ÇARƏSİZ


1. zərf Əlacsız, əlacı kəsilərək, məcbur olaraq, naçar. Durdum, mağaranın ağzından içəri baxdım.
Bir şey görmədim, çarəsiz mağaraya girdim. A.Şaiq.
Rəna gedən zaman dönüb baxdı qız; Neyləyə bilərdi, baxdı çarəsiz. M.Rahim.

□ Çarəsiz qalmaq – məcbur olmaq, əlacsız qalmaq, əlacı kəsilmək.
Novruz çarəsiz qalıb atları açdı. N.Nərimanov.
Kor Seyid əvvəl buna razı olmayırsa da, sonra çarəsiz qalaraq Məsməni Bakıya göndərir. S.Hüseyn.

// sif. Başqa bir çıxış yolu olmayan, həlli mümkün olmayan; naçar.
2. sif. Çarəsi, əlacı olmayan, müalicə oluna bilməyən; sağalmaz. Çarəsiz bir xəstəlik. – Çarəsiz dərdə loğman da acizdir. ( Ata. sözü ).
Kor, şil, kar, çolaq, şikəst və hər cür çarəsiz dərdlərə düşən xəstələr o pirə gəlib “şəfa” tapırdılar. E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇARƏSİZ çarəsiz bax 1. əlacsız 1; 2. sağalmaz
  • ÇARƏSİZ əlacsız — ümidsiz — köməksiz
ÇARƏ
ÇARƏSİZLİK
OBASTAN VİKİ
Çarəsizlik
Çarəsizlik — psixoloji termin, əsasən aşağıdakıları nəzərdə tutur: köməksiz vəziyyətdə qalmaq; özünə kömək edə bilməmək, zəifliyini etiraf etmək; qüvvəsiz olmaq, fəaliyyət göstərə bilməmək; digərlərinin ciddi köməyinə və dəstəyinə möhtac olmaq. vəziyyətin gərgin olması, faciə elementlərinin çoxalması, çıxılmaz vəziyyət, işıq ucunun görünməməsi.APORİYA — (yun. aporia – çarəsizlik), çətin və həlledilməz problemlə üzləşmək, ziddiyyətli vəziyyətə düçmək, qeyri-normal vəziyyətin içində olmaq. Psixologiyada qəbul etdirilmiş çarəsizlik deyilən sindrom va vardır.

Digər lüğətlərdə

га́рда глаго́лица попутеше́ствовать визиро́вка ингредие́нтный обслю́ниваться подстора́живание постоя́лица пристава́ть псевдорома́нтик то́лько и всего эстака́да биль домра челдон эротический covenantor germinative homogamy Ness sharing кош непритязательный протаранить прятаться