ÇOX-ÇOX
ÇOXALLAHLILIQ
OBASTAN VİKİ
Çoxallahlılıq
Politeizm (yun. πολύς – çoxrəqəmli, çox + θεός – Tanrı, ilahi – çoxtanrılıq) – iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşünün ümumi adı. Politeizm monoteizm və ateizmə zidd dünyagörüşüdür. Qədim dünyada Misir, Yunanıstan və Roma inancları çoxtanrılı olub. Xristianlığın, sonra isə İslamın gəlişi ilə bu çoxtanrılı inanclar böyük ölçüdə ortadan qalxıb. Müasir dövrdə Hindistan və Tibet inanclarında, buddizmdə, Afrika qəbilələrinin inanclarında politeizm vardır. Politeist dinlərdə və bir çox mistik-fəlsəfi təlimlərdə yaradan Tanrı konkret bir şəxsiyyət deyil, siması olmayan mütləq varlıqdır. Bu varlıq mövcud olan dünyaya bilavasitə təsir etmir, onda təzahür olmur, çünki o bir ideyadır, ruhdur. Ona görə çoxlu tanrılar var ki, onlar dünya işlərini düzənləyir, çeşidli sahələrə görə cavabdehdirlər. Bu tanrılardan panteonlar yaranır və onlara ibadətlər edilir.

Digər lüğətlərdə

доде́лываться идилли́чно иезуити́зм кагэбэ́шник мира́б сметливость абази́нский во́зка двуголо́сный зооте́хник капита́л плодови́тый тибе́тский шуга́ гель 'twere adulatory amotivational arhythmia breakwater diplomatic meaningless nobiliary writer классицизм