ÇİVİLEMEK
ÇİZGİ
OBASTAN VİKİ
Çiy
Aphanopleura - Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. == Növlər == Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin. & Rupr.) Nevski Achnatherum caudatum (Trin.) S. L. W. Jacobs & J. Everett Achnatherum clandestinum (Hack.) Barkworth s Achnatherum contractum (B.L. Johnson) Barkworth Achnatherum coronatum (Thurb.) Barkworth Achnatherum curvifolium (Swallen) Barkworth Achnatherum diegoense (Swallen) Barkworth Achnatherum duthiei (Hook.f.) P.C. Kuo & S.L. Lu Achnatherum editorum (E. Fourn.) Valdés-Reyna & Barkworth Achnatherum eminens (Cav.) Barkworth Achnatherum hendersonii (Vasey) Barkworth Achnatherum hymenoides (Oryzopsis hymenoides) Ricker ex Piper Achnatherum latiglume (Swallen) Barkworth Achnatherum lemmonii (Vasey) Barkworth Achnatherum lettermanii (Vasey) Barkworth Achnatherum lobatum (Swallen) Barkworth Achnatherum nelsonii (Scribn.) Barkworth Achnatherum nevadense (B.L. Johnson) Barkworth Achnatherum occidentale (Thurb.) Barkworth Achnatherum parishii (Vasey) Barkworth Achnatherum perplexum Hoge & Barkworth Achnatherum pinetorum (M.E. Jones) Barkworth Achnatherum richardsonii (Link) Barkworth Achnatherum robustum (Vasey) Barkworth Achnatherum roshevitzii Mussajev Achnatherum scribneri (Vasey) Barkworth Achnatherum speciosum Trin.
Çiy küftə
Çiy küftə - Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir. Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir. Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır. == Hazırlanması == Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Bağ çiyələyi
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Paynberi çiyələyi
Paynberi çiyələyi — nəsli kəsilmək üzrə olan unikal çiyələk növü. == Vətəni == Bu çiyələk növünün vətəni Cənubi Amerikadır. == Xüsusiyyətləri == Kal halda gilələri yaşıl olur, dad və iyinə görə isə ananası xatırladır. == İkinci həyatı == Holland fermerleri bu giləmeyvəyə Cənubi Amerikada rast gəldikdən sonra, onu istixanalarda müvəffəqiyyətlə yetişdirmiş və nəsli kəsilmək təhlükəsini nisbətən aradan qaldırmışlar.
Yabanı çiyələklər
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. == Məzmun == Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Yabanı çiyələklər (film, 1957)
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. == Məzmun == Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Yuxarı Çiyni
Yuxarı Çiyni, Çiyni (?-2015) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılmışdır.Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 424 nəfərdir. == Toponimikası == Yuxarı Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar. == Din == Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir.
Çiyanə (Piranşəhr)
Çiyanə (fars. چيانه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (63 ailə).
Çiyanə (Sulduz)
Çiyanə (fars. چيانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,283 nəfər yaşayır (551 ailə).
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. == Çiyin sümüyünün sınıqlarının əlamətləri == Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir.Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. == İlk yardım == Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. == Həmçinin bax == Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.
Çiyinayaqlılar
Çiyinayaqlılar (lat. Brachiopoda) — heyvanlar aləminə aid heyvan tipi. Oturaq həyat keçirən dəniz heyvanlarıdır. Bədənin qarın və bel səthini uzunluğu 10 sm-ə qədər olan ikiqapaqlı çanaq örtür. Substrata saplaq vasitəsilə yapışır. Ayrıcinsiyyətlidir. İnkişafı metamorfozladır. 200-ə qədər növü məlumdur. Qazıntı halında tapılmış növlərin sayı 7000-ə çatır. Qalıqlarına Kembri dövründən rast gəlmək olur.
