ZÖHRƏVİ
ZÖVİ
OBASTAN VİKİ
Deyr əz-Zövr
Deyr əz-Zövr (ərəb. دير الزور‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Deyr əz-Zövr vilayətinin inzibati mərkəzi idi.
Deyr əz-Zövr mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zövr vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Molla Məhəmməd Zövi
Molla Məhəmməd Zövi (1843, Şamaxı, Kaspi vilayəti – 1910, Cavad, Cavad qəzası) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Molla Məhəmməd Zövi 1843-cü ildə Şamaxıda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Muğana köçüb, uzun müddət müəllimlik etmişdir. Seyid Əzim Şirvaninin dərin rəğbətini qazanan Zövi "Beytüs-səfa" ədəbi məclisinin üzvlərindən olmuşdur. Onun şeirlər divanı AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Zövcələr Və Qızlar
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövcələr və qızlar (roman)
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Zövlə
Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir. == Əhalisi == Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.
Zövlə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zövnə
Zövnə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Zövnə kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Toponim olaraq "Zövnə" sözünün mənasının bəzi hallarda talış dilindən tərcümədə "su çox olan yer" kimi izah olunması yanlışdır. Belə ki, talışca Zövnə sözünün qurluşunda su anlamını ifadə edən kəlmə yoxdur. Həmçinin kəndin ərazisində su ehtiyatlarının az olması da bu cür izahın məntiqə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Zövnə sözü cənub bölgəsində Zuvand, Züvüc, Zövlə və Zevin kəndlərinin adlarını ifadə edən sözlərlə eyni kökdən olub "güclü", "qüvvətli" mənalarını bildirir. == Tarixi == Zövnə kəndinin çox qədim tarixi vardır. Ərazidə tapılan küp qəbirlər, daşdan yonulmuş qədim qoç heykəlləri və qəbir abidələri bunu daha dəqiq sübuta yetirir. Hindona, Lara və sair yerlərdə belə qədim qəbir abidələrinə çox rast gəlinir.Kəndin əsasının kim tərəfindən və nə zaman qoyulduğu dəqiq bilinmir. Kəndin kiçik olmasına baxmayaraq bir neçə tayfa vardır.
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. == Zövq prinsipi == Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Naməlum Zövqlər
"Unknown Pleasures" İngilis rok qrupu Joy Division-un 15 iyun 1979-cu ildə Factory Records səsyazma studiyasında buraxılmış debüt studiya albomudur. Üz qapağı rəssam Piter Savil tərəfindən radio pulsar siqnallarının təsvir planından istifadə etməklə yaradılmışdır. Bu, solist Yan Körtisin sağ olarkən çıxan yeganə Joy Division albomudur. Factory Records Unknown Pleasures -dən heç bir sinql yayımlamadı, baxmayaraq ki qrupun alboma daxil olmayan debüt sinqlı "Transmission" uğur qazanmışdır. Bu albom post-punk janrının ən önəmli albomu kimi tarixə yazıldı, və NME, AllMusic, Select, Rolling Stone və Spin kimi nəşrlər tərəfindən bütün zamanların ən yaxşı albomlarından biri olaraq seçildi. == Tarixi == Joy Division 1976-cı ildə Salfordda pank rokun ilk dalğası zamanı yarandı. Bernard Samner və Piter Huk 4 iyun 1976-cı ildə Mançester Kiçik Sərbəst Ticarət Zalında Sex Pistols qrupunun şousunda ayrı-ayrılıqda iştirak etmişdilər və hər ikisi qrupun sadəliyi, sürəti və aqressivliyini bəyənmiş və sevmişdilər. Zərb alətində dostları Terri Meyson, gitarada Samner və basda Huk ilə qrup yaradaraq, vokalisti tapmaq üçün qəzetlərdə reklam yerləşdirdilər. Samner və Huk tanışları olan Yan Körtisə müraciət edərək qrupa dəvət etdilər. Qrup bir neçə dənə təbilçi dəyişdikdən sonra Stiven Morris 1977-ci ilin avqustunda, o vaxt Varşava adlanan qrupa, qoşuldu.
бу́лла до́бренько ехи́дничание нелицеме́рно нонконформи́ст избавля́ть кашпо́ компле́кт ку́бковый лейкоци́ты поддёвочный пря́сло состри́ть шлю́почка нагайбаки adamant androcracy conjoint gasolene-throttle manage megatherm springhalt steward нанизывать присные