ZÜHUR

[ ər. ] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru.
– Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli.
[Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb … doğurmadı. İ.Əfəndiyev.

□ Zühur etmək – meydana çıxmaq, zahir olmaq.
Gecmi, tezmi, bilməm, əmma həqq edər bir gün zühur. M.Hadi.
Veylabadda hər bir şey dəyişmişdi, çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli.
İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı vahid cəbhə düzəldə bilmirlər. M.S.Ordubadi.

Zühur olmaq – doğulmaq, meydana gəlmək.
Necə ki sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan. Molla Cümə.

Zühura gəlmək – meydana çıxmaq.
…Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir. C.Məmmədquluzadə.

Zühura çıxmaq – üzə çıxmaq, meydana çıxmaq, zahir olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZÜHUR görünmə — çıxma
ZÜHƏL
ZÜKUR
OBASTAN VİKİ
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir.Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş. Təvəllüd edibdir hicrətin 1265-də səfər ayının 11-ci günündə[1].

Digər lüğətlərdə

колю́чка миропома́зать плохо́й уча́лить шта́товский в доверше́ние чего взбудора́жить визуализа́ция вывола́кивание ниспосла́ние продюси́рование психологизи́ровать сосо́чковый фаэто́нный эфио́пка рокировать чоп dextrose enclosing malice aforethought Raymund tub four unwise water-absorbing распознаваемый