Çiyinayaqlılar (Brachiopoda)
== Quruluşu == Bu tipə aid canlılar əsasən dənizlərin dayaz hissələrində, soyuq sularda rast gəlinən, oturaq həyat tərzinə malik tək-tək yaşayan heyvanlardır. Bədənin bel və qarın hissəsi ikitaylı çanaqla örtülüdür. Buna görə də onların xarici görünüşü ikitaylı molyusklara oxşayır. Çanaqların ölçüləri, adətən, bir neçə santimetr təşkil edir. Ən iriölçülü çanaqlar Magellania venosa növündə rast gəlinir. Onların çanaqlarının uzunluğu 8.5 sm-ə çatır. Çanaqların rəngi, adətən, sarımtıl, çəhrayi və ya boz, bəzi növlərdəqara, narıncı və ya qırmızı rənglərdə olur. Çiyinayaqlıların çanaqları asimmetrik olur. Bu zaman qarın hissəyə aid olan tay nisbətən böyük və qabarıq, bel tayı isə yastı bəzi hallarda isə batıq olur. Tayların arxa hissəsi xüsusi fır (kilid) və ya əzələ vasitəsilə birləşir.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Çiyni (Ağsu)
Çiyni — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir. == Əhalisi == Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir. == Mədəniyyəti == Kənddə mədəniyyət evi və park var. == Təhsil == Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Çiyni (Ucar)
Çiyni — Azərbaycan Respublikasının Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. == Əhalisi == == Toponimikası == Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.
Çiyni bələdiyyəsi
Çiyni bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çiyni bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Çiyni bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çiyo Miyako
Çiyo Miyako (yap. 都 千代, Miyako Chiyo, 2 may 1901, Vakayama prefekturası, Yaponiya imperiyası – 22 iyul 2018, Yokohama ) ― 21 aprel 2018-ci il tarixində Nəbi Tacimanın ölümündən sonra üç ay ərzində təsdiqlənmiş ən yaşlı yaşayan insan olanyapon uzunömürlü. == Həyatı == Miyako 2 may 1901-ci ildə Yaponiyanın Kanaqava şəhərində anadan olub. Violet Braun 2017-ci ilin sentyabrında öldükdən sonra ikinci ən yaşlı insan oldu. Altı ay dünyanın ən yaşlı insanına çevrilənə qədər bu titula sahib olacaqdı. == ölüm == Miyako 117 yaşında, 22 iyul 2018-ci il tarixində doğulduğu yer - Yaponiyanın Kanaqava şəhərində tənəffüs çatışmazlığından öldü.
Çiyo Uno
Çiyo Uno (yap. 宇野千代; 28 noyabr 1897, Yokoyama[d], Yamaquçi prefekturası – 10 iyun 1996[…], Tokio[d], Yaponiya) – Yaponiya yazıçısı, nəşrçisi və dəb dizayneri. XX əsrin ən tanınmış qadın Yaponiya yazıçılarından biri hesab olunur. 1936-cı ildə qurduğu, Yaponiyanın ilk dəb jurnalı olan "Sutairu" jurnalına görə tanınır. İkinci dünya müharibəsindən sonra Qərb dünyasına ixrac etdiyi kimono dizaynları ilə məşhurlaşıb. "Rəng etirafları" (1935) və "Arvad" (1957) ən məşhur romanlarıdır. == Həyatı == === Müharibədən əvvəl === 28 noyabr 1897-ci ildə Yamaquçi prefekturasının İvakuni (keçmiş Yokoyama) şəhərində doğulub, həyatının böyük hissəsini Hokkaydo və Tokioda keçirib. Uşaqlığında evindəki qadağalara baxmayaraq, jurnal və qəzetlərə böyük marağı olub. 18 yaşında yaxınlıqdakı ibtidai məktəbdə müəllim kimi işləməyə qərar verib. Daha sonra Tokioya köçərək xidməti işlərdə işləməyə başlayıb.
Çiyoda
Çiyoda — Tokionun xüsusi rayonlarından biri.
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. == Əhəmiyyəti == Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.

Digər lüğətlərdə

зача́ток лати́нянка магнети́товый переадресо́вка почте́ннейший элева́торный африка́нер демисезо́нный к щуке в пасть мазохи́ст ненасы́тность косный хижий ходынка cluck day-hole Eliza phonopore rhodochrosite serological test speed-limit германизировать кремний подольщаться эффективный