ÇİNARƏ
ÇİNGİZXAN
OBASTAN VİKİ
Çingiz Sadıxov
Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994) == Həyatı == Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir. Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir. 1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir. Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009 == Filmoqrafiya == Onu bağışlamaq olarmı?
Çingiz Topel
Çingiz Topel (2 sentyabr 1934, İzmit – 8 avqust 1964, Kipr) — Türk pilot kapitan, 1964-cü ildə Türk Hərbi Hava Qüvvələrinin Kiprdəki xəbərdarlıq uçuşu zamanı təyyarəsi Yunan zenit silahları ilə vurulduqda, paraşütlə tullanaraq tutuldu. Yunanlar tərəfindən işgəncələrə məruz qaldı və öldü. == İrsi == Bir çox parka, prospektə və küçəyə Türkiyənin müxtəlif bölgələrindəki yaşayış məntəqələrinin adı verilmişdir. Gaziantep və Kayseri'de hər biri bir, Ankaranın Mamak, Çubuk mahalları və İzmirin Konak bölgəsi, İstanbulun Gaziosmanpaşa, Eyüpsultan, Tuzla ve Kartal bölgələri, Hakkari vilayətinin Yüksekova bölgəsi, Kocaeli və İzmit mahalının Karabaş məhəlləsi və Balıkesir. Gönen'in (Balıkesir) ana caddesine, atasının təyinatı ilə Ömər Seyfettin İbtidai məktəbində oxuduğu Hasan Basri Çantay və Gündoğan məhəllələrini ayırdı. Malatya, Kırıkkale, Sorgun və Eskişehirin ən böyük küçələrindən birinə Tekirdağ mərkəzindəki bir meydanın adı verildi. Cengiz Topel adı Antalyanın Muratpaşa və Finike bölgələrində, Ağrının Patnos mahalında, Adıyaman, Batman, Sakarya, Eskişehir, Samsun, Şanlıurfa, Isparta, İstanbul Tokat Turhal, Sancaktepe, Bakırköy və Zonguldak'ın Kozlu, Manisa'nın Dəmirçisi, Mersin Mediterraneanında istifadə olunur. , Muğlanın Ortaca, Tarsus, Silifke və Anamur, Osmaniyenin Kadirli, Adananın Yüreğir, Konya'nın Karatay, Afyonkarahisar Dinarı, Trabzon Of və Sinop Boyabat, Gaziantep Şahinbey, İzmir Buca və Güzelbahçe bölgələri və Gönen (Balıkesir) məktəbləri. Konyada Cengiz Topel adına verilən "Şəhid Topel Polis Karakolu", "Cengiz Topel Hərbi Dəniz Hava Üs Komandanlığı" və İzmitdə Kocaeli Cengiz Topel Hava Limanı da var. İstanbul-Şirinevler'de, Kağıthanenin Çağlayan məhəlləsində və Maltepe'nin Gülsuyu məhəlləsində onun adını daşıyan bir məscid var.
Çingiz Xan
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Yesenamanov
Çingiz Yesenamanov (10 mart 1989-cu ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Çingiz Zeynalov
[mənbə göstərin]Çingiz Zeynalov — döyüş sambosu üzrə Rusiyanın idman ustası, beynəlxalq dərəcəli hakim == Həyatı == Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub. == Fəaliyyəti == Moskvada yaşayan həmyerlimiz Çingiz Zeynalov döyüş sambosu üzrə Rusiyanın idman ustası və beynəlxalq dərəcəli hakimdir, eyni zamanda, həmin növ üzrə federasiyada fəaliyyət göstərir, məşqçiliklə məşğul olur. Səksən nəfərə qədər şagirdi var və onlardan əllisi Azərbaycan vətəndaşıdır. Çingiz müəllim və yetirmələri iştirakçısı olduqları bütün yarışlarda ölkəmizi təmsil edir, onun şərəfini layiqincə qoruyurlar. Belə yarışlardan biri də bu yaxınlarda Sankt-Peterburqda keçirilmişdir. Əlbəyaxa döyüş üzrə XI beynəlxalq festivalda Zeynalovun dörd şagirdi də bacarığını nümayiş etdirmişdir. Onların hamısı çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Tural Məmmədov və Ruslan Qafarov festivalın qalibləri olmuş, Əli Əliyev və Samir Xudiyev isə müvafiq surətdə ikinci-üçüncü yerləri tutmuşlar. Bu uğurlar bütün festival günlərində idmançılarımıza köməklərini əsirgəməyib, onlara ürəkdən azarkeşlik etmiş Sankt-Peterburqun azərbaycanlı sakinlərinə böyük sevinc gətirmişdir. Qarşıda məşqçini və onun yetirmələrini yeni yarışlar - noyabrda Yaltada kikboksinq, dekabrda isə Kişinyovda universal karate üzrə dünya birincilikləri gözləyir.
