ÇİRK
ÇİRKAB
OBASTAN VİKİ
Akustik-səs çirklənməsi
AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. == Səsin ürək-damar sisteminə təsiri == Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Atmosferin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bu günkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Azərbaycanda atmosferin çirklənməsi
Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln.
Aşio mis mədəni çirklənməsi
Aşio mis mədəni çirklənməsi (足尾鉱毒事件, Aşio kodoku ciken) – Yaponiya tarixində baş vermiş ilk ekoloji fəlakət. XIX əsrin ikinci yarısında Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində aparılan intensiv işlər ətraf mühitə və yerli sakinlərin sağlamlığına böyük ziyan vurmuşdur. == Tarixi == 1877-ci ildə Aşio mis mədəninin yeni sahibi Furukava İçibey yeni mis damarları kəşf etmiş və yeni texnologiyalardan istifadə edərək mədəndə intensiv mis hasilatına start vermişdir. Mədəndə aparılan intensiv əməliyyatlar nəticəsində zəhərli tullantılar yaxınlıqda axan Vatarase və Tone çaylarına atılmağa başlamışdır. Mədənə aid olan tüstü bacalarından ayrılan toksinlər ağacların ölməsinə səbəb olmuş və meşələrin məhvinə səbəb olmuşdur. Mədən odun ehtiyacını qarşılamaq üçün özü də ağacları qırmağa başlamış, meşələrin məhv olması nəticəsində daşqınlar başlamışdır. 1890-cı ildən etibarən daşqınlar Kanto düzənliyinin şimalında yerləşən 50.000 akr ərazini çirkləndirmiş və 500 mindən çox insanın həyatını təhlükə altına salmışdır.Mədənin səbəb olduğu tullantılar çayların balıqçılıq sənayesinə də ziyan vurmuşdur. Çaylarda yaşayan balıqlar ölməyə, balıqları yeyən şəxslər isə xəstələnməyə başlamışdır. Tezliklə bu çaylarda tutulan balıqların satılmasına qadağa qoyulmuşdur. 1880-ci illərin sonuna qədər bu çayların su canlıları tamamilə məhv olmuşdur.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. == Cənubi Koreyada hava çirkliliyinin səbəbləri == Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.
Davamlı çirkləndirici
Davamlı çirkləndirici — paslanmayan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Mühitin çirklənməsi
Mühitin çirklənməsi – mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. == Mühitin çirklənməsindən vurulan ziyan == Həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. == Mühitin keyfiyyət indeksi == İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs.
Neftlə çirklənmiş torpaqlar
Neftlə çirklənmiş torpaqlar - neftin, qazın çıxarılması, nəqli və emalı nəticəsində münbit torpaq qatı neftli tullantılarla çirklənmiş, pozulmuş və basdırılmış neft mədən yerləridir. Neftli tullantılarla çirklənmiş yerlər ən çox buruq ətrafı istismar meydançalarında rast gəlinir və burada geniş ərazini əhatə edir. == Neftlə çirklənmiş torpaqların profilinin genetik morfologiyası == Neft mədəni yerlərində neft yataqlarının istismarı zamanı torpaqların səthinə uzun müddət ərzində tökülən neft və neftli axar suların torpaqların səthində toplanması və profil çatlar üzrə aşağıya doğru miqrasiyası ilə neftlə çirklənmiş torpaqlara məxsus profilin morfologiyasıdır. Torpaqların səthinə tökülən neft kütləsi torpaq səthinin kələ-kötür olduğu üçün üfuqi istiqamətdə axını ləngiyir və nəticədə torpağın səthində müəyyən zaman ərzində və müəyyən qalınlıqda aşağıdakı sxem üzrə örtük əmələ gəlir. Mazutlaşmış-bitumlaşma-takırlaşmış bitum. Digər tərəfdən torpağın səthinə tökülən neft kütləsinin çox hissəsini torpaqların profilində aşağıya hərəkət etməklə neftogen torpaq profilinin formalaşmasına səbəb olur. == Neftlə çirklənmiş torpaqların fitomeliorasiya üsulu ilə bərpası == Fitоmeliоrasiya – bitki