ZÜLMƏT

is. [ ər. ]
1. Qaranlıq.
Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət.
Çıraq ol! Nurunu artır günbəgün; Hər yerdə həyatın boğ zülmətini… B.Vahabzadə.
Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi! M.Dilbazi.

2. folk. Nağıllarda: İskəndərin dirilik çeşməsi axtarmaq üçün getdiyi çox qaranlıq yer.
3. məc. kit. Mədəniyyətsizlik, nadanlıq, cəhalət mənasında.
Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.

Синонимы

  • ZÜLMƏT zülmət bax qaranlıq 1
  • ZÜLMƏT qaranlıq — nadanlıq — cəhalət

Антонимы

  • ZÜLMƏT ZÜLMƏT – İŞIQLIQ Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi (M.Dilbazi); Aşağıda Cəbir ağzında başlanan açıqlıq, işıqlıq, düzlükdə isə azad təbiə

Этимология

  • ZÜLMƏT Ərəbcədir, gün batanda şərqdə görünən qaranlığa deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZÜLMATLI
ZÜLMƏTXANA
OBASTAN VİKİ
Gözqamaşdırıcı zülmət (roman)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler “Gözqamaşdırıcı zülmət” romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: “Gözqamaşdırıcı zülmət” romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir”. Belə ki, əvvəlcə “Rubaşov” adlı alman dilində olan əlyazması itkin düşür.

Значение слова в других словарях

биокера́мика врасти́сь вулка́н засви́стывать обездо́ленный остя́к перемножа́ть поглуми́ться прихвастну́ть протёсываться что за чёрт за́дний пограни́чный психолингви́стика телефо́н-автома́т тайка amalgamating languages antimask Heligoland Bight monomaniac step over белильня брошюра мгновение разграфить