ÇİZGİLƏTMƏK
ÇOBANİTİ
OBASTAN VİKİ
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış hökmdarlarından biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Kənan Çoban
Kənan Çoban (türk. Kenan Çoban; 22 yanvar 1975, Palu, Elazığ ili) ― Türkiyə aktyoru.
Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir == Xüsusiyyətləri == Alman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. == Süjet == Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. == Personajlar == == I Pərdə == === Ariyalar === №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Həsən Kərimov (çoban)
Həsən Kərimov və ya Çoban Həsən (tam adı: Həsən Rza oğlu Kərimov; 5 may 1925, Qarayusifli – 1983, SSRİ) — Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatı. == Həyatı == Həsən Kərimov SSRİ Ali Sovetinin 22 mart 1966-cı il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin Ordeni" (№ 378938) və "Oraq və Çəkic" (№ 12827) medalı ilə təltif edilmişdir. O, iki çağırış SSRİ Ali Sovetinin deputatı da seçilmişdir. 1970-ci illərdə fermada külli miqdarda yeyintiyə yol verməsi bəhanəsi ilə ona 1983-cü ildə güllələmə hökmü verilmişdir. SSRİ Ali Sovet-nin qərarı ilə üzərindən ölüm hökmü götürülmüş, məhbusluqdan azad edilməsinə bir gün qalmış saxlandığı təcridxanada infarktdan vəfat etmişdir. Onun güllələnmə cəzası almasının əsas səbəbkarı kimi Bərdənin o zamanlardakı birinci katibi Rüstəm Səfərəliyevin adı çəkilir. Heydər Əliyev onun haqqında belə demişdir: Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi. Adı Həsən, ya nə idi… …Çoban Həsən, o, məlumat verirdi ki, guya hər yüz qoyundan 140–150 bala alır.
Çoban
Çoban — heyvan otaran şəxs.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Xan Çoban
Xan Çoban - Azərbaycanın məşhur aşıqlarında olmuşdur. == Həyatı == Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сü cu ildə Azərbaycanda Qaradağin Uştəbin kəndində anadan olmuşdur. == Yaradıcılığı == Onun "Xan Çoban" və "Sara" adlı nağılqoşmasi məşhur və çox oxunan dastanlardandır. Nəbatının ayrıca divanı da nəşr edilmişdir.
Çoban (1971)
== Məzmun == Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban (bürc)
Çoban vəya Naxırçı (bürc) (lat. Boötes) — göyün şimal yarımkürəsində bürc. Çoban bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər fevral-iyun ayları olur.
Çoban Həsən
Həsən Kərimov (çoban)
Çoban Məhəmməd
Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası – 1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq. == Həyatı == Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb. Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış. == Yaradıcılığı == Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldəobada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir: Şair Məhəmməd "Məhəmməd və gürcü ğızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.
Çoban Nurmətov
Çoban Razaddin oğlu Nurmətov (23 noyabr 1984, Cibir, Qusar rayonu – 23 oktyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çoban Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Çoban Nurmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri Tehran Mənsimov olub. Çoban Nurmətov oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Qusar rayonunun Cibir kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Çoban kilsəsi
Çoban kilsəsi - Türkiyə Cümhuriyyətində, Ani şəhər xarabalıqlarında yerləşən, qədim bir erməni kilsəsi. Kilsə, Ani qalasından kənarda, təxminən qalanın Şimal-Qərb tərəfində, Horomos monastırına gedən yolun üstündə yerləşir. XX əsrin əvvəllərində dağılmış bir vəziyyətdə olan kilsə, 1966-cı ildə baş verən bir zəlzələdən sonra tamamilə yerlə yeksan olmuşdur. Dövrümüzə kilsənin yalnız bir neçə divarının qalığı çatsa da, həmin qalıqların yerləşdiyi ərazi Türkiyə-Ermənistan sərhəddində - qadağan olunmuş zonada yerləşdiyinə görə oraya getmək mümkün deyildir. Kilsənin kitabəsi olmayıb və inşa tarixi haqqında heç nə məlum deyil. Çoban kilsəsi adı isə kilsəylə bağlı bir rəvayətdən qaynaqlanır. Belə ki, rəvayətə görə kilsə Anidəki kilsələrdə olan səs-küy səbəbindən, həmin kilsələrdə ibadət edə bilməyən bir çoban tərəfindən inşa etdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Çoban kilsəsi kiçik bir kilsə olsa da, çox qarışıq bir memarlıq layihəsinə malik olmuşdur. Kilsə binası iki mərtəbəli olmaqla on bir metr hündürlüyə malik olmuş, binəsinin qalınlığı isə yeddi metr olmuşdur. Birinci mərtəbə xüsusilə mürəkkəb bir plana sahib olub.
