ÇALMAK
ÇAMAŞIR
OBASTAN VİKİ
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.
Faruq Nafiz Çamlıbel
Faruq Nafiz Çamlıbel (18 may 1898, Konstantinopol – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur. == Həyatı == Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur. İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb. == Yaradıclığı == Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Karlo Adzelio Çampi
Karlo Adzelio Çampi (d. 9 dekabr 1920 - ö. 16 sentyabr 2016) — İtalyan siyasətçi və bankçı, İtaliyanın onuncu prezindenti (18 may 1999-15 may 2006). Müstəqil olaraq, seçkilərdə iştirak edib. Daha sonra senator çalışmışdır. == Həyatı == 1920-ci ildə Livornoda anadan olub. Çampi 1941-ci ildə Pisa Universitetinin ədəbiyyat hissəsindən məzun olub. İtalyan Müqavimət Fəaliyyətinə qatılıb. 1946-ci ildə Franca Fundacja ilə evlənib. Eyni ildə Pisa Universiteti hüquq fakültəsindən məzun olub.
Köhnə çamadanlar (film, 2022)
Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir. == Məzmun == Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür. == Film üzərində işləyənlər == Ssenari müəllifi: Sevda Sultanova Rejissor: Saida Haqverdiyeva Görüntü rejissoru: Şahmar Qəhrəmanov Quruluşçu rəssam: Əfşan Əsədova Montaj rejissoru: Rza Almasi Pərqu Bəstəkar: Vüqar Camalov Art director: Tahir Tahiroviç Baş prodüser: Pərvinə İsmayılova İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov == Rollarda == Məmməd Səfa Pərvanə Qurbanova Gülzar Qurbanova Zemfira Əbdülsəmədova Nəsibə Eldarova Zümrüd Qasımova Ülviyyə Əliyeva Zülfiyyə Qurbanova Oksana Rəsulova Zülfiyyə Nəzər Məmmədova Aygün Fətullayeva Rada Nəsibova Zarina Qurbanova Türkay Cəfərli Könül Qasımova Şəfəq Əliyeva Səmimi Fərhad Aqil M. Quliyev Namiq Ağayev Vüqar Hacıyev Cavanşir Məhərrəmov Rəsmiyyə Nurməmmədova Qızılgül Quliyeva Elmira Hüseynova Səriyyə Mansurova Samirə Nəcəfova Rəhim Rəhimov Məmmədşah Təhməzov Yusif Baxşəliyev Yağmur Firuz Aysel Əliyeva Sovqat Səmədova Şəbnəm Hüseynova Amil İbrahimli Səyyad Əliyev Anar Məmmədov Gülər Kərimli Vəfa Hacızadə Fərid Haqverdiyev Məleykə Cəfərova Kamil Əliyev Fatimə Yunusova Habil Əliyev Rəhman Nəhmətov Rüqəyya Quliyeva Hüseynəli Quliyev Sevda Sultanova Anar MəmmədovUşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.
Mikayıl Çamçıyan
Mikayıl Çamçıyan (erm. Միքայէլ Չամչեան; 4 (15) dekabr 1738, Konstantinopol – 30 noyabr (12 dekabr) 1823) — erməni keşişi və tarixçisi. O, daha çox Ermənistan tarixi haqqında üç cilddə hərtərəfli əsər ilə tanınır və bu, nəşr olunduğu gündən alimlər üçün istinad nöqtəsi olaraq qalır. == Həyatı == Çamçıyan Osmanlı imperiyasında, İstanbul şəhərində anadan olmuş və imperator zərgəri Mikayıl Çələbi Düzyanın yanında zərgər kimi təhsil almışdır. 1762-ci ildə Venesiyadakı mexitarist icmasına qoşulmuşdur. 1774-cü ildə o, monastırda erməni dili müəllimi təyin edilmişdir. Çamçıyan 1779-cu ildə "Erməni dilinin qrammatikası"nı yazmışdır. 1784-cü ildə o, "Dünyanın başlanğıcından 1784-cü ilə qədər erməni tarixi"ni tamamlamışdır. Əsər romantik erməni milliyətçiliyinin başlanğıcıdır. Çamçıyan eramızdan əvvəl 11 avqust 2492-ci ildən başlayan erməni patriarxlarının xronologiyasını yazmışdır.
Mustafa Çamran
Mustafa Çamran Savehî (fa: مصطفی چمران, 8 mart 1932, Tehran – 20 iyun 1981), İranlı akademik, fizik, siyasətçi, Mehdi Bazərgan dövlətində İranın müdafiə naziri, Əməl hərəkatının qurulmasında Musa əl-Sədrin köməkçisi, İslami Şura Məclisinin nümayəndəsi və İran-İraq müharibəsində komandir == Həyatı == === Doğumu === 8 mart 1932-ci ildə Tehranda səkkiz nəfərlik bir ailədə anadan olmuşdur. Atası Hassan Çamran, İranın Savə şəhərindəki Çamran adlı bir kənddən Tehrana köçmüşdü === Təhsili === Çamran ilk təhsilinə Tehran Memarlıq Məktəbində başlamışdır. Orta təhsilini Darul Funun və Elborz məktəblərində bitirib. 1953-cü ildə yüksək nəticəsi ilə Tehran Universitetinin Elm Fakültəsində Elektromexanika şöbəsində təhsilini ilə davam etdirdi. Bakalavrı bitirdikdən sonra Magistr dərəcəsi üçün Texas Universitetinin təqaüdünü aldı və təhsilini davam etdirdi. ABŞ-nin Kaliforniya Universitetində elektro-fizika üzrə doktorluq dərəcəsini almışdır. Fars dilindən əlavə, Çamran ərəb, ingilis, türk, fransız və alman dillərini də yaxşı bilirdi. === Kitabları === Mustafa Çamran döyüşçü olsa da, eyni zamanda fikir və düşüncə adamı idi. Sənəti və incəsənəti çox sevirdi. Onun hikmətli sözləri və düşüncələri “Ruhun hikmətlə yüksəlməsi” adlı bir kitabda toplanmışdır.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Samurai Champloo — Internet Movie Database saytında.
