ZÖVQ

is. [ ər. ]
1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə.
Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. A.Səhhət.
Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət. B.Vahabzadə.
[Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu. İ.Hüseynov.

// Şəhvani ləzzət.
[Sevil:] Sən [Balaş] hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. C.Cabbarlı.

□ Zövq almaq – ləzzət almaq, həzz almaq, xoşlanmaq, nəşələnmək. Bu oxumaqdan heç bir zövq almadım.
[Solmaz:] Mən istərdim ki, mənim gözəlliyimdən bütün dünya zövq alsın. C.Cabbarlı.
Zərrə zövq almıram dəbdəbələrdən; Ömrü mahnılarla vururam başa. S.Rüstəm.
Güzgü də zövq alır gözəlliyindən; Səni güzgüyə də qısqanıram mən. B.Vahabzadə.

Zövq çəkmək – bax zövq almaq.
Zövq əhli – kefcil adam haqqında.
Bülbül istər gülü, zövq əhli sevər cananı; Hər bir aşiq sevir öz sevgili cananəsini. Vahid.

Zövq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək. Bu musiqi bizə böyük zövq verdi.
– Zövq verməz dəxi, eşq əhlinə şirin dəhənin. S.Ə.Şirvani.
…Bu gün [Ruxsarənin] öz ayağı ilə gəlməsi Sübhanverdizadəyə hədsiz bir zövq verdi. S.Rəhimov.

Zövqə batmaq – bax zövq almaq.
Zövqə dalmaq – zövqə qapılmaq, zövq içində olmaq.
Şimdi Sənan yatıb da röyadə; Zövqə dalmış behişti-əladə. H.Cavid.

Zövqə gəlmək – zövqlənmək əhvalı yaxşılaşmaq, kefi durulmaq.
Zövqə yatmaq (yaratmaq) – xoşa gəlmək, bəyənilmək, estetik tələblərə cavab vermək.
Zövqünü oxşamaq – bax zövq vermək. Təbiət öz gözəlliyi və təravəti ilə insanlara təsir edir, zövqünü oxşayır.
2. Gözəllik, hüsn.
Mirzağa deyirdi: – Sən bilməyirsən, Cəmilə! Xəlvət bir guşəyə çəkilib ikili yaşamağın başqa bir zövqü vardır. S.Hüseyn.
Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. M.Dilbazi.

3. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. Zövq ilə geyinmək. Onun incə zövqü var.
– Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. M.S.Ordubadi.
[Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid.

□ Zövq ilə – incəliklə, incə duyğu ilə, estetik tələblərə uyğun surətdə.
Burada hər şey zövq ilə sahman olunmuşdu. H.Seyidbəyli.

4. Meyil, həvəs, istək.
Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. M.F.Axundzadə.
Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq, özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. M.S.Ordubadi.

5. Əyləncə, şadlıq, kef, səfa. Zövq içində yaşamaq. O, bütün zövqümüzü pozdu.
– Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət.
Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edəriz. H.Cavid.

Синонимы

  • ZÖVQ zövq bax 1. kef 1; 2. gözəllik; 3. ləzzət 1
  • ZÖVQ meyl — həvəs — istək
  • ZÖVQ ləzzət — həzz — nəşə
  • ZÖVQ əyləncə — şadlıq — kef — səfa
  • ZÖVQ gözəllik — hüsn
  • ZÖVQ duyma

Антонимы

  • ZÖVQ ZÖVQ – CÖVR Həm zövqüdür, həm cövrüdür ömrün o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət (B.Vahabzadə)

Этимология

  • ZÖVQ Ərəbcə “incə duyğu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZÖVCƏ
ZÖVQ-SƏFA
OBASTAN VİKİ
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. == Zövq prinsipi == Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Naməlum Zövqlər
"Unknown Pleasures" İngilis rok qrupu Joy Division-un 15 iyun 1979-cu ildə Factory Records səsyazma studiyasında buraxılmış debüt studiya albomudur. Üz qapağı rəssam Piter Savil tərəfindən radio pulsar siqnallarının təsvir planından istifadə etməklə yaradılmışdır. Bu, solist Yan Körtisin sağ olarkən çıxan yeganə Joy Division albomudur. Factory Records Unknown Pleasures -dən heç bir sinql yayımlamadı, baxmayaraq ki qrupun alboma daxil olmayan debüt sinqlı "Transmission" uğur qazanmışdır. Bu albom post-punk janrının ən önəmli albomu kimi tarixə yazıldı, və NME, AllMusic, Select, Rolling Stone və Spin kimi nəşrlər tərəfindən bütün zamanların ən yaxşı albomlarından biri olaraq seçildi. == Tarixi == Joy Division 1976-cı ildə Salfordda pank rokun ilk dalğası zamanı yarandı. Bernard Samner və Piter Huk 4 iyun 1976-cı ildə Mançester Kiçik Sərbəst Ticarət Zalında Sex Pistols qrupunun şousunda ayrı-ayrılıqda iştirak etmişdilər və hər ikisi qrupun sadəliyi, sürəti və aqressivliyini bəyənmiş və sevmişdilər. Zərb alətində dostları Terri Meyson, gitarada Samner və basda Huk ilə qrup yaradaraq, vokalisti tapmaq üçün qəzetlərdə reklam yerləşdirdilər. Samner və Huk tanışları olan Yan Körtisə müraciət edərək qrupa dəvət etdilər. Qrup bir neçə dənə təbilçi dəyişdikdən sonra Stiven Morris 1977-ci ilin avqustunda, o vaxt Varşava adlanan qrupa, qoşuldu.

Значение слова в других словарях

внапа́шку горба́тый несообрази́тельный по-никониа́нски вве́рзиться всех и ка́ждого выска́бливать перема́зывать поляро́ид раско́сный aeronautical feedthrough higgledy-piggledy hint mixed-up soutache sown tout court wearability weariless бухаться двучленный осёл термометр фосфорит