ÇAYÇILIQ

1. занятие содержателя чайханы; 2. чаеводство;
ÇAYÇIXANA
ÇAYDAN
OBASTAN VİKİ
Çayçılıq
Çayçılıq — çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çayçılıqda ən çox çay bitkisinin (Camellia sinensis) iki əsas variantı işlənilir: Camellia sinensis var. sinensis Çin çaylarının böyük hissəsi üçün, C. sinensis var. assamica isə puer və Hindistan (Darcilinq çayından başqa) çayları üçün işlənilir. == Tarixi == Çayın kultivasiyası ən gec Çjou sülaləsi dövründə (e.ə. 1046-256) başlamışdı. Han sülaləsi dövründə, çayçılıq inkişaf etmişdi və Tan sülaləsi (618-907) dövründə, çay içmə artıq yayımladığına görə, ilk böyük sahəli çay plantasiyaları peyda oldu. Çay haqqında ilk kitab, Çayın kanonu (çin. 茶經) Lu Yu tərəfindən 760-cı və 780 illərin arasında yazılmışdı. Orada bitkinin özü, onu becərmək üçün işlədilən alətlər, yarpaqların keyfiyyətiç çay hazırlamaq üçün alətlər, plantasiyaların və tanınmış çayxorların tarixi haqqında bəhs olunur.
Azərbaycanda çayçılıq
Azərbaycanda çayçılıq — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. == Tarixi == Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir. Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln.
Hindistanda çayçılıq
Hindistanda çayçılıq — Hindistan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Hindistan dünyada çay istehsalının həcminə görə ikinci yerdədir. Yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 %-i daxili tələbatın ödənilməsinə yönəldilmişdir. Beynəlxalq bazarlara ildə təxminən 200 min ton çay çıxarılır.
Keniyada çayçılıq
Keniyada çayçılıq — Keniya Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Keniyada çay istehsalçılarının 90 %-nin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, ölkə yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə dünya bazarına 370 min ton çay ixrac etmişdir.
Türkiyədə çayçılıq
Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir.
Çində çayçılıq
Çində çayçılıq — Çin Xalq Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay istehsalının həcminə görə Çin Xalq Respublikası dünya bazarında ən böyük istehsalçılardandır. Ölkə hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Şri-Lankada çayçılıq
Şri-Lankada çayçılıq — Şri-Lanka Demokratik Sosialist Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu

Digər lüğətlərdə