ÇANTA

is. Az və xırda şeylər qoyub daşımaq üçün parça, dəri və s.-dən tikilən kisə. Poçtalyon çantası. Patron çantası. Məktəbli çantası.
– Bir gün qəhrəmanım əlində çanta; Görüncə: – Gedirəm, – dedi, – fronta. M.Müşfiq.
[Fətullayev] …yeməyə əl vurmazdan əvvəl çantasını açdı, oradakı möhürlü kağızlardan birini götürdü. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇANTA 1. ÇANTA (məktəbli sumkası) [Xasay] məktəbdən evə gəlincə kitab çantasım yerindən asıb həyətə qaçırdı (A

Etimologiya

  • ÇANTA Alınma sözdür, mənbələrdə yançıq kimi işlədilib, “yandan asılan” deməkdir. Ehtimal ki, çanta elə yançaq sözünün təhrifidir
ÇANAQLI
ÇANTALI
OBASTAN VİKİ
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
İlk yardım çantası
İlk yardım çantası — İlk tibbi yardım verilməsi üçün istifadə edilən təchizat və avadanlıqların toplusu.

Digər lüğətlərdə

апитерапе́вт восприня́ть поздравля́ть си́рен страдива́ри ци́трусовые га́мбургский счёт инаугура́ция магары́ч несча́стная поси́литься прокорми́ть протодья́конский цо́пать челяди́нец мню bopping gang intermuscular jinnee lightning bug глазунья корректорская переть порожняком суглинок