ÇUĞULLAMAX
ÇUQQU
OBASTAN VİKİ
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur (dəqiqləşdirmə)
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur Qəbələ
Çuxur Qəbələ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi terminindən və Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-Həftəran vadisindədir.Qəbələ şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu kənd zəmanəmizə qədər saxlayıb. Kəndin ərazisində qədim şəhərin qala və tikinti qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta əsrlərə, şimal və şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı və naxışlı sənduqələr qalmışdı. Bu kənddə qədim və orta əsrlərə aid pul dəfinələri də tapılmışdır.
Çuxur Səd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur adam
Çuxur adam (port. Índio do Buraco; bilinmir[…], bilinmir[…] – təq. iyul 2022, Amazon yağış meşələri) və ya Tanaru hindusu – Braziliyanın Rondoniya ştatının Amazon meşələrində tək yaşamış yerli. O, Tanaru yerli bölgəsinin yeganə sakini idi. Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir. Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.
Çuxur dehistanı
Çuxur dehistanı (fars. دهستان چوقور‎; azərb. Çuxur(Çuqur) mahalı‎) — İranda, Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində inzibati-ərazi vahidi. == Əhalisi == 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 1.177 ailədə 1.851 nəfəri kişilər və 1.696 nəfəri qadınlar olmaqla cəmi 3.547 nəfərdir. İnzibati baxımdan 21 kəndi əhatə edir.
Çuxur hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır.2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar. 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutub. Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-nin Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Çuxur (teleserial, 2017)
== Haqqında == Çukur serialı İstanbulun Çukur adlı məhəlləsindən bəhs edir. İstanbulun ən problemli məhəllələrindən biri olan Çukurun bütün nəzarəti Koçova ailəsindədir. Bu məhəllədə narkotika icazə verilmir. Amma zaman keçdikcə bir qrup meydana çıxır və məhəllədəki asayişi pozmağa çalışır. İllər sonra ailənin kiçik oğlu qaçdığı məhəlləyə qayıtmaq qərarına gəlir. Onun məhəlləyə qayıtması ilə yeni nizam başlayacaq. Bu arada o, Sena adlı qızla tanış olur və ona aşiq olur. Tezliklə evlənirlər və çuxurda birlikdə yaşamağa başlayırlar. Amma indi çuxurda başqa bir həyat yaşanacaq.
Çuxur (teleserial, 2021)
Çuxur (ing. La Brea) — David Appelbaum tərəfindən yaradılan, Keshet Studios və Universal Television tərəfindən istehsal edilən Amerika dram-fantastika serialıdır. Premyerası 28 sentyabr 2021-ci ildə NBC-də baş tutmuşdur. == Mövzu == Los Ancelesin ortasında La Brea Tar Pits və Wilshire Bulvarının yerində böyük bir çuxur açıldıqda, yüzlərlə insan və bina (fərqli Petersen Avtomobil Muzeyi də daxil olmaqla) onun dərinliklərinə çəkilir. Sağ qalanlar, yaşamaq üçün bir araya gəlməli olduqları sirli və təhlükəli bir ibtidai diyarda qapalı qalırlar. Serial, hadisələrlə ayrılan və bir araya gəlməyə çalışan bir ailəni (ata, ana, oğul və qızı) hədəf alıb. Atanın, arvadının və oğlunun nə vaxt və harada olduğunu anlayan öncəgörmələri var. Çuxur və Teratornisin qəfil görünməsi, Mojave Səhrasında oxşar bir hadisəni araşdıran Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Departamentinin diqqətini çəkdmışdir. == Rollarda və personajlar == === Əsas === Natalie Zea - İv Harris / çuxura düşən bir vertolyot anasıdır İon Maken - Qavin Harris / İvin ayrılmış əri və keçmiş bir hərbi pilot, tarixdən əvvəlki bir ərazi görən. Çayk Okonvo -Tay Koleman / Eve ilə dost olan terapevt Karina Loqu - Marybeth Hill /Los Angelesdə Baton Rouge'dan polis məmuru .
Çuxur Qışlaq (Bicar)
Çuxur Qışlaq (az.-əbcəd چوقورقیشلاق‎, fars. چغورقشلاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (116 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çuxur Qəbələ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çuxur məhəllə bulağı
Çuxur məhəllə bulağı — Şuşanın aşağı məhəllələrindən biri olan Çuxur məhəllə məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Çuxur məhəllə bulağı məhəllə məscidi ilə müqəddəs ocağın qarşısında yerləşən meydançanın üç yol ayrıcında yerləşirdi. Bulağın iki gözü var.
Çuxur məhəllə məhəlləsi
Çuxur məhəllə — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Hacı Quluların mülkü, Bülbülün ev-muzeyi (Şuşa) bu məhəllədə yerləşir. == Şəkilləri == == Hazırkı vəziyyəti == Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.
Çuxur məhəllə məscidi
Çuxur məhəllə məscidi — XVIII əsrdə Şuşanın Çuxur məhəllə məhəlləsində tikilmiş tarixi abidə. Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır.Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan və ya müstəvi səpkisində işlənmiş həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur. == Həmçinin bax == Çuxur məhəllə məhəlləsi == İstinadlar == == Xarici keçidlər == Ağa Məhəmməd Aman. "Gülağa Tənha - 8 may" (az.). tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.
