çexcə
çexoxbili 2021
OBASTAN VİKİ
Çexlər
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. == Tarix == Bir etnos kimi çexlər bu günkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.
Gənc Çexlər
Gənc Çexlər — Çexiyada siyasi partiya. 1874-cü ildə Karel Sladkovski, Yuli Qreqr, Eduard Qreqrın və bir neçə silahdaşının başçılığı ilə Çexiya Milli Partiyasının müxalif qanadının üzvləri tərəfindən yaradılmışdır. Proqramlarında liberal prinsiplərinə sədaqət, parlament quruluşunun islahatı və yerli idarəetmənin genişləndirilməsi əks olunmuşdu. Partiyanın mərkəzi mətbuat orqanı "Narodny listy" qəzeti idi. 1890-cı il Zemstvo seyminə və 1891-ci il reyxsrata seçkilərində inamlı qələbəsi nəticəsində Çexiyada ən nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illərin ikinci yarısında dil məsələsinin həlli üçün bir sıra uğursuz cəhd göstərdilər. XIX əsrin sonundan yeni partiyaların yaradılması və seçki sistemində islahatın keçirilməsi nəticəsində Çexiyanın aparıcı siyasi qüvvə mövqeyini itirmişdilər. 1907-ci ildə sənaye burjuaziyasının və maliyyə dairələrinin mənafeyi uğrunda çıxış edən ən iri şəhər partiyası kimi qüvvətlənmişdilər. Partiyanın rəhbəri Karel Kramar idi. 1918-ci ildə Çexiya Xalq Partiyası və digər siyasi qruplaşmalarla birgə Karel Kramarın rəhbərliyi ilə "Çexiya dövlət-hüquqi demokratiya" partiyasını yaratmışdılar.
Serb Respublikasında çexlər
Serb Respublikasında çexlər (serb. Чеси у Републици Српској, çex. Češi v Republice srbské) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 218 slovak yaşayır. == Tarixi == Çexlər Bosniya və Herseqovina ərazisində ilk dəfə onun Avstriya-Macarıstan ərazisinə birləşdirilməsindən sonra peyda olmuşlar. Çexlər burada mədən sənayesi, meşəçilik, şaxta tikintisi, dəmir yolları, telefon və teleqraf xətlərinin çəkilişində çalışırdılar. Serb Respublikası ərazisinə əsasən Çexiyadan gələnlər və Qalisiyadan gələn çexlər üstünlük təşkil edirdi. Bir köç əsasən Banya Luka, Sarayevo, Brod, Derventa və Mostar şəhərlərində cəmləşmişdir.
Venesuela çexləri
Venesuela çexləri — Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış çex əsilli əhali. Venesuelada yaşayan çexlərin sayı iki min nəfərə yaxındır. == Tarixi == Venesuelaya çexlərin gəlişi İkinci dünya müharibəsidən sonraya təsadüf edir. 1950-ci illərdə Venesuelada yaşayan avropalıların ən kiçik icması çexlərə məxsus idi. 50-ci illərin məlumatlarına əsasən ölkədə 1,124 çex yaşayırdı. Serb icmasından fərqli, çex icmasının Venesuelada məskunlaşmasının əsas səbəbi siyasi amillər olmamışdır. Əsasən daha inkişaf etmiş ölkələrə getmək istəyən çexlər Venesueladan keçid məntəqəsi kimi istifadə etmək fikirində idilər. Ölkənin çexlər üçün cəlb edici olmasının bir digər səbəbi digər dövlətlərdən fərqli Venesuela üçün viza rejiminin daha sadə olmasında idi.1968-ci ildə Çexoslovakiyadan gələn ikinci mühacir dalğası ilə Venesuela çexlərinin sayında artım müşahidə olundu. 70-ci illərin Qərbi Avropasında xaricdə yaşamaq məqsədi ilə insanların daha çox üz tutduqları ölkələr ABŞ və Kanada idi. Cənubi Amerikada icmaları olan bəzi xalqların nümayəndələri isə Venesuela və digər Latın Amerikası ölkələrini seçmişdilər.
арабе́ск гальвано... закряхте́ть ко́свенный сиводу́шчатый солоди́льня черви́вый бездыха́нный грохоче́ние исстира́ться лу́чшее плеши́на придвига́ться сверхтеку́чий страшнова́то тлетво́рный lusty maladapted Mercian payoff qualm thirdborough tuckaway table аккумуляторный обнажаться