Çoban salatı
Çoban salatı — Azərbaycan və türk mətbəxinə aid salat növü. == Tərkibi == Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur. == Süfrəyə verilməsi == Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur. Pəhriz salatı kimi də yeyilir.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. == Həyatı == Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. == Yaradıcılığı == Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… == Mənbə == Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s. 98-108.
Əmir Çoban
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (1260-cı illər – noyabr 1327, Herat) — Elxani əmiri, sərkərdə. == Həyatı == Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Arqun xanın hakimiyyəti dönəmində fəaliyyətə başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Olcaytunun (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta əsrlərdə Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikdə öldürtdü. == Ailəsi == Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu.
Abdulhey Çoban
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.
Əbdulhey Çoban
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.
Qafqaz çoban iti
Qafqaz çoban iti (gürc. ქართული ნაგაზი — Kartli nagazi və ya კავკასური ნაგაზი — Kavkasuri nagazi) — Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. == Adın mənşəyi və alt növləri == Antik çağda Qafqaz Albaniyasının hökmdarı Makedoniyalı İsgəndərə it hədiyyə etdiyini Strabon bildirir və Bu it bu gün Azərbaycanda 2000 ildən çoxdur ki mövcuddur və bu it Qafqaz xalqlarının qürur qaynaqlarından biridir. Qədim çağlardan bu yana bu ərazidə yaşayan insanların həyatının ayrılmaz bir parçası, yaxın dostu və sadiq yoldaşı olmuşdur . Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins "Qafqaz çoban iti" olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var.
Sərab çoban iti
Sərab çoban iti (fars. سگ سرابی‎) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (Canavar və Ayı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır. == Adlanması == Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir). == Xüsusiyyətləri == Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur.
Yunan çoban iti
Yunan çoban iti (yun. Ελληνικός Ποιμενικός) — Bu Yunanıstanın dağlıq bölgələrində yetişdirilən və yerli çobanlar tərəfindən mal-qaranı qorumaq üçün istifadə edilən bir it cinsidir. == Görünüşü == Yunan çoban itləri orta və böyük cinslər qrupuna aiddir. Güclü inkişaf etmiş əzələli bədənə malikdirlər. Bu köpəklər tək canavarla bacara bilirlər. Gözlər qəhvəyi, ovaldır və simmetrik olaraq yerləşmişdir. Görünüşü ümumiyyətlə sakit və ciddidir. Sinəsi geniş və dərin olub yaxşı əyilmiş qabırğa ilə, ağciyərləri və ürəyin yerləşməsi üçün kifayət qədər yer verir. Quyruğu qalın və uzundur. Tükləri orta uzunluqlu və ya uzun olur.
Çoban (film, 1971)
== Məzmun == Film ömrünü dağlarda keçirən çobanların çətin əməyindən danışır. Filmin qəhrəmanı Azərbaycan Ali Sovetinin deputatı, çoban Boran Kərimovdur.
Çoban Mustafa Paşa
Çoban Mustafa Paşa (ö. aprel 1529) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi məlum olmasa da, əslən boşnaq olduğu bilinir. Dəvşirmə olaraq yeniçəri ocağına alınmış, 1514-cü ildə baş tutan Çaldıran döyüşündə yeniçəri əsgəri olaraq iştirak etmişdir. Ardından saraya qapıçıbaşı olaraq alındı və bir müddət Yavuz Sultan Səlimə xidmət etdi. Daha sonra Rumeli bəylərbəyi təyin edilərək saraydan ayrıldı və bu əsnada sədrəzəm Piri Mehmed Paşanın qızıyla evləndi. Yavuz Sultan Səlimin son illərində sədrəzəm olan qaynatası tərəfindən divana üzv təyin edildi. Ancaq qaynatası haqqında sultana şikayətlənməsinin ardından vəzifədən alındı. Sultan tərəfindən edam edilməsi istənsə də, Piri Mehmed Paşanın araya girməsiylə xilas oldu və yenidən ikinci vəzirliyə gətirildi. Səhhəti pisləşən Yavuz Sultan Səlim tərəfindən Çorludakı ordu qərargahına çağırıldı və burada sultanın ölümünə şahid oldu.
