ÇAMIR

is.
1. Palçıq, lil, lehmə.
Qışda hər yanda lil, çamır palçıq; Yayda tozdan havası olmur açıq. A.Səhhət.
[Pəricahan xanım:] Qaşqa atı çamıra salmağa heyfim gəldi. S.S.Axundov.

2. məc. Gerilik, cəhalət, mədəniyyətsizlik; bataqlıq mənasında.
[Həyat:] Kəndi ayağa qaldırmaq, çamırlardan çıxarıb, işıqlı … yola çəkmək … hər bir namuslu vətəndaşın vəzifəsi deyilmi? M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAMIR palçıq

Etimologiya

  • ÇAMIR “Su” anlamını əks etdirən qədim ça kökü ilə bağlıdır. Suyu çox olan palçığa, bulanıq suya deyirlər. Çiləmək, çağış (yağışın qədim forması), celin (“ye
ÇAMADAN
ÇAMIRLANMA
OBASTAN VİKİ
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çamırlı (Göyçə)
Çamırlı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Çamırlı Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir. Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1929-cu illərdə ləğv edilmişdir. Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir.
Çamırlı (dəqiqləşdirmə)
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.

Digər lüğətlərdə

безынтере́сный засо́вывать мари́йцы проверте́ться функционе́р чиви́кать ничего нет за душо́й нога́ за́ ногу псевдонау́чность субаренда́торский халифа́т atwitter crossjack fleece grog-shop nonjuror penny bank ruralist Salford westland zymogram барашек горнило отчётно-выборный переть