cı ildə Kiyev Universitetini bitirib. 1917-ci ildə Moskva Arxeologiya İnstitutundan məzun olmuşdur.1920-ci illərdə Bakı Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924 -cü ildə isə professor olmuşdur. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirələr oxumuşdur.
Zummerlə birgə atış
Zummerlə birgə atış (ing. Buzzer beater) — basketbolda oyunun hər dörd mərhələsinin sonunda çalınan zummerlə eyni zamanda atılan atış. Bu anlayış daha çox atılan atışın uğurlu olmasını ifadə edir. Qaydalara əsasən əyər atış zamanı top oyunçunun əlindən çıxırsa və havada olan zaman zummer çalınırsa o zaman səbətə düşən top hesaba alınır. Oyunçular vaxt azlığı zamanı sonuncu hücum zamanı bu üsula əl atılır və öz sahələrindən zummerlə eyni vaxtı topu səbətə doğru atırlar. Top səbətə nadir hallarda düşdüyündən azarkeşlərdə böyük həyacana səbəb olur. == NBA tarixində məşhur zummerlə birgə atışlar == 3 yanvar 1984-cü ildə "Vaşinqton Uizardsın" oyunçusu Ceff Melounun "Los-Anceles Leykerslə" olan oyunda atdığı üçxallıq atış NBA tarixinin ən yaxşı zummerlə birgə atışı hesab olunur. Uzatmalarının sonunda Meloun çox uyğunsuz vəziyyətdə topu əldə etmiş və yan xəttin yanından dəqiq atışla topu səbətdən keçirmiş. Bu ana qədər Uizards məğlun durumda idi. Bu top komandaya qələbə gətirdi.

Digər lüğətlərdə

вышкострое́ние попрыгу́н прива́рок прини́зываться стандартиза́ция трусова́тость чресполо́сный агу́кать бензоба́к наму́сливать ночь приня́ть в расчёт располне́ть раста́птывание спружи́нивать друг зяпать ale depressed epigrammatically incontrovertibility northwardly salad bowl манжетка похлопотать