ÇİLİNGİR
ÇİMDİK
OBASTAN VİKİ
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çim qarışqası
Çim qarışqası — Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Miqdarca ən çox olan növdür. Çox az yer tapılır ki, orada bu qarışqa növünə rast gəlinməsin. Təbiətin bu miskin varlığı öz qidasını tələsmədən, bütün künc-bucağı diqqətlə nəzərdən keçirməklə qarşısına çıxan çiçəyin və mənənəsinin şirəsini nuş edir. Çim qarışqası özlərindən kiçik cücülərlə qidalanır, heyvan cəsədlərini gəmirir. Amma onların qış üçün tədarük ütdikləri dən olur. Çim qarışqası son dərəcə məhsuldar, cəsarətli və yaman inadcıldır. Belə ki, kəşfiyyat və əmək prosesində ölənləri əvəz etmək üçün dişi fərdlər fasiləsiz olaraq yumurta qoyur. Yuvalar həmişə yumurta və puplarla dolu olur. Buna görə də təbiətdə çim qarışqası başqa növlərə nisbətən çoxluq təşkil edir və onlar geniş miqyasda yayılırlar. Bu səbəbdən də onların himayəsində olan ərazinin sərhəddini müəyyən etmək olmur.
2008 Çimərlik futbolu üzrə Avropa kuboku
2008 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 9-cü Avropa çempionatı. Yarışma 2008-ci il 18–21 sentyabr aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. Halbuki 8 komanda iştirak etməli idi. Səbəb isə gürcü-rus münaqişəsi səbəbindən Portuqaliya və Fransa milliləri Azərbaycana gəlməkdən imtina etmişlər. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə İtaliya milli komandası — Çimərlik futbolu üzrə Norveç milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Nəticələr == == Qrup yarışması == Qrupun birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda 3-cülük, 3-cü yeri tutanlar isə 5-cilik uğrunda yarışmaya qatılırlar. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
2014 Çimərlik futbolu üzrə Avropa kuboku
2014 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 14-cü Avropa cempionatı. Yarışma 2014-cü il 28–31 avqust aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Macarıstan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə Rusiya milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Qrup yarışması == Qrup birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda üçüncülük, 3-cü yeri tutanlar isə beşincilik uğrunda yarışmaya qatılır. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
Amager çimərliyi
Armager çimərliyi (dan. Amager Strandpark) — çinərlik və park Kopenhagendən 4,6 km uzaqlıqda yerləşir. Amager adasının şərq sahillərində qərarlaşır. Öresund boğazının suları sahillərini yuyur. Çimərlik «Mavi bayraq» sahibidir. Park 1934-ci ildə təşkil edilmişdir. 2005-ci ildə uzunluğu 2 km olan ada düzəldilmişdir. Çimərlik iki hissəyə bölünür. Şimal hissə qumdan ibarətdir və üstəlik dyunlara rast gəlinir. Cənub hissəsi yaxtların qəbuluna imkan verir.
Aniva çimərliyi
Aniva çimərliyi — Saxalin vilayətinin cənubunda, Aniva rayonu, Aniva şəhəri sahilində yerləşən çimərlik. Qumlu sahil zolağı Aniva körfəzindən Losos buxtasına, Susya çayı mənsəbindən Baçimskaya daşlarına qədər 33 km məsafədə uzanır. Cənubi Saxalin şəhərindən 40 km aralıdadır. Çimərlik Saxalində və bütün Oxot dənizi sahillərində ən məşhur çimərlikdir. Çimərliyin önündə dayanacaq vardır. Burada biotualetlər, uzanmaq üçün taxtçalar, geyinib-soyunma yerləri vardır. kafe belə fəaliyyət göstərir. Bura avtovağzaldan gəlmək olar. Burada çimmək olduqca təhlükəsizdir. Belə ki, güçlü dalğalar və axınlar nadir halda müşahidə edilir.
Azərbaycan Çimərlik Futbol Federasiyası
Azərbaycan Çimərlik Futbol Federasiyası == Haqqında == 2003-cü ildə yaradılıb, amma bu Federasiya hələ də məlum olmayan səbəblərdən bu günə qədər fəaliyyət göstərmir.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir.Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10-20 manat arasında dəyişir.Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Ceyms Bond çimərliyi
Ceyms Bond çimərliyi (ing. James Bond Beach) - Yamaykanın şimalında, Orakabessa şəhərinin şimal-qərbində yerləşir. Sahillərini Karib dənizinin suları yuyur. Bu hissədə Orakabessa qoruğu yerləşir. Çimərlik yarımadanın üç hissəsini əhatə edir və 10 000 m² əraziyə sahibdir. Uzunluğu 350 metrdir. Adsız çimərlik «Doktor Nou» filminin çəkilişləri zamanı öz adını almışdır. Məhz bu filmdə Ceyms Bondun istəklisi Ursula Andress ağ çimərlik paltarında sudan çıxaraq dünyanı heyran qoymuşdur.
