ZƏNƏN

is. [ fars. ]
1. Qadın, arvad.
Camaat yer eylədilər, zənənnər gəlib oturdular. Aşıq Ələsgər”.
□ Zənən xeylağı evf. – qadın, arvad.
Onda ki, şahi-şəhid İngilistanə təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. M.S.Ordubadi.

2. Həyat yoldaşı, arvad.
Günlərin bir günündə genə də padşahın zənəni həmli olur. (Nağıl).

Синонимы

  • ZƏNƏN zənən bax arvad 1; qadın 1
  • ZƏNƏN arvad — qadın
ZƏNƏXDANLI
ZƏNƏNƏ
OBASTAN VİKİ
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır. == Tarixi == Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. === Sovet dövrü === 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.

Значение слова в других словарях

в я́блоках да что́ же зайчо́нок заточе́ние классифика́тор о́тклик парте́рный предопределённость профуфы́риться телемехани́ческий безукори́зненно приставу́чий черка́н касатик anthracnose Beautiful People causey competitive goof around herein licentious slewable triceratops налагать сельтерский