ÇUXA

is. Qafqazlıların üstdən geyilən, beli büzməli, uzun, kişi milli geyimi. Çərkəzi çuxa (döşündə vəznələri olan çuxa növü).
[Usta Ağabala] dolahadola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa, arxalıq, canarxalıq – hamısını birdən çıxarıb tappıltı ilə saldı keçənin üstünə. Çəmənzəminli.
Kəndli 45-50 yaşında, göy çuxa geymiş, ucaboylu, sarı və bozsaqqallı bir kişi idi. T.Ş.Simurq.

Омонимы

  • ÇUXA ÇUXA I is. köhn. Qafqazda üstdən geyilən uzun kişi paltarı. Murad çuxanın ətəyindən dartıb yerə oturtdu (Ə
ÇUĞUNDURYIĞAN
ÇUXALI
OBASTAN VİKİ
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. == Haqqında == Azərbaycanda iki cür - vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Çuxa sultan Təkəli
Çuxa sultan Təkəli – qızılbaş sərkərdəsi, I Şah Təhmasibin vəkili, əmir əl-üməra. == Həyatı == Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi. Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar.
Tiqran Çuxacyan
Tiqran Çuxacyan (ermənicə: Տիգրան Չուխաճեան, 1837, İstanbul, 11 mart 1898, İzmir) — erməni əsilli Osmanlı bəstəkarı və orkestra şefidir. == Həyatı == Çuxacyanın bu sahəyə marağı Manzonidən aldığı pianino dərsləri ilə başladı və 22 yaşında Hasköy Məhəllə Teatrının musiqi işlərini öz boynuna götürdü.14 dekabr 1861-ci ildə açılan Şərq Teatrı üçün səhnə musiqiləri bəstələməyə başladı.1862-ci ildə isə ''Şərq Musiqi Cəmiyyəti'' mənasına gələn "Kınar Arevelyan" adlı dərnək qurdu. Səhnə musiqiləri və operetta janrında yazdığı musiqilərlə şöhrət qazanan bəstəkar, atası tərəfindən 1862–1866-cı illər arasında Milano Konservatoriyasına göndərildi. İstanbula qayıtdıqdan sonra isə bəstələdiyi orkestra və xor mahnıları ilə marşları Şərq Teatrında özü idarə etdi. 1874-cü ilin iyul ayında Bəyoğlu Haçopulo Keçidində Adamın Konsert Salonunda 30 nəfərlik opera topluluğu qurdu. Daha sonra Yeğyazar Məlikyan adlı varlı birindən maddi dəstək aldı və bununla da Osmanlı Opera Kumpanyasını qurdu. Dikran Kalemciyan ilə birlikdə Ramazan ayında Bəyaziddəki qonaqxanada yerli və xarici əsərlərin təmsilinə başladı. İlk olaraq onun ''Məktəb Ustası'' və ''Şair Evlənməsi'' əsərləri təmsil edildi. Osmanlı Opera Kumpanyasının istifadə etdiyi Bəyaziddəki qonaqxananın 1875-ci ildə təmirə girməsindən sonra Çuxacyan 40.000 frank qarşılığında Fransız Teatrını kirayələdi və 11 oktyabr 1876-cı ildə ''Ləbləbici Xor-Xor Ağa''nı çıxış etdirdi. Bundan bir müddət sonra kumpaniyanısı ağır günlər keçirtdi.
Çuxadar Əhməd Paşa
Çuxadar Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı I Əhmədin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, 1612-ci ildə baş çuxadar, ardından has odabaşı olmuşdur. 1613-cü ildə yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ancaq həmin ilin sonlarında anidən vəzirliyə yüksələrək Rumeli bəylərbəyi olmuş, Sultan Muradın qızlarından Fəxriyə Sultanla nigahlanmışdır. Bir müddət sonra vəzifədən alınsa da, 1616-cı ildə yenidən Rumeliyə təyin olunmuşdur. 1617-ci ildə Şam bəylərbəyi olsa da, ertəsi il vəzifədən alınmış, çox keçmədən 1618-ci ildə vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Çuxadurmaz
Çuxadurmaz (dağ) — Şəki rayonu ərazisində dağ. Çuxadurmaz (çay) — Şəki rayonu ərazisində çay.
Çuxanlı
Çuxanlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Çuxanlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Çuxanlı (Qobustan)
Çuxanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. == Toponimikası == Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Çuxanlı (Salyan)
Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur. == Foto məlumatlar == Çuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine == Əhalisi == Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər.
Çuxanlı xalçaları
Çuxanlı xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub - şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu. == Bədii xüsusiyyətləri == "Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin - Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir. == Texniki xüsusiyyətləri == "Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir).

Значение слова в других словарях

дочиха́ться католици́зм ко́сный незака́тный припры́снуть в ка́честве живодёрня нашаты́рь обла́тка полиэ́др про́блеск смехотво́рный ча́хлость mindlessness pilus potometer prefabricated prise pygmean researchist алгебраический микрофотография отмокать пересекаться портальный