Cənubi Koreya çimərlikləri
Cənubi Koreya çimərlikləri — Koreya Respublikasının qumlu çimərlikləri Cənub-Şərqi Asiyanın ən yaxşılarından biri kimi tanınır. Çimərlik mövsümünün yeganə çatışmazlığı çox uzun olmamasıdır: Əksər çimərliklər iyun ayının sonlarında – iyulun əvvəllərində açılır və avqustun sonlarında – sentyabrın əvvəllərində bağlanır. Bununla birlikdə, heç kim sizə günəş vannası və üzməyi qadağan etmir, sadəcə tətil mövsümü bağlandıqdan sonra çimərliklərdə çalışmırlar. Xilasetmə xidmətləri, duş, tualet, çətir və şezlong kirayə etməyin bir yolu yoxdur. Koreyanın qərb, şərq və cənub sahillərinin sahil şeridi və dəniz sahilləri müxtəlifdir. Lakin, hər sahil şeridi özünəməxsus şəkildə gözəl və pərəstişkarlarına sahibdir. Məşhur kurort bölgələri də materik sahilinin yaxınlığında yerləşən bir neçə adada yerləşir. Qeyd etmək lazımdır ki, Cənubi Koreyada "bir otelin öz çimərliyi" anlayışı yoxdur. Bütün çimərlik əraziləri bələdiyyədir. Əlavə olaraq, davamlı dağlıq əraziyə görə, yalnız bir neçə onlarla otel birbaşa sahildə yerləşir.
Domeniko Çimaroza
Domeniko Çimaroza (17 dekabr 1749[…], Aversa – 11 yanvar 1801[…], Venesiya) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri. == Həyatı == Qeyri-adi musiqi istedadı olan Çimaroza 1761-ci ildə "Santa-Mariya di Loreto" konservatoriyasına daxil olmuş və 1772-ci ildə oranı bitirmişdir. 1772-ci ildə Neapolda "Qrafın qəribəlikləri" adlı ilk buffa-operası tamaşaya qoyul muşdur. Çimaroza 1787-ci ildə Peterburqa dəvət olunmuş və 1791-ci ilə qədər saray kapel meysteri işləmişdir. Burada "Günəş qızı" (1788), "Kleopatra" (1789) operalarını yazmış və tamaşaya qoymuşdur. == Fəaliyyəti == 1791– 92-ci illərdə Avstriya imperatorunun saray kapelmeysteri olmuş və burada dünya şöhrəti qazanmış, ən məşhur "Gizli nikah" (1792; bu əsər 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Ş. Məm — mədova adına Opera studiyasında tamaşaya qoyulmuşdur) buffa-operasını yaratmışdır. 1793-cü ildə Çimaroza İtaliyaya qayıtmış, Neapolda saray kapelmeysteri vəzifəsini tutmuşdur. 1799-cu ildə Neapolda respublika elan olunmasını sevinclə qarşılamış, bu hadisə ilə bağlı "Patriotik himn"i (sözləri L. Rossinindir) yazmışdır. Çimaroza həmçinin "Olimpiada" (1784), "Horatsilər və Kuriatsilər" (1796) seria- operalarının, oratoriyaların, kantataların, orkestr və kamera-instrumental əsərlərin və s. müəllifidir.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. == Tarix == Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3-6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; «Foros sanatoriyası» yaxınlığında «Narıncı çimərlik»; «Narıncı çimərlikdən» bir qədər aralıda «Soyuq çimərlik»; «Tixoya buxtasında» isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; «Derevyaşka» və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. == Mənbə == Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.
Karoline Çimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. == Tarix == Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. == Mənbə == Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. == Çimərliyin xüsusiyyəti == Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsada, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 -17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bu günki, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Ouşen-Biç (çimərlik)
Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik. == Xüsusiyyəti == Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir. Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülürÇimərlikdə adətən iri tonqal qalanır. == Tarix == Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir. 18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.

Digər lüğətlərdə

антиципа́ция водонепроница́емый жари́ща лапшеобра́зно леденцо́во пи́нькание фо́фан ха́нжески юр... авока́до крути́ть носом мурова́ть переклёпывать пропове́довать разуплотня́ться тя́тенькин упа́дничество чик gynopodium hair-eel mattamore nomenclator putrid Spanish bayonet скатываться