“Su” anlamını əks etdirən qədim ça kökü ilə bağlıdır. Suyu çox olan palçığa, bulanıq suya deyirlər. Çiləmək, çağış (yağışın qədim forması), celin (“yelin”in qədim forması ) tipli sözlərdəki çi, ça, ce hissələri ilə “çamır”dakı ça hissəsi eyni sözün müxtəlif formalarıdır. Ağdaş rayonunda çamır sözü çamra (bulanıq) kimi işlədilir. Dilimizdə çamxırmaq (Qazax rayonunda “bədsifət” anlamını əks etdirir), çəmkirmək, çımxırmaq (birinin üstünə qışqırmaq, üz-göz bozartmaq) kəlmələri də mövcuddur. Bunlardan tərkibində olan çam, çəm, çım hissələri ilə “çamır”dakı çam eyni şeydir, hamısı “natəmizlik, bulanıq, tutqunluq” mənaları ilə bağlıdır və kökü “su” anlamına gedib çıxır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)