Çingiz xaqan
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur.O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir.14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır. Cengiz ilk dəfə Türkiyə millisinə 2016-cı ilin noyabr ayında Kosovo millisi ilə oyun üçün çağırılmışdır.Ünder Türkiyə millisində ilk qolunu 2017-ci ilin mart ayında Moldova millisinə qarşı oyunda vurmuşdur. == Karyera statistikası == === Milli komanda === 11 İyun 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.
Çingiz İldırım
Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası – 27 iyul 1941, Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı. == Həyatı == 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır. Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. === Həbsi və edamı === 7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı.
Çingiz İsmayılov
Çingiz İsmayılov — Azərbaycan alimi, coğrafiya elmləri doktoru, professor. == Həyatı == Çingiz İsmayılov 1952-ci ildə Qax şəhərində anadan olub.1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsində təhsil almışdır. 1978-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasında – aspirant, müəllim, baş müəllim, dosent olmuş və 2005-ci ildən professor vəzifəsində çalışır. == Təhsili, elmi dərəcə və elmi adları == 1974-cü ildə Bakı Dövlət Universitetinin geoloji-coğafiya fakultəsini bitirib. 1983-cü ildə "Azərbaycanın nefqazkimya kompleksinin formalaşması və inkişafının coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə "Xəzəryanı regionda nefqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin professoru adına layıq qörülmüşdür. == Əmək fəaliyyəti == 1974–1976-cı illlər ərzində Quba rayonunda coğrafiya müəllimi işləyib. 1977–1978-ci illərdə Azərbaycan EA-nın Coğrafiya İnstitunda mühəndis işləyib. 1978–1981-ci illərdə BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında əyani aspirant, (1981–1985) müəllim, (1985–1988) baş müəllim, (1988–2005) dosent və 2005-ci idən hazır dövrədək professor vəzifəsində çalışır.
Çingiz İsrafilov
Çingiz İsrafilov (1942, Varşava, Ümumi Hökumət) — Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri. == Həyatı == Əmisi İsrafil İsrafilov Gəncə üsyanının iştirakçılarındandır, Üsyan bolşeviklər tərəfindən amansızlıqla yatırıldıqdan sonra ailə Türkiyəyə mühacirət etməli olub, oradan isə Avropaya köçüblər. Əsilləri Daşkəsənin ucqar kəndi olan Əmirvar kəndindəndir. Siyasi mühacirətə getməmişdən əvvəl 1915–1920-ci illər arasında ailəsi Şəmkirin Seyfəli kəndində yaşayıb. Çingiz İsrafilov 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub, sonrakı fəaliyyətini əsasən Türkiyədə qurub. Kolumbiya Universitetinin Riyaziyyat fakultəsindən 1967-ci ildə məzun olub, eyni universitetdə 1970–1975-ci illərdə doktarantura pilləsində "Osmanlı İmperiyasının iqtisadi tarixi" üzrə dərs almışdır, lakin tezisini tamamlamamışdır. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini də həyata keçirib. 2001-ci ildə Şota Rustaveli adına Batumi Dövlət Universitetindən Fəxri Doktor elmi dərəcəsini almışdır. == Fəaliyyəti == 1967–1973 Cİ-Pi Morqan Bankı Menecment Araşdırması departamentində ekspert. 1973–1976 United States Trust Company Sahibkarlıq Elmi Departamentində böyük mütəxəssis.
Çingiz Əhmədov
Çingiz Əli-Əşrəf oğlu Əhmədov — Azərbaycanın tanınmış komediya aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru. == Həyatı == Əhmədov Çingiz Əli-Əşrəf oğlu 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. «Boşanaq, evlənərik», «Bəbirlinin kələkləri», «Qızıl toy», «Sevgilimin anası», «Məşədi İbad», «Qız görüşə tələsir» tamaşalarında çıxış etmişdir. 1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa «Arvadımın əri özüməm», «Toy kimindir?», «Valeh, kəndinə qayıt», «Hamlet», «Ox və hədəf»,«Aldanmış kəvakib» və s. tamaşalarda da iştirak etmişdir. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz ƏliyevÇingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı.Çingiz AxundovÇingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.Yaşayış məntəqələriÇingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km.Kənd Samkara çayının sağ sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 == Tanınmış şəxsləri == Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). == Həyatı == Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991). == Həyatı == Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981) == Fəaliyyəti == Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur.
