ÇAHARYAR
ÇAK-ÇAK
OBASTAN VİKİ
Çak Berri
Çak Berri və ya Çarlz Berri (18 oktyabr 1926, Missuri - 18 mart 2017) ABŞ-lı rok əfsanəsi. 1940-cı illərdə Gibsonun elektrikli gitaranı ixtira etdikdən sonra rokda yeni bir dövr yarandı. Daha sonra rok Elektrogitara vasitəsi ilə bu günə çatdırıldı. Çak Berri də həmin dövrdə bir çox musiqiçinin diqqətini çəkmişdir. Bunların başında AC/DC kimi qruplar var ki, onların səhnədə sürüşə-sürüşə gəzməsi məhz Çak Berridən gəlmişdir. == Studiya albomları == After School Session (May 1957) One Dozen Berrys (Mart 1958) Chuck Berry Is on Top (İyul 1959) Rockin' at the Hops (İyul 1960) New Juke Box Hits (Mart 1961) Chuck Berry On Stage (Avqust 1963) Two Great Guitars (Avqust 1964) St. Louis to Liverpool (Noyabr 1964) Chuck Berry in London (Aprel 1965) Fresh Berry's (Noyabr 1965) Chuck Berry's Golden Hits (Mart 1967) Chuck Berry in Memphis (Sentyabr 1967) From St.
Çak Makkan
Charles Jonathan Thomas "Chuck" McCann (ing. Chuck McCann; 2 sentyabr 1934, Bruklin, Nyu-York — 8 aprel 2018, Los Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Çak Norris
Çak Norris (ing. Chuck Norris, əsl adı Karlos Rey Norris (kiçik), ing. Carlos Ray Norris Jr.; 10 mart 1940) — Amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzu, qardaşı Aaron Norrisin döyüş filmlərində əsas rolların ifaçısı. == Həyatı == Əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-nin Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Norrisin atası avtomexanik olub və gələcək aktyorun ailəsi kasıbçılıqla yaşayıb. Onların daimi yaşayış yeri olmayıb, anası və iki balaca qardaşı ilə qalan Norris yarısəfil ömür sürüb. Sonradan valideynləri boşandıqdan sonra ailəyə yeni başçı gəlib. Məhz ögey atası Corc Nayt Çak Norrisin idmanı ehtiraslı sevməsinin səbəbkarı olub. Orta məktəbi başa vurduqdan sonra Karlos Hərbi Hava Qüvvələrinin sıralarına yazılıb. O, 1959-cu ildə 3-cü dərəcəli pilot kimi Koreyaya göndərilib.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Çak Yeqer
Çarlz Elvud Yeqer (ing. Charles Elwood Yeager; 13 fevral 1923, Mira[d], Qərbi Virciniya – 7 dekabr 2020, Los-Anceles, Kaliforniya) — amerikalı pilot. == Həyatı == 1923-cü ildə Amerika Birləşmiş Ştatlarının Virciniya bölgəsində dünyaya gəlmişdir. İkinci dünya müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Müharibə başa çatdıqdan sonra Hərbi hava qüvvələrindən ayrılmamış və test pilotu olmuşdur. 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən səs sürətini keçmiş ilk insan olmuşdur. Daha sonralar hərbi karyerasında general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1941–1975-ci illər ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Vyetnam müharibəsi və İkinci dünya müharibəsində iştirak etmişdir.
Çak Şuldiner
Çarlz Maykl Şuldiner (ing. Charles "Chuck" Michael Schuldiner; 13 may 1967, Nyu-York, Nyu-York ştatı – 13 dekabr 2001, Altamont Sprinqs[d], Florida) — Amerikalı musiqiçi, ilk det-metal qruplarından olan "Death"-in qurucusu. == Bioqrafiya == Onun 9 yaşı olanda 16 yaşlı qardaşı bədbəxt hadisə nəticəsində ölmüşdür. Ailəsi Çakı bu ağır hadisəni unutduracağını ümid edərək, gitara alır. Çak klassik gitarada ifa etməyi öyrənir, amma tezliklə bundan bezir. Valideynləri ona elektrogitara aldıqda isə bu, tezliklə onun sevimli əşyasını çevrilir və o bundan sonra demək olar ki, həmişə gitarasında ifa etməyə və mahnılar yazmağa başlayır. Çakın sevdiyi qruplara Kiss, Iron Maiden, Billy Idol və s. daxil idi. 1983-cü ildə o, Mantas qrupunu yaradır. 1984-cü ildə qrupun adı Death olaraq dəyişdirilir.
