ÇULLATMAQ
ÇUMUR
OBASTAN VİKİ
Çullu
Çullu (Ağdam)Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd.Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Çullu (Ağdam)
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu (Cəbrayıl)
Çullu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Dağ Tumas kənd Sovetindən Çullu kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Çullu (Qafan)
Çullu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Toponim qədim türk mənşəli çul (çol) türk etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir, «çul tayfasına mənsub yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 109 nəfər, 1904 - cü ildə 85 nəfər, 1914 - cü ildə 110 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır. 40-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Çullu (Çaroymaq)
Çullu (fars. چوللو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Çullu (Maqsudlu, Ağdam)
Çullu — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı ilə Ağdam rayonunun Çullu kəndi Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İmamqulubəyli kəndi mərkəz olmaqla, İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Digər lüğətlərdə

высма́триваться ишеми́я тонне́льный бу́нкерный всенаро́дный люмпенизация наступа́тельный опохмели́ть стеногра́мма графья серьга barrier beach Brahm cholesterin duck-hawk ecopolitics emersion harvest-field Hudson Strait knapper грамм-молекула морщина научить тебя ферзь