ÇEVRİLİŞ

i. revolution; overturn; coup; dövlət ~i coup d’etat fr.; saray ~i palace revolution; hərbi ~ military coup d’etat; ~ etmək to overturn (d.)

ÇEVRƏSİNDƏ
ÇEVRİLMƏK
OBASTAN VİKİ
Hərbi çevriliş
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Zimbabvedə hərbi çevriliş (2017)
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir. Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb. 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər.Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib. Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu.
15 may dövlət çevrilişi (1992)
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi. == Zəmin == === Mütəllibovun istefası === Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.
1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur. == Çilidə Alyende dönəmi == Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi.
1994 Azərbaycanda dövlət çevrilişinə cəhd
1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. == Səbəbləri == Birinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib. 1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı. 1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir. Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir. Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər.
1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhd
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
1995 Azərbaycanda dövlət çevrilişinə cəhd

Azərbaycanda dövlət çevrilişinə cəhd (1994)

Azərbaycanda dövlət çevrilişinə cəhd (1995)

Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir. == Arxa Plan == Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.
Dövlət çevrilişi
Hərbi çevriliş — ölkədə qanuni hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsi. Əsasən dövlət başçısı iqamətgahının zəbt edilməsi, dövlət başçısının, təcrid edilməsi, həbs edilməsi, yaxud öldürülməsi yolu ilə baş verir.
Latviyada dövlət çevrilişi (1934)
Latviyada dövlət çevrilişi — 1934-cü il mayın 15-də Latviyanın Baş naziri Karlis Ulmanis tərəfindən Latviya iqtidarının işğal olunması. Dövlət çevrilişinin nəticəsində Latviya Konstitusiyasının fəaliyyəti dayandırıldı, Latviya Seymi buraxıldı, Latviyada mövcud olan bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı və bir-sıra qəzetlər qapadıldı. == Dövlət çevrilişi zamanı == 1934-cü il mayın 15-dən 16-na ötən gecə Riqa şəhərində yerləşən bütün dövlət əhəmiyyətli binalar hərbçilər, polislər və ayzsarqilər tərəfindən işğal edildi. Daha sonra Baş nazir Karlis Ulmanisin və hərbi nazir general Yanis Balodisin imzaladığı Sərəncam yayımlandı. Sərəncama əsasın altı ay müddətinə bütün Latviya ərazisində hərbi vəziyyət elan edildi və Latviya Konstitusiyasında islahatlar aparılana qədər Latviya Seymi buraxıldı. Həmin dövrdə Latviya Prezidenti olan Albert Kviesisa isə səlahiyyət müddəti başa çata qədər, yəni 1936-cı il aprelin 11-nə qədər səlahiyyətlərinə davam etdirilməsinə icazə verildi. Latviyada dövlət çevrilişi zamanı zor tətbiq etmə halları başa vermədi və Latviya ictimaiyyəti çevrilişə etiraz etmədi. LSDİP liderlərinində daxil olması ilə 2000 yaxın insan həbs edildi. Onların çoxu bir müddət sonra azad edildi, digərləri isə bir il müddətinə olmaqla azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldı.
Naxçıvanda dövlət çevrilişinə cəhd
Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd. Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir. İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir. 24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir.
Oktyabr çevrilişi
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Pakistanda dövlət çevrilişi (1958)
Pakistandakı dövlət çevrilişi (1958) — Pakistan Prezidenti İskəndər Mirzənin Pakistan Konstitusiyasını ləğv etdiyi və hərbi vəziyyət elan edildiyi və Oktyabrın 27-də, Mirzənin özü Pakistan Ordusunun Baş Komandanı General Ayub Khan tərəfindən devrildiyi dövrdə baş verən hadisələrə aiddir.1956 ilə 1958 arasında bir sıra Baş Nazirlər var idi və bu, general Eyyub Xanın sabitliyin bərpası üçün ordunun nəzarətə götürməsini düşündüyü bir mərhələyə çatdı. Şərqi Pakistan siyasətçiləri gərginliyi artıran mərkəzi hökumətin fəaliyyətində daha çox söz istədi. İskəndər Mirzə bir çox aparıcı siyasətçinin dəstəyini itirmiş və Şüxrəvərdinin Benqal və Pəncab siyasi rəhbərliyini özünə birləşdirmək planından narahat idi. Buna görə kömək üçün Əyyub xana və əsgərə müraciət etmişdi.
Pakistandakı dövlət çevrilişi (1958)

