zəmin
zəncir
OBASTAN VİKİ
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
On zənci balası (roman)
On zənci balası — ingilis yazıçısı Aqata Kristi tərəfindən yazılmış sirli romandır və onun yazdığı kitablar arasında ən çətini kimi təsvir edilmişdir. O, ilk dəfə Böyük Britaniyada Collins Crime Club tərəfindən 6 noyabr 1939-cu ildə On Balaca Zenci adı ilə əsas süjet elementi kimi xidmətedən uşaqların sayma qafiyəsindən və ozan mahnısından sonra nəşr edilmişdir. == Haqqında == Səkkiz nəfər Devon sahilindəki kiçik, təcrid olunmuş adaya gəlir , hər biri gözlənilməz şəxsi dəvət alır. Onları eşikağası və aşpaz, Tomas və Ethel Rocers qarşılayır və izah edir ki, ev sahibləri Ulik Norman Ouen və Una Nensi Ouen təlimatları tərk etsələr də, hələ gəlməyiblər. Köhnə qafiyənin çərçivəli surəti hər qonaq otağında asılıb, yeməkxananın stolunda isə on heykəlcik var. Şam yeməyindən sonra fonoqraf çalınır; səsyazma hər bir ziyarətçini və cənab və xanım Rocersi qətl törətməkdə günahlandırır, sonra "bardakı məhbuslardan" hər hansı birinin müdafiə təklif etmək istəyib-istəmədiyini soruşur. Qonaqlar aşkar edirlər ki, onlardan heç biri Ouenləri tanımır və cənab Ədliyyə Uorqreyv deyir ki, "UN Owen" adı "Naməlum" əsərinin pyesidir. Marston içkisini bitirir və sianid zəhərlənməsindən dərhal ölür. Doktor Armstronq digər içkilərdə sianid olmadığını təsdiqləyir və Marstonun özünü dozajlamış olduğunu ehtimal edir. Ertəsi gün səhər xanım Rocers yatağında ölü tapıldı və nahar vaxtı General MacArthur da başına aldığı ağır zərbədən öldü.
Barxan zənciri
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan zənciri == Barxan zənciri barxanların "buynuzlar"ının birləşməsi nəticəsində yaranmış xüsusi müsbət eol relyef formasına deyilir. Barxan zənciri barxanlardan fərqli olaraq, hakim küləklərin istiqamətinə perpendikulyar yerləşərək, uzunluğu adətən 3–5 km, nadir hallarda isə 15–20 km olur. Barxan zənciri tənha barxanlar üçün xarakterik elementlərə: az meylli uzun və qısa dik yamaca, barxan "buynuzları"na və s.
Dərman zəncirotu
Dərman zəncirotu (lat. Taraxacum officinale) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Dərman zəncirotu hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. == Yarpaq == Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. == Çiçək == Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur. == Meyvə == Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3-3,5 mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır; buruncuğu nazikdir, 3-4 dəfə toxumdan uzundur; kəkili ağ rəngdədir, 2-2,5 dəfə buruncuqdan qısadır. == Çiçəkləməsi == Aprel-İyun == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), BQ qərb, KQ mərkəzi.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Payız zəncirotu
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. == Əsas prinsip == Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. == PZR-in tətbiqi == Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti. Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T) Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu. Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.Reaksiya 0,2-0,5 millilitrlik plastik qabcıqlar içərisində 15-100 mikrolitr həcmə malik PZR cihazında aparılır.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Təchizat Zənciri
Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir. == Təchizat Zəncirinin İdarəolunması == Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir. Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır.
Xuzhou zəncirlənmiş qadın hadisəsi
Zəncilabad (Sərab)
Zəncilabad (fars. زنجيل اباد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (43 ailə).
Zəncilər
Zincilər – VII-IX əsrlərdə ərəb və İran qul alverçiləri tərəfindən, əsasən, Zənzibar adasının (ərəb dilində əz-Zinc; "zinci" adı da buradandır) qul bazarlarından alınaraq İraq və Xuzistana gətirilmiş Şərqi Afrika mənşəli qul. Zincilərdən ən ağır işlərdə istifadə edirdilər. Onlar kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu.
