zöhr
zöhrəçiçəyi
OBASTAN VİKİ
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Zöhrə Abdullayeva
Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, DQMV – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2007). == Həyatı və fəaliyyəti == Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (d. 8 avqust 2001; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova IV İslam Həmrəyliyi Oyunlarının çempionudur. == Həyatı == Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. 2007-2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. == Karyerası == Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). == Bioqrafiyası == 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Zöhrə Əsgərova
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). == Həyat və fəaliyyəti == Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir.
Zöhrə xanım Qovanlı-Qacar
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Böyükgüllü zöhrəçiçəyi
Böyükgüllü zöhrəçiçəyi (lat. Cypripedium macranthum) - zöhrəçiçəyi cinsinə aid bitki növü.
Zöhrəmi
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == === Tanınmışları === Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Zöhrəotu
Zöhrəotu (lat. Mercurialis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Zöhrətüklü adiant
Adiantum capillus–veneris, baldırıqara (lat. Adiantum capillus–veneris) — adiantkimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. Bu, ayıdöşəyinin bir növüdür. Azərbaycanda bu bitki Abşеronda və Lənkəran dağlarında yayılmışdır. == Təbabətdə == Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xеyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu kеçəlləşmədə və yеni saçın çıxması üçün kömək еdir. Adiantın qurumuş "saçı"-nın həlimi ishala qarşı xеyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə еdir, həşəratlar dişləyərkən xеyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa komprеs qoymaq və məlhəm sürtmək baş ağrısına xеyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur.
Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya. Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır. CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir. Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, QİÇS və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər.CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər. Əksər zöhrəvi xəstəlikləri tam sağaltmaq və ya müalicə etmək olur.
Zöhrəçiçəyi
Zöhrəçiçəyi (lat. Cypripedium)- səhləbkimilər fəsiləsindən çoxillik ot cinsi. Hündürlüyü 20—60 sm-dir. Tamkənarlı yarpaqları növbə ilə düzülür. Müxtəlif rəngli iri çiçəkləri gövdənin uçunda yerləşir. Şimali Amerika, Avropa və Asiyanın mülayim zonalarında təqrqribən 50, Azərbaycanda 1 növü — Əsl zöhrəçiçəyi (Cypripedium calceolus) yayılmışdır. Dekorativ bitki kimi beçərilir.
Əsl zöhrəçiçəyi
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimlər == Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə

горизонта́льно колон кутёнок многоуго́льник обстра́чивать Одногла́зка оплёскивать реноме́ ро́дственник эпидемиологи́ческий гаво́т иметь в мыслях сбра́живать соучреди́тельство чернобы́льный рецейдать calaloo chancroid cockhorse denticle penicil saussurite конфетный приблизительность христосоваться