Uğurlar, Çak (film, 2007)
Uğurlar, Çak - Deyn Kuk və Cessika Albanın baş rolları paylaşdığı 2007-ci il amerikan romantik komediya filmi. Filmdə qadınlar Cakla seks etdikdən sonra "həyatlarının tək sevgilərini" tapırlar. == Məzmun == 1985-ci ildə bir yığıncaqda cənnətdə yeddi dəqiqə oynarkən 10 yaşındakı Çarli Çak Loqan onunla seks etmək istəyən Anişa adlı qotik bir qızı öpməyi rədd edir. Əvəz olaraq Anişa Çarliyə lənətlənir. Beləliklə, yatdığı hər qadın Varlidən ayrılır və tezliklə başqa biriylə evlənir. İllər ötür, Çarli otuzlu yaşlarında uğurlu diş həkimidir və ənyaxın dostu Stu ilə eyni yerdə işləyir. Çak sevgilisi Karola onu sevdiyini deyə bilmir və sahildə onunla sekslə məşğul olarkən ondan ayrılır. Ayrılmadan sonra Çak və Stu Cakın köhnə sevgililərindən Keytin toyuna getməyə qərar verirlər. Keytin toyunda Çak Ceym Vekslerə aşiq olur. Ceym bacarıqsız, amma çəkici və mehriban dəniz bioloqudur.
Aleksandr Çakovski
Aleksandr Çakovski (26 avqust, 1913, Rusiya imperiyası, Sankt-Peterburq - 17 iyul, 1994, RF, Moskva,) - Rus yazıçısı == Haqqında == Aleksandr Borisoviç Çakovski 1913-cü il avqust ayının 26-da Peterburqda anadan olmuşdur. 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı, 1978-ci ildə Lenin mükafatı, 1950-ci və 1983-cü illərdə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. Yaradıcılığına 1937-ci ildən tənqidçi kimi başlamışdır. “Bu Leninqradda olmuşdur” (1944), “Lida” (1945), “Sülh günləri” (1947) trilogiyası Böyük Vətən müharibəsində Leninqradın qəhrəmanlığından bəhs edir. “Bizdə artıq səhərdir” (1949), “Omrün bir ili” (1956), “Seçdiyimiz yollar” (1960) və s. romanlarının, “Uzaq ulduzun işığı” (1962), “Gəlin” (1966) və s. kimi povestlərin müəllifidir. 1954-1963-cü illərdə “İnostrannaya literatura”jurnalının baş redaktoru, daha sonra “Literaturnaya qazeta” jurnalının baş redaktoru olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü olmuşdur.
Baba Çakalo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Cüneyt Çakır
Cüneyt Çakır (23 noyabr 1976, İstanbul) — türkiyəli beynəlxalq dərəcəli futbol hakimi və sığortacı. Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-də Çempionlar Liqasının finalında Barselona- Yuventus matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olmuşdur. == Hakimlik karyerası == İstanbul bölgəsi hakimi olan Cüneyt Çakır Kocaeli Universiteti işlətmə fakültəsinin məzunudur. Hazırda hakimliklə birlikdə sığortaçılıqla da məşğul olur. 1994 ildə hakimlik karyerasına başlayan Çakır, 1997 ildə C reytinqli və 1999 ildə isə B reytinqli hakim oldu. Türkiyə Futbol Federasiyasının qeydlərində olan ilk idarə etdiyi matç 18 Oktyabr 1996-cı il tarixli Beşiktaş A.Ş.-Samsunspor matçıdır, bu oyunda o, yardımcı hakim vəzifəsini görürdü. Yüksək reytinq hakimi kateqoriyasına 2001-ci ildə yüksələrkən, Türkiyə Super Liqasındakı ilk oyununa da eyni ildə çıxmışdı. Super Liqadakı ilk matçı Malatyaspor-Çaykur Rizespor matçıdır. 2006-cı ildə FİFA dərəcli hakim olan Cüneyt Çakır, göstərdiyi uğura görə 2007-ci ildə Avropanın istedadlı hakimlərinin dəvət edildiyi isveçli keçmiş hakim Karl-Erik Nilssonun rəhbərliyi altında keçirilən Mentör Proqramına dəvət edilmiş və buradakı üstün müvəffəqiyyətinə görə UEFA tərəfindən yüksək səviyyəli müsabiqələrdə tapşırıq verilmişdir. 2007-ci ildə Avstriyada təşkil edilən 19 yaşlılar arası Avropa Çempionatının final mərhələsinə dəvət olunan Cüneyt Çakır bu turnirdə Fransa-Serbiya və İspaniya-Portuqaliya arasında oynanan qrup oyunlarını idarə etmişdir.
