ZILĞA

is. məh.
1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala.
Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı.
Onun dişsiz ağzı zılğa cücə kimi açıldı. S.Rəhimov.

2. Quraqlıqdan sıxıntı çəkib incəlmiş. Zılğa taxıl (bitki).
3. Çox zəif, tək-tük tükləri olan.
Onun başının tükləri təpədən yanlara qədər tökülmüş, ortası zılğa (z.) qalmışdı. S.Rəhimov.

ZIQQINMAQ
ZILX

Значение слова в других словарях

кудерьки́ маде́ра организа́тор плечево́й реба́б упо́тчевать уса́теть фибрилля́ция хмырёнок легковоспламеня́ющийся чернорабо́чий balloon apron glance haven hog-wool pinyin pipe wrench scintilla Swabian бешенство нашлёпать обвинить остров поднырнуть рантье