ÇAN
ÇANÇİÇEĞİ
OBASTAN VİKİ
Çanakkale
Çanaqqala — Şimal-qərbi Anadoluda,eyniadlı boğazın sahilində yerləşən şəhərdir.2015-ci ilin statistik göstəricilərinə nəzərən əhalisi 122.613 nəfərdir.Troya qalıqlarının aşkar edildiyi yerdir. == Tarixi == Antik dövrə məxsus olan Troya qalıqları şəhərin sərhədləri daxilindədir. === Osmanlı dövrü === Ərazinin qədim mərkəzi Biqa olmuşdur.Cümhuriyyət zamanında Çanaqqala döyüşlərində qazanılan qələbədən dolayı,ərazinin adı və mərkəzi Çanaqqala olaraq dəyişdirilmişdir.Bu adın mənşəyi burada çox inkişaf edən dulusçuluq sənəti ilə bağlıdır.Şəhərin ilk simvolu sayılan Sultaniyyə qalası ilə yanaşı,dulusçuluq da tanındıqca şəhər ``Çanaqqala``adlanmağa başlamışdır. === Çanaqqala döyüşləri === 1915-ci ildə Osmanlı dövləti ilə Antanta ölkələri arasında Çanaqqala döyüşlərinə şahidlik etdi.Antantanın birləşmiş qüvvələri dəniz döyüşlərində texniki vasitələr və insan itkisi verərək məğlub oldu və boğazları keçə bilmədi.Daha sonra Antanta qüvvələri qurudan hücuma keçdi.Bu döyüşlərdə podpolkovnik Mustafa Kamalın uğurları sayəsində qarşı Antantanın irəliləyişi dayandırıldı.İki qüvvə bir-birinə üstün gələ bilmədi və quru hücumları da uğursuzluqla nəticələndi. == Demoqrafiya == Çanaqqala şəhəri əhali sayı baxımından Mərmərə bölgəsində bir çox şəhərdən sonra gəlməkdədir.Mərkəz ərazinin 1927-ci ildə 8515 nəfər olan əhalisi 1990-cı ildə 53.995,2000-ci ildə 75.180,2007-ci ildə 86.544 və 2008-ci ildə 90.563-ə çatmışdır. Cədvəldə müvafiq olaraq İllər,həmin illərə görə əhalinin ümumi sayı,daha sonra isə şəhərdə və ətraf ərazilərdə yaşayan əhalinin sayı göstərilmişdir. == Mədəniyyət == Çanaqqala minillər boyu fərqli cəmiyyətlərin hegemonluğunda olmuş,həm memarlığında,həm də yaşam tərzində onlardan izlər daşımaqdadır.1970-ci illərdən etibarən həyata keçirilən maliyyə yatırımlarından ərazidə ənənəvi cəmiyyət quruluşu özünü sürətli şəkildə müasir şəhər quruluşu ilə əvəzləmişdir.Maliyyə yatırımları ilə nəqliyyat inkişaf etmiş və şəhərin görünüşünün dəyişməsi də beləcə başlamışdır.Bu gün Çanaqqala Türkiyənin ən müasir ərazilərindəndir.Cəmiyyətdə nüvə ailə anlayışı geniş yayılmışdır.Cəmiyyət manavlar,türkmənlər,pomaklar,yörüklər,Bolqarıstan miqrantları,az sayda kumık türkləri,çərkəz və bosniyalıdan ibarətdir.Bosniyalılar və yörüklər adətən kənd təsərrüfatı ilə məşğul olurlar.Lakin,xalq etnik baxımdan ayrılmamış,birlik içində yaşamaqdadır.Buna baxmayaraq,hər toplum özünün mədəni quruluşunu qoruyur.Vilayət və mahal mərkəzlərində geniş miqyasda müasir geyim nümunələri mənimsənilmişdir.Kənd seqmentindən gələn qadınlar bəyaz yəməni adlanan şal və enli şalvar ilə neylon qumaşdan palto geyinərlər.Kənd seqmenti kişiləri isə ənənəvi geyim tərzi şalvar,pencək və papaqdır.Bölgədə kişilərin enli şalvar geyinməyinə çox da rast gəlinmir.