Deniz Çakır
Deniz Çakır (31 dekabr 1981, Ankara)— Türkiyə aktrisası. == Həyatı və karyerası == Deniz Çakır 31 dekabr 1981-ci ildə Ankarada dünyaya gəlib.Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Hissəsinin məzunudur. Məzun olduqdan sonra İstanbula yerləşdi. Konservatoriyadan məzun olmadan əvvəl Ankara Radiosunda, radio teatrı etdi və radio reklamı səsləndirdi. İlk televiziya təcrübəsi olan "Qadın İstəsə" dəki Alov roluyla tanındı, amma əsl çıxışını Yarpaq Dökümü serialdakı Ferhunde xarakteriylə etmişdir.
Fullapati Çakma
Fullapati Çakma (5 iyun 1996) — Banqladeşli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Banqladeşi təmsil edir. Fullapati Çakma İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Mirzə Hüseyn bəy Çakər
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə (1863-1932) — şair. == Həyatı == Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Hacı Mirzə Hüseyn bəy Şuşada yaranan "Qarabağ məclisi"nin üzvü idi. Bu təşkilatın üzvləri erməni slahlılarına qarşı mübarizə aparırdilar. 1908-ci ilin mart ayının 23-də Hacı Mirzə Hüseyn bəy Münşizadə polis tərəfindən saxlanıldı. Məhkəmədən sonra Həştərxan quberniyasına sürgün edildi.
Mithun Çakraborti
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru. == Həyatı == Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər.
Mitxun Çakraborti
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru. == Həyatı == Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər.
Mitxun Çakroborti
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru. == Həyatı == Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər.
Mixayıl Çakır
Mixayıl Çakır (27 aprel 1861, Çadır-Lunqa, Qaqauziya – 8 sentyabr 1938, Kişinyov) — Qaqauz əsilli tarixçi, etnoqraf. == Həyatı == Mixayıl Çakır 1861-ci il aprelin 27-də anadan olub. Onun valideynləri Rusiyanın 1812-ci ildə Çadıra qəsəbəsinə köçürdüyü qaqauzlardandır. Mixayıl ilk təhsilini Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda müəllim işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və müəllim kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. 1884-cü ildə onu məhəllə müvəkkili rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(1910, Ula-2008, Muğla)—Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. == Həyatı == 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Ronaldo Çakon
Ronaldo Daniel Çakon Zambrano (18 fevral 1998-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Çakon Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. == Uşaqlığı == Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. == Klub karyerası == === Trabzonspor === Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. === 1461 Trabzon === 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Xarə-i Çaki (Sərdəşt)
Xarə-i Çaki (fars. خره چاكي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çaka bəy
Çaka bəy (?-1092) — Oğuzların Çavundur boyuna mənsub türk sərkərdəsi və hökmdarı. İlk türk admiralı. == Həyatı == Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan 1092-ci ildə Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir.Tarixçilər qeyd edirlər ki, Çaka bəyin öldürülməsində Bizansın əli vardı.Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan türk tayfaları mövcud idi. == Çaka bəy və peçeneqlər == Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirə edən Peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğrubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər. Bu dövrdə bizanslılar qərbdə Peçeneq türkləri, Anadoludan Səlcuq türkləri, İzmir və ətrafında Çaka bəy ilə döyüşmək məcburiyyətində idilər.
Çaka bəyliyi
Çaka bəyliyi — Anadolu bəyliklərindən biri. == Tarixi == Çaka bəyliyi 1081-ci ildə İzmirdə qurulmuşdur. Qurucusu Çaka bəydir. 1093-ci ildə Bizanslılar tərəfindən dağıdıldı. Beləcə Qərbi Anadoludakı ilk Türk suverenliyi sona çatmış oldu. Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir. Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan Türk tayfaları mövcud idi.

Значение слова в других словарях

босовики́ бра́узер подса́ливаться преу́мно рули́ть загру́зочный кла́ссность натурали́стка просла́вленный растереби́ть спондили́т упрощённость электроразве́дочный верзни слуд Altaic copulate cross-holdings extra-scientific mark sign palm-tree кочегарка круглосуточный полупьяный рогожка