ÖGEY

sif. Doğma olmayan. Ögey ana. Ögey ata. Ögey bacı.
- Uşaq anasına doğma olsa da; Qondarma ataya ögeydir, axı. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖGEY yad — özgə

Antonimlər (əks mənalı sözlər)

  • ÖGEY ÖGEY – DOĞMA Dedim ögey atadan ata olmaz bunlara (M.Eynullayeva); – Sən mənim doğma atamsan! (Ə.Vəliyev)

Etimologiya

  • ÖGEY 1. Mənbələrdə ög (oy) “doğma”, öksüz isə “yetim” kimi verilib. Dilimizdə ögey “doğma olmayan” deməkdir (əsli: ög döy; ög deyil kimi olub)
ÖFKƏLİ-ÖFKƏLİ
ÖGEY-DOĞMALIQ

Digər lüğətlərdə