ÇARŞI
ÇATALLANMAK
OBASTAN VİKİ
Çatalca
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir. == Coğrafiya == İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur.
Çatalcalı Həsən Paşa
Çatalcalı Həsən Paşa (v. 1 avqust 1631, Yenişəhər, Osmanlı imperiyası) — I Əhməd, I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi bilinməsə də, Çatalcalı bir yeniçəri ağasının oğlu olduğu məlumdur. Əndərunda yetişdikdən sonra saray mətbəxində xidmət etməyə başladı. Bu vəzifədə ikən hərəm ağalarından Hacı Mustafa ağanın himayəsinə girdi və çavuşbaşı, 1615-ci ildə qapıçıbaşı, ardından baş miraxur vəzifələrinə gətirildi. 1626-cı ildə bəylərbəyi rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. 1627-ci ildə Qara dəniz sahillərini talan edən və İstanbula qədər irəliləyən kazak quldurlarına qarşı səfərə çıxdı. Bu səfəri əsnasında Özi qalasını bərpa etdirən Həsən Paşa 7-8 min əsirlə İstanbula qayıtdı və paytaxtda şənliklərlə qarşılandı. 1628-ci ildə Krım xanı təyin edilən Canıbəy Gərayın Krıma təhlükəsiz bir şəkildə göndərilməsiylə vəzifələndirilən Həsən Paşa, dövrün bir digər yüksələn saray əyanı Rəcəb Paşa tərəfindən qısqanılırdı.
Çatalcalı Əli Əfəndi
Çatalcalı Əli Əfəndi (1631 və ya 1632, Çatalca ilçəsi, İstanbul ili – 1692 və ya 9 mart 1692, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Alanyanın nəqşibənd şeyxlərindən Mehmed Əfəndinin oğludur. İstanbula getdikdən sonra xəlvətiyyə şeyxi Ömər Əfəndinin xidmətinə girən atasının Çatalcadakı evində hicri 1041-ci ildə (1631 vəya 1632-ci ildə) dünyaya gəlmişdir. İlk təhsilini burada aldıqdan sonra 1647-ci ildə şeyxülislam Əbdürrəhim Əfəndi tərəfindən məzun edildi və daha sonra Minkarizadə Yəhya Əfəndinin xidmətinə alındı. Yəhya Əfəndinin 1652-ci ildə Misir qazısı olmasıyla, onunla birlikdə Misirə getdi. Bu illərdə həcc ziyarətinə getdi. 1659-cu ildə Yəhya Əfəndi İstanbulqazılığına gətirildi və onunla birlikdə paytaxta qayıtdı. 1661-ci ildə Əbdürrəhimzadə Mehmed Əfəndinin Misir qazılığı əsnasında ikinci dəfə Misirə yollandı. Hələ 30 yaşlarında ikən elm aləmində nüfuz qazandı və "naib çələbi" adıyla tanınmağa başlandı. Bu əsnada tədris sahəsinə keçən Əli Əfəndi 1663-cü ildə Məsih Paşa, 1664-cü ildə Hafiz Paşa və ardından Qəzənfər ağa mədrəsələrində müdərris oldu.
Çatalhöyük
Çatalhüyük, Cənubi Anadoluda, E.Ə. 7500 illərə dayanan, çox geniş bir Daş dövrü və Mis dövrünə aid arxeoloji yerdir. == Yeri == Müasir Konya şəhərinin cənubi-şərqində, Hasandağının təqribi olaraq 136 kilometr uzağında, Konya ovasına hakim taxıl sahəsindədir. Şərq yerləşimini, ən son Daş dövrü sırasında ovadan 20 metr yüksəkliyə qədər çatanan bir yerləşim məsafəsindədir. Ayrıca, qərbə doğru da kiçik bir yerleşim birimi və bir neçə yüz metr şərqə doğru da bir Bizans yerləşimi vardır. == Tarixçə == İnsanlıq tarixinin ilk yerləşim yeri olaraq qəbul edilməkdədir. Ehtimalən, bu günə qədər tapılmış ən qədim və ən gəlişmiş Yeni Daş dövrü yerləşim mərkəzidir. 1958-ci ildə Ceyms Mellaart tərəfindən kəşf edilmiş, ilk qazıntıları 1961-1963 və 1965-ci illərndə aparılmışdır. 1993-cü ildə yenidən başlayan və günümüzə qədər davam eden qazıntılar İan Hodder tərəfindən idarə olunur. Tarix öncəsi arxeoloji sahələr Tunc dövründən öncə tərk edilmişdir. Bir zamanlar iki yerləşim birimi arasında Çarşamba çayının bir kanalı axmaqdadır və yerləşim birimləri, ilk taxıı zamanlarında əlverişli sayıla biləcək torpak üzərinə qurulmuşdur.
Çatalhüyük