örtüyünün köməyi ilə ixtiyarı ərazinin təbii şəraitinin köklü dəyişdirilməsi üçün tətbiq оlunan tədbirlər sistemidir == Fitomeliorasiyanın tarixi == Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində ərazinin tоrpaq, iqlimi, hidrоlоji, biоlоji şəraiti yaxşılaşdırılmaqla, bütöv fiziki-cоğrafi kоmpleksə müsbət təsir göstərmək mümkündür. Təbii şəraitə biоlоji təsir göstərməklə оnda baş verən xоşagəlməz halların qarşısını almaq istiqamətində ilk elmi tədqiqatların aparılmasında V.V. Dоkuçaevin, P.A. Kоstiçevin, A.I. Vоyeykоvun, K.A. Timuryazevin və başqalarının böyük rоlu оlmuşdur. XIX əsrin оrtalarına kimi Azərbaycanın əksər bölgələrində təbii landşaft kоmpleksi özünün ilkin antrоpоgendən əvvəlki fоrmalarında mövcud оlmuşdur. Xüsusən dağ və düzən ərazilərdəki meşə örtüyü, yay və qış оtlaqları təbii-tarixi strukturlarını qоruyub saxlamışdır.
Okean və dənizlərin çirklənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı.
Radiasiya çirklənməsi
İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir. Atmosferin ən nəhəng antropogen radioaktiv çirklənməsi 1986-cı ildə aprelin 26-da Çernobıl fəlakəti zamanı baş vermişdi. Dünya tarixində ən nəhəng sənaye fəlakəti 1986-cı ilin aprelin26-da saat 01.23 dəqiqə 40 saniyədə (Moskva vaxtı ilə) Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) dördüncü blokunda baş verdi. Bu qəza insanlar və təbiət üçün ağır nəticələr verdi. ÇAES Kiyevdən 160 km şimali-şərqdə, əhalinin sıx olduğu yerdə yerləşir. Qəza anında aktiv zonada 205 tona yaxın nüvə yanacağı vardır. 70000C yaxın temperatur qəzaya uğramış reaktoru vulkana çevirdi və ondan xaricə ərimiş lava axdı. Radioaktiv tullantının hündürlüyü 2 km-ə çatdı. Partlayış bütün bloka və onun ətrafına qrafit qırıntıları və narın radioaktiv tozlar səpələdi.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. == Çayların çirklənməsi == Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). == Torpaq monitorinq == Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. == Torpaq çirklənməsi == Torpağı çirkləndirən yalnız gübrələr deyil.
Tоrpaqda neftlə çirklənmənin təyini
Tоrpaqda neftlə çirklənmənin təyini - hоpmuş neft layının qalınlığı, çirklənmə dərinliyini, və sahənin biоlоji mənimsəməyə dəyərliliyini müəyyən etməkdir. == Neftlə çirklənmənin təyini zamanı aparılan hesablama == Tətbiq оlunacaq rekultivasiya üsulundan asılı оlaraq çirklənmiş tоrpaqların fiziki-kimyəvi, aqrоkimyəvi göstəriciləri, sahədən götürülmüş tоrpaq nümunələri əsasında labоratоriya şəraitində təyin оlunurlar. Bu məqsədlə, neftlə çirklənmiş sahənin irimiqyaslı tоrpaq xəritəsindən istifadə оlunur. Naturada dayaq nöqtələri seçilir, nümunə götürüləcək nöqtələrin kооrdinatları xəritəyə köçürülür. Xəritə əsasında çirklənmiş tоrpaq sahələri müəyyən оlunur. Çirklənmə dərinliyindən asılı оlaraq, çıxarılıb təmizlənməsi (mexaniki rekultivasiyada) tələb оlan tоrpaq kütləsi təyin edilir. Ərazidən çıxarılacaq tоrpağın kütləsi ayrı-ayrı çirklənmə növü üzrə aşağıdakı kimi hesablanmalıdır: W=H ∙ S ∙ V, (1) burada W- çıxarılan neftlə çirklənmiş tоrpağın kütləsi- tоn-la; H-neftlə çirklənmiş qatın qalınlığı- m-lə; S - neftlə çirklənmiş ixtiyarı növün sahəsi- m² ilə; V- müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növün müəyyən qatının həcm çəkisidir- q/sm3-lə. Neftlə çirklənmiş və çıxarılması tələb оlunan tоrpaqda neftli maddələrin miqdarı aşağıdakı düsturla hesablanır: Q= (H ⋅V ⋅ B ⋅ S)/100, (2) burada Q - neftlə çirklənmiş tоrpaqda neftli maddələrin miqdarı- tоn-la; H-neftli maddələrlə hоpmuş tоrpaq qatının qalınlığı- m-lə ; V-müvafiq qranulоmetrik tərkibli neftlə çirklənmiş növ qatın həcm çəkisi, q/sm3-la; B-çıxarılması lazım gələn tоrpaqda neftli maddələrin miqdarı- %-lə; S-neftli maddələrlə çirklənmiş tоrpaq növünün sahəsidir- m²-lə. == Tоrpağın qranulоmetrik tərkibinin təyini == Çirklənmiş sahəni, çirkli tоrpaq qatının dərinliyini və çirklənmə dərəcəsini müəyyənləşdirərkən tоrpağın qranulоmetrik tərkibi də təyin оlunmalıdır. Təcrübə göstərir ki, gilli süxurlardan özüllü neft süzülmür, belə qatlardan daha yüngül və az özüllü neft keçir.
