zümrüd
zümrüdgöz 2021
OBASTAN VİKİ
Zümrüdçiçəyi
Zümrüdçiçəyi (lat. Scilla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Atropatan zümrüdçiçəyi
Atropaten zümrüdçiçəyi
Birillik zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi
Mişenko zümrüdçiçəyi (lat. Scilla mischtschenkoana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir.
Qafqaz zümrüdçiçəyi
Qafqaz zümrüdçiçəyi (lat. Scilla siberica subsp. caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinin sibir zümrüdçiçəyi növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır.
Sibir zümrüdçiçəyi
Sibir zümrüdçiçəyi (lat. Scilla siberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. Scilla L. - cinsinin latınca adı əvvəllər bu bitkinin aid edildiyi dəniz soğanı cinsinə mənsubdur. Məlum olan 80 növdən gülçülükdə təxminən 10 növündən istifadə edilir: aşağıdakı növlər xüsusilə məşhurdurlar: İkiyarpaqlı zümrüdçiçəyi (S. bifolia) mavi gülləri olan alçaqboylu, çoxillik bitkidir. Ağ, çəhrayı və bənövşəyi çiçəkləri olan bağ formaları vardır. Sibir zümrüdçiçəyi (S. sibirica) sallaq, mavi, bəzən ağ rəngdə çiçəkləri olan bitkidir. Bu növ 1796-cı ildən gülçülükdə istifadə olunur. Zümrüdçiçəyi çox rütubətli şəraitdə yaxşı bitir. Onu adətən gölməçələrin yaxınlığında əkirlər. Bitkini otaq şəraitində də yetişdirmək olar.
Zümrüdçiçəyi (Scilloideae)
Zümrüdçiçəyivari puşkiniya
Zümrüdçiçəyivari puşkiniya (lat. Puschkinia scilloides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin puşkiniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır.

Digər lüğətlərdə

дозвони́ться защи́пок кли́пер мала́йцы пиеми́я присту́кнуть антиперестро́ечный бурле́ск где́-нибудь откидно́й перевали́ться повенча́ть подсоедини́ть сотру́дница судохо́дец четы́режды antiquitarian close-bodied country-folk double quotes float out jiff mediateness sunscreen неправда