ÇEŞNİ

is. [ fars. ]
1. Şəkil, forma.
Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.

// Naxış.
[Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. Çəmənzəminli.
…Karxananın qoca nəqqaşı hazırladığı müxtəlif çeşnilər içərisində qızıl qönçələr olan nəqşləri həmişə Sürəyya üçün nəzərdə tutardı. Ə.Məmmədxanlı.

// Əndazə, nümunə, trafaret.
Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. Ə.Vəliyev.

2. Layihə.
[Rəis:] Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. Çəmənzəminli.

3. məc. Tərz, üsul.
Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi… E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇEŞNİ çeşni bax naxış
  • ÇEŞNİ naxış — bəzək
ÇEŞMƏLİ
ÇEŞNİLİ

Digər lüğətlərdə

бешбарма́к драгу́нка закостене́лый ко́сточковый прика́тываться гармони́ст кня́жич недоде́лать омертви́ть оху́льный помая́чить самобичева́ние скла́дность дочь скупидар cigale Clarence decency hinder Husky Indian agent shogunate киснуть недопотребление полуотворенный