ÇOX (müxtəlif mənalarda) Qayıqda çox adam gəlirdi (M.Hüseyn); ARTIQ Yun qırxımına hazırlıq, aqreqatların vəziyyəti, örüşlər, xamlar, xüsusən ferma işçilərinin güzəranı, dolanışığı onu daha artıq maraqlandırırdı (B.Bayramov); BOL Yavada su bol, isti bol: Məhsul nə doydurur, nə bəhərdən bəhərə çatır (R.Rza); FÜZUN (kl.əd.) Mendə Məcnundan füzun aşiqlik istedadı var (Füzuli); XEYLİ Rəna yolda görüb onu əylədi; Yenə də, riqqətli, xeyli mükəddər (M.Rahim); PƏK Humay bu lövhədən maraqlanır pək; Aydın arxasınca fikirləşərək (S.Vurğun); PÜR Başdan diləmiş ki, dür gətirsin; Bir damən onunla pür gətirsin (Xətayi); ZİYAD Çərxi-fələk zülmü ziyad eyləmiş; Hicran məni gündə döyər, ağlaram (M.V.Vidadi); ZİYADƏ Xənnas babasının hüzurunda mənəviyyatı pozulmuş insanların ruhunu daha ziyadə açıb göstərmək fikri ilə hiddətli bir səslə: – İnsan, yaxşı seyr et, bunlar sənin bacıların və qardaşlarındır! – dedi (A.Şaiq); ZƏNGİN Təbiət zəngindir, o, yoxsul deyil; Təbiət insana səxavətlidir.. (B.Vahabzadə).