İsmayıl Çatalı
İsmayıl Çatalı — Dunay deltasında, mənsəbdən 80 km aralıda yerləşən burun. Rumıniya ərazisində yerləşir və burun yaxınlığından Dunayın Kiliyski və Tulçinski adlı qolları başlayır. == Rumıniya dambası == Sulin kanalında su sərfiyyatınıl artırmaqdan ötəri 1904-cü ildə İsmayıl Çatalı yaxınlığında daçba inşa edilmişdir. 1990–2001-ci illər hesablamalarına görə Kiliyski qolunda su sərfiyyatı 28 % azalaraq Dunay suyunun cəmi 54 % daşıyır.
Çatalçeşmə məscidi
Çatalçeşmə məscidi - Türkiyənin Bayburt ilinin Dəmirözü ilçəsinə bağlı Çatalçeşmə kəndində yerləşən qədim məscid. == Tarixi == Məscidin günümüzə bir kitabəsi gəlib çıxmadığından tikinti tarixi ilə bağlı dəqiq fikir söyləmək mümkün deyildi. Abidənin yerləşdiyi kənd yerləşdiyi yer baxımından iki tarixi kəndlə qonşudur. Bu kəndlər Ağqoyunlu sülaləsinin mərkəzlərindən olan Sinur və Pulur kəndləridir. Hər iki kənddə Ağqoyunlu dövrü memarlıq abidələri günümüzə qədər gəlib çıxmışdır. Bunlardan biri Sinur kəndində yerləşən Qutlu bəy məscidi digəri isə Pulur kəndində yerləşən Fərruxşad bəy məscididir. Bu baxımdan bəzi tarixçilər həm memarlıq xüsusiyyətlərini əsas alaraq həm də ətraf kəndlərdə Ağqoyunlu sülaləsinin hökm sürməsi səbəbindən Çatalçeşmə məscidini də Ağqoyunlu dövrü memarlıq abidəsi hesab edirdilər. Tarixçi Könül Gürəşsevər və Ara Altun məscidin memarlıq xüsusiyyətlərindən geniş bəhs etdikləri məqalələrində tarixi ilə bağlı yazırdılar: "Abidənin tarixi ilə bağlı heç bir sənədə rast gəlmədik. Yaxın ərazidəki digər abidələri və bölgədəki siyasi vəziyyəti nəzərə aldıqda məscidin Ağqoyunlu sülaləsindən olan şəxslər tərəfindən inşa edildiyini söyləmək mümkündür." Bir digər tarixçi Gülyüz Uslu isə Pulur kəndindəki məsciddən bəhs etdiyi məqaləsində "ətrafda demək olar ki eyni plan üzərinə qurulmuş digər bir məscid Çatalçeşmə məscididir" kimi ifadə işlədib. Buna baxmayaraq yaxın tarixə kimi məscidin hansı ölkəyə aid olması ilə bağlı dəqiq bir sənəd yoxidi.

Digər lüğətlərdə

белопого́нник веща́ть послеза́втрашний самонаде́янность удуша́ться бикфо́рдов диско́нт изруба́ться небу́дничный обжимно́й обрабо́танный ролево́й фотоэкспози́ция бизань норман brash La Paz piccadill pot-valiant prickly heat schlich Scotch semi-fused равноценный убаюкивать