Turabi Çamkıran
Turabi Çamkıran (1 yanvar 1987, Mersin) — Türkiyə TV serial aktyoru və döyüşçü. == Həyatı == 3 iyul 1987-ci ildə Mersində anadan olub. Əslən Kahramanmaraş Afşinlidir. M 2013-cü ildə "Talent You're Turkey" yarışmasında iştirak edib və yarımfinala yüksəlib. O, 2014, 2015 və 2018-ci illərdə Acun Ilıcalının hazırlayıb təqdim etdiyi Survivor yarışmasına qatılıb. 2014-cü ildə Survivor Volunteers komandasında iştirak edib və çempion olub. 2015-ci ildə Survivor All Star yarışmasında 1-ci oldu və iki dəfə dalbadal Survivor yarışmasında qalib gələn ilk şəxs oldu. Survivor yarışmasından sonra bir neçə film və serialda iştirak edib. O, Səhiyyə Nazirliyinin uşaqlara süd içdirilməsi ilə bağlı ictimai xidmət elanında iştirak edib. 2018-ci ildə üçüncü dəfə Survivor yarışmasında iştirak edib.
Viktoriya Çamorro
Viktoriya Çamorro (d. 10 iyul 1996) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Viktoriya Çamorro, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Violeta Çamorro
Violeta Barrios de Çamorro (isp. Violeta Barrios de Chamorro ; 18 oktyabr 1929) — nikaraqualı siyasətçi, jurnalist. 1990-1997-ci illərdə Nikaraqua prezidenti.
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Çamaki (Urmiya)
Çamaki (fars. چمكي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çamalalılar
Çamalalılar, çamalalilər, çamaladilər, çamaiqalar (özlərini belə adlandırırlar – “qaysı qurusu”) – Rusiya Federasiyasında xalq. Dağıstan Respublikasında (Tsumada rayonu, 7,2 min nəfər) və Çeçen Respublikasında (2,1 min nəfər) yaşayırlar. Ümumi sayları 9,5 min nəfərdir. SSRİ-də əhalinin siyahıyaalınması keçirilərkən çamalalıları avarlara aid edilirdilər. Nax-Dağıstan dil ailəsinin çamalal dilində danışırlar. Dialektləri: qakvari və gi qatli. Avar, rus, qismən də çeçen dilləri yayılmışdır. Məktəblərdə dərslər avar dilində aparılır. Dindarları müsəlmandır. == Ümumi məlumat == Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır.
Çamardı
Çamardı (türk. Çamardı) — Niğdə ilinin ilçəsi.
Çamaş ilçəsi
Camaş (türk. Çamaş) — Türkiyənin Qara dəniz bölgəsində Ordu ilinə bağlı şəhər və rayon.
Çamila Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. == Həyatı == Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .
Çamkut adası
Çamkut adası — Yapon dənizinə daxil olan Amur körfəzində yerləşən elə də böyük olmayan ada. Rusiya imperiyasının tərkibinə pekin traktatının (1860) nəticəsinə əsasən verilir. Ada materikdən uzunluğu 300 m, dərinliyi isə 40–60 sm olan boğazla ayrılır. insanlar sərbəst şəkildə bu boğazı keçə bilirlər. İnzibati baxımından ada Rusiya Federasiyası, Xabarovsk diyarı Nikolayevski rayonu ərazisinə daxildir. ada hamar səthə malikdir. sahillərində çimərliklər vardır. Bununla belə daş bünövrə üzərindədir. Üzəri sıx meşə ilə örtülüdür. Ada Lazarev şəhər tipli qəsəbəsindən 13 km məsafədə yerləşir.
Çamlanq
Çamlanq — Nepalda yerləşən, Himalaydakı Makalu yaxınlığında dağ. Himalayın Mahalanqur Himal silsiləsində yerləşir. Dağ 7,319 metr (24,012 ft) hündürlüyündədir.
Çamlar (Astara, İran)
Çamlar (fars. چملر‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (48 ailə).
Çamlıgəbin
Çamlıgəbin (fars. چملوگبين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (20 ailə).
Çamlıyayla
Çamlıyayla (türk. Çamlıyayla) — Mersin ilinin ilçəsi.
Çamorro
Çamorro dili — Çamorro xalqının dili, qərbi malay-polineziya dillərindən biri, Quamın və Şimali Marian adalarının rəsmi dili. Çamorro (xalq) — Çamorro xalqı.
Çamorro (dəqiqləşdirmə)
Çamorro dili — Çamorro xalqının dili, qərbi malay-polineziya dillərindən biri, Quamın və Şimali Marian adalarının rəsmi dili. Çamorro (xalq) — Çamorro xalqı.
Çamorro dili
Çamorro — Çamorro xalqının dili, qərbi malay-polineziya dillərindən biri, Quamın və Şimali Marian adalarının rəsmi dili.
климатогра́фия ли́тниковый опе́нить организа́тор тала́нт фильтра́ция внима́ние лавровый мара́лий неулови́мый раку́шковый рационали́ст миса тарна шушукать(ся) callaloo corn borer Emmeline goa illuvial immaculately standaway sucre лесопосадки прорывать