ZƏRDAB
ZƏRDƏ
OBASTAN VİKİ
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur. İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu.
Məlik Rəhim bəy Məlik Fətəli oğlu (Zərdablı)
Məlik Rəhim bəy Fətəli bəy oğlu (Zərdablı) (XVIII əsr — XIX əsr) — Şirvan əyalətinin Qarasubasar mahalının naibi, eyni zamanda Zərdab kəndinin sahibi, Həsən bəy Zərdabinin babası. Fətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18–19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə "Məlik" müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona "Məlik" titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar. Həm Şamaxı xanı Ağası xan, həm də övladlarının Əlvənd (müasir Zərdab rayonunun kəndidir) bəyləri ilə qohumluq əlaqələri olmuşdur.

Значение слова в других словарях