Çingiz Alqazax
Çingiz Alqazax (1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. == Həyatı və fəaliyyəti == 1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur .
Çingiz Aslanov
Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir. Telejurnalistdir. == Həyatı == 30 ildən çoxdur televiziya sahəsində çalışır. "Qızıl Qələm" və "Araz" mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Çingiz Axundov
Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.
Çingiz Aytmatov
Çınğız Töröquloviç Aytmatov (12 dekabr 1928[…], Şəkər[d], SSRİ – 10 iyun 2008[…], Nürnberq, Bavariya) — Qırğızıstan yazıçısı. ÇingizAytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. Mətbuatın yazdığına görə, o, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. == Ailəsi == 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub Atası Törəkul Aytmatov (1903-1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi; 1937-ci ildə həbs olundu, 1938-ci ildə güllələndi. Anası, milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904-1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olub Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmamışdan əvvəl Şəkərə koçublər. Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.Böyük Vətən Müharibəsi illərində kənddə on dörd yaşlı yeniyetmə şura katibi oldu; müəllim, maliyyə agenti, kombaynçı köməkçisi və traktor sürücüsü işləyib. Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1953-cü ildə oranı bitirmişdir. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib.
Çingiz Əlioğlu
Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (1991). == Həyatı == Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olmuşdur. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil almışdır (1961-1965). Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. == Yaradıcılığı == Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur.
Çingiz Əliyev
Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü.
Çingiz Ələkbərov
Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988).
Çingiz Ələkbərzadə
Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988).
Çingiz Əmirov
Çingiz Əmirov — Ədliyyə polkovniki, Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi (1993-1996). == Həyatı == Çingiz İldırım adına AzPİ (1971), Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində (1991) təhsil alıb. Ədliyyə polkovniki, 15.11.1993-dən 27.07.1996-cı ilədək Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi olmuşdur. 1994-cü ildə çəkilən "Qara "Volqa"" filmində məsləhətçi olmuşdur. 27.07.1996-cı ildə xidmət zamanı vəfat etmişdir. Yazıçı Rövşən Yerfinin "Üzdəniraq ada" romanı Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. == Ailəsi == Yazıçı Cəmşid Əmirovun oğludur. == İstinadlar == == Xarici keçidlər == "Qara Volqa"nın müəllifi nədən qorxmuşdu?!
Çingiz Əsədullayev
Çingiz Əsədullayev(25 avqust 1960, Sumqayıt) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əsədullayev Çingiz Rauf oğlu 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyalarınTəşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, "Azərittifaq" Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, "Nefteko" sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən "Turan" Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1997-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir. Bitərəfdir.
Aşıq Çingiz Mehdipur
Aşıq Çingiz Mehdipur (28 aprel 1961, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq. == Həyatı == 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib. == Fəaliyyəti == 1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı. 1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb.Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur. Müasir saz məktəbinin gec yaranması hər şeydən əvvəl sazı tədqiq edən, notlaşdıran peşəkar musiqiçinin, elmi ədəbiyyatın, elmi-metodik vasitələrin olmamasından irəli gəlirdi.
Həsən Çingiz oğlu Hüseynov
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; d. 1 sentyabr 1953, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir.
Temuçin (Çingiz xan)
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Xan (qrup)
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Çingiz Yurtçu Şahtaxtinski
Çingiz Yurtçu Şahtaxtinski (1898–1961) — Naxçıvanın ən tanınmış şəxslərindən. == Həyatı == Çingiz bəy 1898-ci ildə Naxçıvanda — Şərur mahalının (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olub. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru olmuşdu. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra ulu əcdadlarının çox sevib öyündüyü Şahtaxtı kəndində yaşayırdı. Əliqulu ağanın atası Hacı Vəli ağa nəinki Naxçıvan və İrəvanda, hətta o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumatı da tapa bildik. Hətta, onun Rusiya ordusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri. Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər. Belə bir babanın ailəsində böyüyən və tərbiyə alan Çingiz bəy ilk təhsilini Naxçıvandakı rus-tatar (azərbaycanlı) məktəbində almışdı. Hələlik tapdığımız arxiv sənədlərinə əsasən Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğlanlarının olmasını bilirik.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. == Ümumi xüsusiyyətləri == Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Çingiz xan (dəqiqləşdirmə)
Çingiz xan – Böyük Monqol imperiyasının yaradıcısı və böyük Monqol hökmdarı. Çingiz xan (film, 2018) – Çingiz xan haqqında 2018-ci ildə çəkilmiş olan Çin filmi. Çingiz xan (film, 1965) – Çingiz xan haqqında 1965-ci ildə çəkilmiş olan ABŞ filmi. Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007) – Yaponiya və Monqolustan istehsalı olan müştərək film. Çingiz xan (film, 2007) – Rusiya, Qazaxıstan və Almaniya istehsalı olan müştərək film.