Çanaqqalada istehsal edilən başlıca qida məhsulları şərab,zeytun,sardalya balığı,pendir halvası,keşkəkdir. == Turizm == Çanaqqala və digər mahallar tarixi və təbii gözəlliklər baxmdan olduqca zəngin olsa da,lazımından az turist cəlb etməkdədir.Turizmə edilən maliyyə yatırımı azdır.Hər il 25 apreldə təşkil edilən Anzac günündə Avstraliya və Yeni Zellandiyadan gələn minlərlə turist bölgəyə axın etməkdədir.Ümumiyyətlə,turizm Çanaqqala döyüşlərinin yaşandığı Gelibolu,Truva döyüşünə ev sahibliyi edən Truva antik şəhəri və Assos antik şəhəri üzərinə yönəlmişdir.Dəniz turizminə uyğun olmasına baxmayaraq,bu istiqamətdə bir iş yoxdur.Çanaqqala vilayətində 5 ulduzlu mehmanxana sayı bir ədəddir.Çanaqqalada yerləşən Gökçedada və Bozcaada turist cəlb etməkdədir.1963-cü ildən etibarən hər il avqust ayında Çanaqqalada Beynəlxaq Troya Festivalı həyata keçirilir,müxtəlif sənət fəaliyyətləri həyata keçirilir.Hər iki ildə bir təşkil edilən Beynəlxalq Çanaqqala Bienalı da Çanaqqala vilayətinin mədəniyyət,sənət və turizminə qatqılar əlavə edən fəaliyyətdir. == Təhsil == Vilayətin tək universiteti olan Çanaqqala On səkkiz mart Universitetinin (ÇOMÜ) Çanaqqala üçün xüsusi bir əhəmiyyəti vardır.Şəhərin mərkəz əhalisi 100.000 civarında olan Çanaqqalada universitet tələbəsi sayı 33.500-ü,personal sayı isə 3000-i keçməkdədir.Personal ailəsi ilə birgə hesablandıqda Universitetin tələbələr və ailələr ilə birlikdə vilayətdə 45000 əhalisi olduğu görülür.Bundan əlavə,universitet 12 fakültə və 20-dən çox ali məktəb institutu ilə vilayətin ən vacib ictimai qurumu və məşğulluq mərkəzidir.Universitetin hər mahalda ən az bir ali məktəbi yerləşməkdədir.Çanaqqala Fənn Liseyi,Çanaqqala Sosial Elmlər Liseyi,Vahid Tuna Anadolu Liseyi başlıca liseylərdəndir. == İdman == Şəhərin tək futbol komandası olan Çanaqqala Dardanelspor 1996-1999 mövsümlərində Super Liqada mübarizə aparmışdır.Daha sonra pilləli şəkildə 1-ci,2-ci və 3-cü Liqada da mücadilə etmişdir.Komanda 2014-2015 mövsümündə 3-cü Liqada mücadilə etməkdə olub şəhərin tək voleybol komandası olan Çanaqqala Bələdiyyəspor (qadınlardan ibarət voleybol komandası),2014-2015 mövsümündə Türkiyə Qadın Voleybolu 1-ci Liqasında mübarizə aparmışdır.
Çanakya
Çanakya (sanskrit चाणक्य Cāṇakya; e.ə. 375 – e.ə. 283, Patna, Mauriya İmperiyası) başqa adları Kautilia, Vişnugupta, Vatsiayana — Hindistan tarixində məşhur brahman. == Həyatı == E.ə. 317-ci ildə Maqadxa padşahlığında Nanda sülaləsinin devrilməsində və taxta Çandraqutanın gəlməsində (E.ə. 321-ci il) böyük rol oynamışdır. Hindistan tarixçılərı Çanakyanı dərin biliklərinə görə, məharətli siyasətçiliyinə görə Makiavelli ilə bərabər tutullar. Çanakya siyasət və əxlaq mövzularında traktatlar yazmışdır. "Fayda haqqında elm" (Artxaşastra) siyasi traktatın müəllıfidir. Bu kitab dünya tarixində xüsusi xidmət orqanlarınin iş üslublarına həsr olunan ilk dərslik hesab olunur.
весовщи́к выканю́чивать зазыва́ла компаративи́зм конта́ктный крамба́мбули нана́и увари́ть уси́ще чи́стильщик дегуста́ция обива́ние русофо́бство типи́чный шестикра́тно воложка дучай elegante koruna place of arms red spider second thought theanthropism захватить намочить