Çelyabinsk

coğ. Tcheliabinsk

çek
çempion
OBASTAN VİKİ
Çelyabinsk
Çelyabinsk — Rusiyada böyük şəhər, Çelyabinsk vilayətinin inzibati mərkəzi.Qərbdə Trans-Sibir Dəmiryolunun başlanğıc nöqtəsi, Ural Federal Dairəsinin ikinci ən böyük mədəni, iqtisadi, biznes və siyasi mərkəzidi. Əhalisi - 1 182 517 nəfərdir. (2023) Şəhər Ural və Sibirin geoloji sərhədində, Rusiyanın Asiya hissəsində, Ural dağlarının şərq yamacında, Miassın hər iki sahilində (Tobol hövzəsi) yerləşir.1736-cı ildə qala kimi əsası qoyulan Çelyabinsk 19-cu əsrdə Uralın, 19-cu əsrin sonunda isə bütün Rusiyanın ən böyük ticarət mərkəzlərindən birinə çevrildi.1892-ci ildə şəhərin Moskva ilə dəmir yolu əlaqəsi yarandı.Birinci beşilliklər ərzində Çelyabinskdə sənaye müəssisələrinin fəal tikintisi, sonra isə Böyük Vətən Müharibəsi illərində fabriklərin tikilməsi ilə əlaqədar olaraq, şəhər SSRİ-nin ən böyük sənaye mərkəzlərindən birinə çevrildi. Müharibə dövründə tankların və digər döyüş maşınlarının istehsalı, eləcə də qələbəyə əhəmiyyətli dərcədə verdiyi töhfə sayəsində Çelyabinsk "Əmək Şücaəti Şəhəri" adına layiq görüldü və şəhərin özü də məşhur "Tankograd" qeyri-rəsmi adını aldı. 1990-2000-ci illərdə şəhərin bir sıra sənaye müəssisələri ağır iqtisadi vəziyyətə görə fəaliyyətini dayandırdı, bu da 2020-ci illərdən etibarən Çelyabinskdə ekologiya sahəsində çətinliklərin yaşanmasına səbəb oldu. Buna baxmayaraq, Çelyabinsk Uralın ən böyük sənaye mərkəzlərindən biridir, burada sənaye ümumi bələdiyyə məhsulunun demək olar ki, 40% -ni təşkil edir. Yevgeni Pospelovun redaktoru olduğu “Dünyanın coğrafi adları” toponimik lüğətinə görə kəndin əsası Çələbi traktında qoyulmuşdur. Adı türkcə Çələbi (“knyaz”, “savadlı”) şəxsi adından gəlir.İlk məskunlaşanların və qocaların nəsilləri deyirdilər ki, trakt adı ilə verilən Çelyaba qalasının adı başqırdca “silabe” (“çöküntü”, “dayaz çuxur”) sözünə gedib çıxır. Bu versiya 1742-ci ildə Çelyabinsk qalasını ziyarət etmiş alman səyyahı İohan Qmelinin qeydləri ilə dəstəklənir.Vladimir Vitevski də tarixi monoqrafiyasında yazırdı: “Çelyab başqırd sözü olub rusca vedrə və ya çuğundur mənasını verir. Çelyabinsk şəhərinin yeri doğrudan da vedrəvari çuxuru təmsil edir”».
Çelyabinsk meteoriti
Rusiyadakı 2013 il meteorit düşməsi fevralın 15-də saat 09:20 bir neçə bölgələrində baş verdi. Meteoritin zərbə dalğası bir neçə binaların şüşələri sındırdı, nəticədə bir mindən çox adam yaralandı. Meteorit 18 km/s sürətlə düşərək, qamaşdırıcı işıq yaratdı və 15–25 km yüksəklikdə partladı. Sonra meteoritin bir neçə fraqment tapıldı.
Çelyabinsk vilayəti
Çelyabinsk (rus. Челябинская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Çelyabinsk şəhəridir. Kazan xanlığının məhvinin ardınca Başqırdlar ölkəsi də Rusiya tərəfindən istila edildi (1557). Başqurd tatarları qıpçaq türkləri nəslinə aiddir. X əsrdən İslamı qəbul edən müsəlman əhali indi zorla xristianlaşma təhlükəsi ilə üz-üzə dayanır. Həm də elə həmin istila əsrindən başlayaraq Rusiyadan buraya bütöv rus kəndləri köçürülməyə başlayır. Çar hökuməti Başqurd tatarlarının son iradəsini qırmaq, eləcə də ucsuz-bucaqsız bu torpaqları ələ keçirib ona büsbütün sahib olmaq üçün bu ölkənin əməli zəbti işinə girişir. Bu məqsədlə paralel olaraq davakar kazaklar bu ərazilərdə təşkil olunmuş qarovul-post məntəqələrində yerləşdirmək, bu yeni istila olunan yerlərdə rus hərb qalaları tikmək yolu ilə istilanı mütləqləşdirib başa vurmağa girişilir. Kazakları axın-axın bu vilayətlərə yerləşdirdikdə onlar hərbi səfərlərdən gətirdikləri qənimətlərlə birlikdə vuruşduqları şəhərlərin adlarını da xatirə olaraq bu yerlərə, bu yeni məntəqələrə verdilər.
Ozyorsk (Çelyabinski vilayəti)
Ozyorsk (rus. Озёрск) — Rusiyanın Çelyabinsk vilayətində yerləşən qapalı şəhərdir. Şəhərin sahəsi 657.32 km² və əhalisi 2010-cu ildə 82.164 nəfərdir. Ozyorsk, 1947-ci ildə İrtyaş gölünün sahilində qurulmuşdur. 1966-cı ilə qədər Çelyabinsk-40, 1994-cü ilə qədər Çelyabinsk-65 adı ilə tanınırdı. Ozyorsk yaxınlığında Mayak nüvə tullantılarının emalı zavodu var. Soyuq Müharibə dövründə müəssisə plutonium zənginləşdirmə sahəsi kimi də fəaliyyət göstərirdi. 1957-ci ildə regionda ciddi bir nüvə qəzası baş verdi.