çoturlaşmaq
çovdar
OBASTAN VİKİ
2014 Nepal qar çovğunu fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
Adi çovdarçı
Adi çovdarçı (lat. Charadrius morinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Akif Çovdarov
Çovdarov Akif Teymurxan oğlu (28 avqust 1952, Marneuli rayonu) — keçmiş MTN-nin general-mayoru. == Həyatı == Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib. == Fəaliyyəti == Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. == Həbsi == Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.
Ağ çovdarçı
Chionis albus (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri. == Görünüşü == Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər. == Yayılması == Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.
Ağ çovdarçı (cins)
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ağ çovdarçılar
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Biləv çovqanı
Biləv çovqanı- Culfa r-nunda təbii mərz adı. == Toponimik izah == Culfa r-nunda təbii mərz adı. Naxçıvan əyalətinin Azadçiran nahiyəsində Bilav kimi qeyd olunmuşdur. Mənbədə kənd həm də Ağacanlı adlandırılmışdır. Bu məlumatdan aydın olur ki, kənd «Biləv» adlı yerdə Ağacanlı adlı nəslin məskuílaşması nəticəsində yaranmışdır. Biləv kəsici alətləri itiləmək üçün istifadə edilən daş. Kəndin yaxınlığında «Bilav» mineral bulaqlar vardır.
Böyükdimdik çovdarçı
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 5 növündən biridir. == Qısa təsviri == Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır.
Carna Dara Çovduri
Carna Dara Çovduri (d. 15 oktyabr 1938 – ö. 27 iyun 2019) — Banqladeş sosial aktivisti. == Karyerası == Çovduri Noaxali rayonunda yerləşən Qandi Aşram vəqfinin katibi olmuşdur.
Dağ çovdarçısı
Charadrius montanus (lat. Charadrius montanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Adı düzgün seçilməyib. Belə ki, bu quş hamar ərazilərdə yaşayır. Digər çovdarçıların malik olduqları xüsusiyyətlərin əksinə olaraq dağ çovdarçasına nəinki su hövzələri kənarında, hətta rütübətli torpaqlar olan yerlərdə də rast gəlinmir. Onlar qısa otlara malik quru ərazillərdə (otlaqlarda) və quru torpaq olan ərazilərdə məskunlaşır.
Dəniz çovdarçısı
Dəniz çovdarçısı (lat. Charadrius alexandrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Halqalı kiçik çovdarçı
Halqalı kiçik çovdarçı (lat. Charadrius dubius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Yekələrin bir boz-qonur geri və qanadları,ağ qarın və bir qara boyun bandı ilə ağ sinəsi var.Onların boz papağı, ağ alnı, gözləri ətrafında bir qara ilə yuxarıda ağ maska ​​və qısa tutqun dimdikləri var.
Magellan çovdarçıları
Magellan çovdarçıları (lat. Pluvianellidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Təsviri == Magellan çovdarçısının kürək və döşü açıq boz rəngdə, digər yerləri isə ağ rəngdə olur. Qısa qırmızı ayaqları və qırmızı gözləri var. Cavan fərdlərdə göz və ayaqlar sarımtıl rəngdə olur. Quşların çağırışları göyərçinlərin çağırışına bənzəyir. == Çoxalması == Magellan çovdarçısı suya yaxın yerdə yuvalayır və yerə 2 iri yumurta qoyur. Adətən bir cücəsi sağ qalır. == Qidalanması == Magellan çovdarçısı xırda onurğasızlarla qidalanır.
Xərçəngəoxşar çovdarçılar
Xərçəngəoxşar çovdarçılar (lat. Dromadidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Xəzər çovdarçısı
Xəzər çovdarçısı (lat. Charadrius asiaticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Orta Asiyanın açıq otlaqlarında, xüsusilə Xəzər dənizinin şimal və şərqində becərir.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Çovalan (Sərdəşt)
Çovalan (fars. چوالان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (17 ailə).
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Çovdar (Bitki)
Çovdar (lat. Secale) — qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar bizim eradan əvvəl I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI – XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir.
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == "Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Tarixi == Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur. === Tarixi abidələri === Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Çovdar dağının şimal yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Çovdar kənd tibb məntəqəsi yerləşir.
Çovdar (Kəlbəcər)
Çovdar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Başlıbel inzibati ərazi vahidində kənd. Covdar çayının (Tərtər çayının qolu) sahilindədir. Etnotoponimdir. Digər bir yerli məlumata görə- Çovdar və Kərəm adlı iki varlı çovdar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır. == Toponimikası == Kəlbəcər r-nunun Başlıbel i.ə.v.-də kənd. Çovdar çayının (Tərtər çayının qolu) sahilindədir. Etnotoponimdir.
Çovdar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çovdar mahmızı
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü. Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir. Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir.
Çovdar qızıl yatağı
Çovdar qızıl yatağı — Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.

Digər lüğətlərdə

ась лева́да непеча́тное окирко́вывать отсла́иваться прете́нзия прожо́г Ра́доница реадми́ссия храпли́вый черноо́кий заше́йный контейнериза́ция степно́й aciculae gaberdine hailstorm hep jannie old Joe schmo soup plate tin-lined мим растолкать