ZƏİFLİK

is.
1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi.
// Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək.
[Qızın] çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. M.S.Ordubadi.
[Gülara] zəiflikdən bir skelet şəklini almışdı. Ə.Vəliyev.

2. Bir şeyin yerinə yetirilməsində lazımınca möhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik, qətiyyətsizlik, acizlik, bacarıqsızlıq, qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütün günah onun zəifliyindədir.
[Qadir] özünün zəifliyindən o qədər acıqlandı ki… Ə.Əbülhəsən.

□ Zəiflik göstərmək – acizlik göstərmək, iradəsizlik göstərmək.
// Kifayətsizlik, yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan, qüsur. Aparılan işlərin zəifliyi. Təşkilat cəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətinin zəifliyi.
// Azlıq, çatışmazlıq. Əqli zəiflik. Orqanizmdə vitaminlərin azlığı zəifliyə və ya xəstəliyə səbəb olur.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏİFLİK ZƏİFLİK (zəif adamın halı) [Firəngiz:] Qadın üçün qadın zəifliyindən yaxa qurtarmaq qeyri-mümkün məsələ imiş
  • ZƏİFLİK gücsüzlük — üzgünlük — taqətsizlik
  • ZƏİFLİK iradəsizlik — qətiyyətsizlik — bacarıqsızlıq — qabiliyyətsizlik
ZƏİFLƏTMƏK
ZƏKA
OBASTAN VİKİ
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. == Retroqrad amneziya == Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. == Anteroqrad amneziya == Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. == Retroanteroqrad amneziya == Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.

Digər lüğətlərdə

длинноволокни́стый ломо́та любе́зная невино́вность пусте́ть самоснабже́ние ста́чивать уми́льно шипе́ние ба́кенный изло́манность нея́вственный по-чино́вничьи усредня́ться фаталисти́ческий аллилуйя -ety alchemic coxitis deviance fiducial стишок стяжать чавкать эпицикл