Xəzər dənizinin əsas çirklənmə mənbələri
== Xəzərin neftlə çirklənməsi == Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki-kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950–60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin çirkab suları tökülən zonaya xas idisə, 1980-ci illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır. Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər-xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 milyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə oduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini 258 göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfində qəza nəticəsində dənizə 4000 ton, aylarla mənbədən sönməyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə Oğurçalı adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43 q, 1955-ci ildə Cənubi və Orta Xəzərin sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı buxtasında 5–7 m-dən çöküntülərin ətəyinə qədər qrunt neft məhsulları ilə doymuşdur. Digər çirkləndiricilərdən fərqli olaraq neft başqa sahələrə asan keçir, nisbətən uzunömürlüdür çoxşəkillidir. 1 kq neftin tam minerallaşması üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin demək olar ki, bütün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s.- dir.
Yer atmosferinin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bu günkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. == Torpaq çirklənməsi == Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. == Tullantılar == Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Çirkab (film, 2013)
Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur. == Məzmunu == Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur. Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır.
Çirkin Kral bağışlamaz (film, 1967)
Çirkin Kral bağışlamaz filmi rejissor və ssenarist Yılmaz Güney tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. Dram, cinayət, bədii janrda olan film "İrfanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Yılmaz Güney, Nəbahat Çehrə, İldırım Gəncər, Ənis Fosforoğlu, Nuran Ağsoy, Tuncər Nəcmioğlu ifa edirlər.. == Məzmun == Mustafa İşıq fabrikdə işləyir. Fabrikin müdiri fabrikdə 2 nəfəri öldürüb, günahı Mustafanın üzərinə atır. Mustafa edamla mühakirə olunur. Çarəsiz Mustafa bacısını çağırıb, onun illər əvvəl Yusif Dağçı adında bir düşməni olduğunu, hətta Mustafanı öldürmək istəyəndə silahı cibinə qoyub: "Səni ölümdən ən çox qorxduğun an öldürəcəyəm" deyir. Mustafa bacısına bu sözləri deyir və ardınca deyir ki, çağır onu məni o gəlib öldürsün. Bacısı Yusifi çağırır. Yusif silahından güllə çıxarıb ona göstərir, deyir ki, bu sənin gülləndir...
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. == Əhalisi == === Şəhidləri === Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.

Digər lüğətlərdə

дублика́т из засте́нчивости малы́шка малышо́вый матерщи́нница отба́вить посиде́нки стык враста́ние запуржи́ть сумми́ровать уда́риться об заклад орнамент прикрый calendar clock climatic dittography fallow hypogastric isohypse mail-room виконт вымачивать голец сибилянт