Çingiz xan (film, 1965)
"Çingiz xan" — Film. Uşaqlara valideynləri ilə birlikdə baxmaq tövsiyə olunur. == Süjet == Monqol xanı Çingiz xanın həyatı haqqında tarixi filmdir. Onun uşaqlıq çağından ümummonqol xanı olana qədər keçdiyi yol filmdə canlanır. O, tarixin böyük fatehlərinə çevrilir. Həyatını döyüşlərə həsr etdiyindən xeyli torpaq və xalq əlinə keçirir… == Rollarda == Stiven Boyd — Camuqa Ömər Şərif — Temucin, sonra Çingiz xan Ceyms Meyson — Kam Linq Eli Vollax — Xarəzmşah Fransuaza Dorleak — Borte Telli Savalas — Şan == İstinadlar == == Həmçinin bax == Çingiz xan == Xarici keçidlər == Çingiz xan — Internet Movie Database saytında.
Çingiz xan (film, 2018)
Çingiz xan (çincə: 战神纪) — Jan-Jak Annaud və Hasi Çaolu tərəfindən çəkilmiş Çin fantastik filmidir. Filmin ilk olaraq 22 dekabr 2017-ci ildə Çində nümayişi planlaşdırılırdı, lakin daha sonra çəkilişdən sonrakı işlərə daha çox vaxt vermək üçün 28 aprel 2018-ci il tarixinə qədər təxirə salınmışdır. Çingiz xan filmi həm də 8-ci Pekin Beynəlxalq Film Festivalının final filmi olmuşdur. == Süjet xətti == Temujin (William Chan) atasını gənc yaşda itirən və anası tərəfindən böyüdülmüş monqol liderinin oğludur. Yetkinlik yaşına çatan Temuçin uşaqlıq sevgilisi Borte (Linq Yun) ilə evlənmək üçün Unqirat qəbiləsinə gedir, lakin evə qayıdan Temuçin əmisi Tarqutay (Çjao Lixin) tərəfindən əvvəlcədən ona qarşı hazırlanmış olan tələyə düşür və Borte tezliklə ələ keçirilir. Onunla qardaş olmağa and içmiş qan qardaşı Camukha (Li Guangjie) və qoca şamanın dəstəyi ilə Temuçin Borteni geri almaq və çölü yaxınlaşan təhlükədən xilas etmək üçün səyahətə çıxır.
Çingiz xan imperiyası
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. == Tarixi == XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Çingiz xanın ağ buludu
Çingiz xanın ağ buludu — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Povestdə totalitar dövlət marağı, һökmdar һökmü ilə əbədi bəşəri dəyərlər – insan taleyi, adi adamların böyük sevgisi üz-üzə qoyulur. Bu qarşıdurmada sevməyə və öz sevgisinin cəzasını çəkməyə məһkum olunmuş insanlığın tarixi dəһşətli bir faciə kimi qavranılır.
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub. Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə insanlar deyil, belə desək, təbiət də çox çalışıb.
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. == Maddi-texniki bazası == Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Çingiz İsmayılov (futbolçu)
Çingiz Məmməd oğlu İsmayılov (12 aprel 1935, Bakı) — AFFA-nın keçmiş baş katibi, futbol veteranı. == Həyatı == 1955-1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Bundan başqa, Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb. == Təltifləri == 2022-ci ilin dekabr ayında “Tərəqqi” medalı ilə təltif edilib.

Значение слова в других словарях

...ко́мнатный адсорбе́нт арт-шо́у брю́зглый водоподъёмник воздухоподогрева́тель вспола́скивать дружи́ться напря́чься отконопа́тить спра́вка ферментацио́нный жа́ркий казуисти́ческий организо́ванно о́рочский мани cryostat high polymer systole tophus yeast cell всхрап конфуцианство огорчение