ÇALIŞMAQ

f.
1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq.
– Deyirdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev.
Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı. Çəmənzəminli.

2. Fəaliyyət göstərmək, işləmək.
Eldarın fikrinə görə fabrik-zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. S.Hüseyn.

// dan. Bir vəzifə daşımaq, bir peşədə işləmək. Həştərxanda Zaqafqaziya Müsəlman İşləri Komissarlığında və “Hümmət” qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadinin əsərlərində günün vacib məsələlərinin izahı böyük yer tuturdu.
// dan. İşləmək, vəzifə daşımaq.
Ehtiyat xala … ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal.

// İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən “üzərində” sözü ilə). Dissertasiya üzərində çalışmaq.
□ Öz üzərində çalışmaq – öz biliyini, səviyyəsini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul olmaq, öz üzərində işləmək.
3. Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək.
Kimindir sabahdanaxşama qədər; Yağışda, yağmurda çalışan əllər? S.Vurğun.
Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇALIŞMAQ 1. ÇALIŞMAQ [Azər:] Sən hər işdə birinci olmaq istəyirsən və çalışıb olursan da (A.Şaiq); CANFƏŞANLIQ ELƏMƏK (ETMƏK) Nurcahan: Sənə nə düşüb belə canf
  • ÇALIŞMAQ işləmək — əlləşmək

Antonimlər (əks mənalı sözlər)

  • ÇALIŞMAQ ÇALIŞMAQ – VEYLLƏNMƏK Biz çalışmalıyıq ki, ayrı-ayrı adamların əvəzinə ümumi camaat varlansın, kolxoz dövlətlənsin (Ə

Etimologiya

  • ÇALIŞMAQ Mənbələrdə “əlbəyaxa tutaşma”, “mübarizə” kimi şərh olunub. Çalpaşıq kəlməsi də var, “ziddiyyətə qovuşmuş” mənasını verir (bu çəp kəlməsi ilə də bağlı
ÇALIŞMA
ÇALLANMA

Digər lüğətlərdə

брава́да книгое́д козля́к маневр неопали́мый плоскогру́дый подбрива́ть протра́титься расши́ренно транссексуа́льный благове́рная заля́пать листа́ть мокрота трамтарара́м оттуда чечевица foundling ineffectively launce stringency thumper well-tempered нет поругание