Zəncilərin üsyanı
Zəncilərin üsyanı— Abbasilər dövründə IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş silsilə qiyam. == Tarixi == Xilafət ərazisində Zincilərdən ən ağır işlərdə (kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər) istifadə edirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu. Xəlifə əl-Müxtədinin dövründə (868-870), 869-cu ildə Bəsrə bölgəsində zincilərin üsyanı baş verdi. Üsyanın rəhbəri Əli ibn Məhəmməd idi. O, nə zənci, nə də qul idi. Özünü Həzrət Əli ibn Əbutalibin törəməsi kimi qələmə verirdi. Üsyanın yayıldığını görüb özünü Mehdi elan etdi. Xəlifə yalnız 879-cu ildə üsyanı yatıra bildi.
Zəncir altındakı Məryəm Ana kilsəsi
Zəncir altındakı Məryəm Ana kilsəsi (çex. Kostel Panny Marie pod řetězem, alm. Kirche der Jungfrau Maria unter der Kette am Ende der Brücke‎) — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində (Praqa 1) yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur == Adının mənşəyi == Zəncir altındakı Məryəm Ana kilsəsinin adının mənşəyi barədə vahid fikir mövcud deyil. Versiyalardan birinə görə, kilsədə boynu zəncirlə bəzədilmiş Məryəm Ananın heykəli yerləşirdi. Digər versiya kilsənin yanında keçmiş Yuditin körpüsünün (hazırkı Karl körpüsünün sələfi) olması ilə bağlıdır. Üçüncü, daha inandırıcı izah isə belədir ki, məbəd Praqaya gələn ticarət gəmilərinin lövbər saldığı Vltava sahili ilə üzbəüz yerləşir. Bu məlumat həm də yaxında Řetězová (Rjetezova — zəncir mənasını verir) küçəsinin yerləşməsi ilə təsdiqlənir.
Zəncir ötürməsi
Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir. == Konstruksiyası == Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Zəncirabad (Həştrud)
Zəncirabad (fars. زنجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (10 ailə).
Zəncirabad (Qoşaçay)
Zəncirabad (fars. زنجيراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (145 ailə).
Zəncirbulaq (Əhər)
Zəncirbulaq (fars. زنجيربلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (44 ailə).
Zəncirbənd
Qıfıllıca və ya zəncirbənd (fr. fermoir) — geyim, çanta və s. iki ayrı hissəsini sürətli şəkildə bir-birinə birləşdirliməsi üçün nəzərdə tutulmuş qıfıllama növlərindən biri. 1891-ci ildə ABŞ vətəndaşı Uitcomb Judson tərəfindən icad edilib. 1918-ci ilədək yalnız kovboy geyimlərində istifadə olunmasına baxmayaraq, hazırda geyim növləri və çantalarda geniş şəkildə tətbiq olunur.
Zəncirli
Zəncirli — Yardımlı rayonunun Varğadüz inzibati ərazi vahidində kənd. Zəncirli — Daşkəsən rayonu ərazisində dağ. Digər yerli adı Yeddiqardaşdır; Zəncirli — Şərur rayonu ərazisində dağ silsiləsi. Naxçıvan MR ilə Ermənistanın sarhedindadir. Zəncirli — Daşkəsən rayonu ərazisində çay. Gəncə çayının sol qoludur. Zəncirli — İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.
Zəncirli (kənd)
Zəncirli - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. == Haqqında == 1590-cı ilə və 1728-ci ilə aid mənbədə Zincirli kimidir. Başqa mənbədə Zincirlu kimidir. 1828-ci ilə aid mənbədə kəndin Abdulla Musa oğluna mənsub olması göstərilir 1828-1832-ci illərdə əhalisi qovulmuşdur. Sonra bir hissəsi geri qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Zəncirli dağının adındandır.
Zəncirə (Şot)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Zəncirə (Şövt)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).

Значение слова в других словарях

корнено́жки микропо́ристый многополя́рный перефы́ркиваться плакирова́льщица поразнообра́зить прока́лывание сарма́ты витиева́то изде́рживаться не мо́жет быть! око́пчик подклика́ться разни́зываться кларнет стыгнуть archegay cramoisie free goods judicial review periclase pewholder sealed bid tail-shaft Tartu