Pakistandakı dövlət çevrilişi (1999)
Pakistandakı dövlət çevrilişi (1999) Ordu Qərargah Rəhbərləri Komitəsi Başçısı General Pərviz Müşərrəfin 12 oktyabr 1999-cu ildə xalq tərəfindən seçilən Baş nazir Nəvaz Şərifin mülki hökumətin nəzarəti ələ keçirməsi Birgə Qərargah HQ-də hərbi heyət tərəfindən başladılan qanlı çevriliş idi. Ordu Qərargah rəisi, Birgə Qərargah rəisi vəzifəsini icra edən, eyni zamanda ölkənin Baş İcraçı Direktoru vəzifəsini icra edən Müşərrəf, mübahisəli müvəqqəti bir əmr verərək, yazının dayandırıldığını birbaşa pozaraq fövqəladə vəziyyət elan etdi. 14 oktyabr 1999-cu il tarixli Pakistan Konstitusiyası - Şərifuddin Pirzadənin rəhbərlik etdiyi hüquqi qrupdan alınan hüquqi tövsiyədən federal hökumətin nəzarəti ələ keçirməsinin yalnız iki günü oldu.
Pakistandakı dövlət çevrilişi cəhdləri (1995)
1995-ci ildə baş vermiş Pakistandakı çevriliş cəhdi, istefasız hərbçilər tərəfindən və Pakistanın Baş naziri Bənazir Bhutto hökumətinə qarşı gizli bir hiylə idi. Hərbçilər konstitusiya hökumətini devirmək və Pakistanda Hərbi Qayda qurmaq məqsədi güdürdülər. Kəşfiyyat qurumları Pakistan Ordusunu tərk etdikdən sonra fitnə pozulmuşdu. == Tarixi == Bənazir Bhuttonun partiyası olan Pakistan Xalq Partiyası, Məhəmməd Ziya ül-Həqqin 11 illik Diktaturasının ölümü ilə kəskin sona çatdıqdan sonra 1988-ci il ümumi seçkisində qalib gəldi. == Əvvəlki cəhd == 1989-cu ildə Pakistan Ordusunun kəşfiyyat və casusluq agentliyi üzvləri Benazir Bhutto hökumətini devirmək istədikləri üçün hiyləgər bir əməliyyat hazırladı.Əməliyyatın tərəfdarı olan mayor Əmir, Şərifi siyasi lider kimi sevdiyini və cənab Şərifi yeni Baş nazir etmək istədiyini söylədi. Şərifin siyasi düşərgəsinin bir hissəsi olduğunu və Şəriflərin siyasi karyeralarına başlamış və partiyalarına dövlət fondlarına çıxış imkanı verən Məhəmməd Ziyaülhaqqın gündəmini davam etdirəcəyini söylədi.
Rusiyada oktyabr çevrilişi
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Türkiyədə dövlət çevrilişi(1960)
27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə. Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür. == Çevrilişdən əvvəl Türkiyədə vəziyyət == === Türkiyədə təkpartiyalı dövr === Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4-11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi.
Türkiyədə dövlət çevrilişi (1960)

Türkiyədə dövlət çevrilişi (1980)
12 sentyabr çevrilişi və ya 12 sentyabr hərbi müdaxiləsi — Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi dövlət çevrilişi. 12 sentyabr 1980-ci il gecəsi Türkiyə SQ tərəfindən yerli saatla saat 03:00-da TRT, PTT və digər kommunikasiya idarələri üzərində nəzarəti ələ keçirərək başlayan hərbi müdaxilə Daxili İşlər Nazirliyi, Polis Müdürlüyü, Baş nazir Süleyman Dəmirəlin ofisi və digər hədəflər də ələ keçirildikdən sonra saat 04:00-da radio vasitəsilə bütün ölkəyə bildirildi. İlk bildirişdə "Bu müdaxilənin məqsədi ölkənin bütövlüyünü qorumaq, milli birlik və bərabərliyi təmin etmək, ola biləcək vətəndaş müharibəsi və qardaş qırğınının qarşısını almaq, dövlət hakimiyyətini və mövcudluğunu yenidən təsis etmək və demokratik quruluşun fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmaqdır." deyə bildirilmişdir. Müdaxilə nəticəsində Türkiyə Böyük Millət Məclisi və Baş nazir Süleyman Dəmirəl hökümətinin fəaliyyəti sona çatdı, parlament üzvlərinin toxunulmazlığı ləğv edildi, ölkənin hər yerində hərbi vəziyyət elan edildi və xarici ölkələrə çıxış qadağan edildi. Baş Qərərgah rəisi general Kənan Evrən dövlət başçısı oldu. Qanunvericilik səlahiyyətindən istifadə etmək üçün Kənan Evrenin sədrliyi ilə qüvvələr komandirlərindən ibarət Milli Təhlükəsizlik Şurası yaradıldı. Siyasi partiyalar ləğv edildi, pariya liderləri əvvəlcə hərbi bazalarda nəzarət altında saxlanıldı, sonra sərbəst buraxıldı, bir müddət sonra isə bəziləri ittiham olundu. 1961-ci il Konstitusiyası ləğv edildi və Türkiyə siyasətində hərbi dövr başladı. Yeni konstitusiya hazırlandı, 7 noyabr 1982-ci ildə referendum keçirildi və 91,37% səslə 1982-ci il Konstitusiyası və Kənan Evrənin hakimiyyəti qəbul edildi. Çevrilişdən sonra rəsmi qeydlərə əsasən, 650.000 nəfər nəzarət altına alındı, 230.000 nəfər məhkəməyə verildi, həbsxanalarda edilən işgəncə nəticəsində ölən 171 nəfər daxil olmaqla 300 nəfər öldürüldü, 48 nəfər edam edildi, 1.683.000 nəfər isə qeydiyyata alındı.
Türkiyədə dövlət çevrilişinə cəhd (2016)
Türkiyədə dövlət çevirlişinə cəhd — 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi.
Yəməndə dövlət çevrilişi (2014-2015)
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Yəməndə husi çevrilişi

Значение слова в других словарях

алла́х с ни́ми борозди́ться заинтересо́вываться ма́льчик-с-па́льчик перегу́ливание пти́чница у́мма черноли́цый комите́тчик расслабе́ть свеклоутомле́ние ущу́чить aquatics bookworm empyreumata eventuality show off suitcase urban planner газообмен опоражнивать помчать субтитр фанатизм чудо-юдо