zummerli
zurna-balaban
OBASTAN VİKİ
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır.
Aşağı Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Burada 1929-cu ildə Azərbaycanda ilk SES-lərdən olan Zurnabad Su Elektrik Stansiyası tikilmişdır. Su elektrik stansiyası tikilərkən onun yanında qəsəbə salınmışdır. Qəsəbə Zurnabaddan Aşağıda yerləşdiyi üçün 1966-cı ildən belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Gəncə çayının sol sahilində, Murovdağ silsiləsinin ətəyindədir.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1897–ci ildə burada Zemstvo məktəbi açılmışdır.1912-ci ilin fevralında Zurnabadda poçt-teleqraf stansiyası işə düşmüşdürZurnabad kəndinin cənubunda XII əsrə aid Zurnabad qalası (İnventar nömrəsi 4290) yerləşir. Bundan başqa orta əsrlərə aid yerli əhəmiyyətli köhnə qəbiristanlıq da abidə kimi qorunur.Zurnabadda həmçinin erkən orta əsrlərə aid qaya üstündə inşa edilən alban kilsəsi də var. Ehtimallara görə, kilsə böyük monastır kompleksinin mərkəzi olub. Lakin 1139-cu ildə baş verən zəlzələ tikilinin bir qisminin dağılmasına səbəb olub. Kilsədən təxminən 50-60 metr hündürlükdə 13-cü əsrə aid daha bir alban məbədi ucalır. Məbəd qərb bölgəsində ən böyük alban kilsəsidir. Tikilinin binası zanbaqvari xaçlarla bəzədilib. Ölçüləri isə standart məbədlərdən 3 dəfə böyükdür. == Əhalisi == Əhalisi 1273 nəfərdir.
Zurnabad bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zurnabad kurqanı
Zurnabad kurqanı — Azərbaycan ərazisində arxeoloji abidə Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. ⅦAzərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Zurnabad qalası
Zurnabad qalası — Göygöl rayonu Zurnabad ərazisində yerləşir. Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.
Zurnazən Mustafa Paşa
Zurnazən Mustafa Paşa (ö. 5 yanvar 1657) — IV Mehmed dövründə 5 mart 1656 tarixində cəmi 4 saat Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. "Zurnazən" ləqəbi isə vaxtilə ordu mehtərində tutduğu vəzifəsi ilə əlaqədardır. Əslən alban olan Mustafa ağa sarayda yetişmiş, ilk vəzifəsi isə qapıçıbaşılıq olmuşdur. Ancaq 1649-cu ilin yanvarında Krit adasında şəhid düşən Kiçik Həsən Paşanın yerinə Rumeli bəylərbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən Krit adasına pul və hərbi sursat aparmaqla vəzifələndirilən Mustafa Paşa Anadoluda lazımi tədbirləri gördükdən sonra adaya getdi. Ancaq burada sərdar Dəli Hüseyn Paşa ilə yola getmədi və ona qarşı sekbanbaşı Mahmud ağa ilə ittifaq quraraq, sərdarın kafirlərlə müttəfiq olması haqqında orduda şayə yaydı. Nəticədə 1 avqust 1649 tarixində bir qrup əsgər sərdarın sarayına hücum edərək onu öldürmək istədi. Ancaq vəziyyətin ağırlaşdığını görən Zurnazən MUstafa Paşa əsgəri sakitləşdirməyə çalışdı.
Zurnalistika
Zurnalistika

Digər lüğətlərdə

зерноочи́стка импульси́вный ири́диевый ли́чность не де́ло не-тро́нь-меня́ паз суррога́тный тракта́тный това́рищ либерия beach grass champagne democratization fleeceless mop-headed papism stone wall superficiary terracide thimbleful triplane Yiddish перекидывать прореха