Çoban qız (Buqro)
Çoban qız (fr. Pastourelle) - fransız akademik rəssam Vilyam Buqro tərəfindən 1889 - cu ildə yağlı boya ilə işlənmiş rəsm əsəri. Əsərdə kənd mühiti fonunda əsas obraz kimi çoban qız təsvir edilmişdir. Qız torpaq üzərində ayaqyalın dayanmışdır və onun sağ ayağı sol ayağından irəlidə durmuşdur. Sadə kənd geyimində olan qız çoban çomağını çiyninə qoymuş və əllərini onun üstündən aşırmışdır. Qızın fonunda isə çəmənlikdə otlayan öküzlər görünməkdədir. Əsər Buqronun çoban qızları təsvir etdiyi əsərlərindən biridir. Buqronun əsər üçün istifadə etdiyi model qız isə Bohemiyalı əsərində istifadə etdiyi modellə eynidir. əsər hazırda Filbruk İncəsənət Muzeyində saxlanılır.
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Avropa çobandüdüyü
Avropa çobandüdüyü (lat. Asarum europaeum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Aydın Çobanoğlu
Aydın Çobanoğlu — yaradıcı və ifaçı aşıq. == Həyatı == Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb. 1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb. 1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb.
Aşağı Çobanlı (Salmas)
Aşağı Çobanlı (fars. چوبانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (35 ailə).
Balaca çoban (film, 1985)
Balaca çoban qısametrajlı cizgi filmi rejissor Əsgər Məmmədov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. == Məzmun == Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.Nəticədə, valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Dadaş Mehdi Rejissor: Əsgər Məmmədov Operator: Antonina Korotnitskaya Rəssam: Vaqif Məmmədov Bəstəkar: Vasif Adıgözəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. == Həyatı == 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 === Hərb təhsili === Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Kanada çobandüdüyü
Kanada çobandüdüyü (lat. Asarum canadense) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü. == Sinonimləri == Asarum acuminatum Asarum canadense var. acuminatum Asarum canadense var. ambiguum Asarum canadense var.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. == Həyatı == 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Murad Çobanoğlu
Murad Çobanoğlu (türk. Murat Çobanoğlu; 1940, Türkiyə – 26 mart 2005, Ankara) — qarapapaq mənşəli Türkiyə aşığı. == Həyat və fəaliyyəti == Murad Çobanoğlu 1940-cı ildə Türkiyədə, Qars vilayətinin Arpaçay rayonunun Qoçköyü kəndində fermer ailəsində anadan olmuşdur. O, qarapapaq əsillidir və əsl soyadı Çobanlardır. Anası Lalə xanım, atası Aşıq Şənliyin şagirdlərindən olan Aşıq Gülüstandır. Atası Arpaçayın Qoçköyü kəndindən idi və 1920-ci ildə Qars şəhərində məskunlaşmışdır. Həyat yoldaşı erkən vəfat etdiyinə görə o, oğlunu özü böyütmüşdür. Atası 1970-ci ildə oğlu Murad Çobanoğlu ilə birlikdə İzmirə köçmüşdür.Murad Çobanoğlu 1951-ci ildə yuxusunda badə içdikdən sonra saz çalmağa və şeir oxumağa başlamışdır. O, 1966-cı ildən bəri Konya Aşıqlar Festivalına qatılmışdır. Artvin, Konya, Ərzurum və Mutda keçirilən müsabiqələrdə dərəcə almışdır.
Müşfiq Çobanlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Müşfiq Çobanov
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. == Həyatı == 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda,Azərbaycan EA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Mərkəzi Asiya çoban iti
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Nelli Çobanu
Nelly Çobanu (28 oktyabr 1974, Kantemir rayonu[d]) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Orxan Çobanov
Orxan Zahid oğlu Çobanov (2 avqust 1997; Xaçmaz rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Orxan Çobanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Çobanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. == Həyatı == 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Roma çobanyastığı
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. == Sinonimləri == Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.

Digər lüğətlərdə

виражи́ть двухво́стки накури́ть наркоблока́да превы́ше руби́новый соверши́ть сцара́пать уда́ренный у́мница зашка́л нелюби́мый па́нночка про́ймочка протранскриби́ровать голтина чумасы Bangladeshi epharmone iron carbide knave rest single track visé клясть