Çuxur və kəfkir (hekayə)
Çuxur və kəfkir (ing. The Pit and the Pendulum) - Edqar Allan Po tərəfindən qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə The Gift: A Christmas and New Year's Present for 1843 nəşriyyatında nəşr edilmişdir.
Ağ çuxurlar
Ağ dəlik —Ümumi nisbilik nəzəriyyəsində ağ dəlik , enerji - maddə , işıq və məlumat ondan qaça bilsə də, xaricdən daxil edilə bilməyən fəza - zaman və təkliyin hipotetik bölgəsidir . Bu mənada o, yalnız xaricdən daxil ola bilən və enerji-materiya, işıq və informasiyanın çıxa bilməyəcəyi qara dəliyin əksidir. Əbədi qara dəliklər nəzəriyyəsində ağ dəliklər meydana çıxır . Gələcəkdə qara dəlik bölgəsinə əlavə olaraq, Eynşteyn sahə tənliklərinin belə bir həlli keçmişində ağ dəlik bölgəsinə malikdir. Bu bölgə cazibə qüvvəsinin çökməsi nəticəsində əmələ gələn qara dəliklər üçün mövcud deyil, ağ dəliyin əmələ gəlməsi üçün müşahidə edilən fiziki proseslər də yoxdur. Superkütləvi qara dəliklərin (SBH) nəzəri olaraq hər qalaktikanın mərkəzində olacağı proqnozlaşdırılır və ola bilsin ki, qalaktika onlarsız yarana bilməz. Stephen Hawking və başqaları bu SBH-lərin superkütləvi ağ dəlik/ Biq Partlayış yaratmasını təklif etdilər . == Baxış. == Qara dəliklər kimi ağ dəliklər də kütlə , yük və bucaq momentumu kimi xüsusiyyətlərə malikdir . Onlar hər hansı digər kütlə kimi materiyanı cəlb edirlər, lakin ağ dəliyə doğru düşən cisimlər heç vaxt ağ dəliyin hadisə üfüqünə çata bilməz (baxmayaraq ki, Schwarzschild məhlulu maksimum genişlənmişdir )., aşağıda müzakirə edildiyi kimi, keçmişdə olan ağ dəlik hadisə üfüqü gələcəkdə qara dəlik hadisələri üfüqünə çevrilir, ona görə də ona doğru düşən hər hansı bir obyekt sonda qara dəlik üfüqünə çatacaq).
Cənnət və Cəhənnəm çuxurları
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar. == Ümumi məlumat == Mersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər. == Cənnət çuxuru == Ölçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.
Naxçıvan çuxuru
== Məlumat == Ordubad sinklinoriumu və Şərur-Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə q.-ə doğru miqrasiya qeyd olunur.Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın,əsasən,onun şm.-ş. kənarı boyu izlənən Naxçıvan dərinlik qırılnmaasının Oliqosen və Miosen dövrlərində aktiv fəailiyyəti ilə əlaqədardır. == Coğrafi yeri == Naxçıvan qırışıqlıq zonasının sonrakı təkamülü tektonik sıxılma və blokların müxtəlif miqyasda qalxması şəraitində davam etmiş və Pliosen dövründə Zəngəzur və Dərələyəz silsilələrinin qovuşduğu sahədə yerüstü vulkanlar fəaliyyət göstərmişdir. == Təbiəti == Mineral su bulaqlarının rəngarəngliyinə görə Nax.MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir.Bu bulaqların böyük əksəriyyəti Şərqi arpaçay,Əlincəçay,Gilançay,Qaradərə çaylarının vadilərində və yaxınlıqlarındadər.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. == Oyunun qaydaları == Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Çuxurazəmi
Çuxurazəmi — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxurəzəmi Şabran rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim cuxur (çökək) və zəmi (fars. "yer") sözlərindən düzəlib (-ə burada bitişdirici saitdir), "cuxur yer, çökək yer" deməkdir. Kənd həqiqətən də çökək yerdə salınmışdır. == Əhalisi == Kəndin əhalisi 287 nəfər təşkil edir.
Çuxurazəmi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çuxurdərə
Çuxurdərə — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin cənubunda, eyniadlı dəmiryol stansiyasının yaxınlığında yaşayış yeri. == Haqqında == Quru çay vadisinin hər iki sahilində yerləşən yaşayış yeri beş hektardan artıq sahəni əhatə edir. Sel sularının yuyub açdığı yarğanlarda mədəni təbəqənin qalınlığı 0,5-1,5 m arasındadır. Yaşayış yerində dördkünc formalı evlərin qalıqları saxlanmışdır. Evlərin bünövrəsi daşdan, divarların yuxarı qismi isə möhrədən inşa olunmuşdur. Aşkar olunan arxeoloji materiallar çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz saxsı məmulatından ibarətdir. Yerüstü materiallar arasında xeyli miqdarda saxsı su borularının qalıqlarına rast gəlinməsivaxtilə yaşayış yerinin bol su ilə təmin olunduğunu təsdiq edir.
Çuxurdərə yaşayış yeri
Çuxurdərə — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin cənubunda, eyniadlı dəmiryol stansiyasının yaxınlığında yaşayış yeri. == Haqqında == Quru çay vadisinin hər iki sahilində yerləşən yaşayış yeri beş hektardan artıq sahəni əhatə edir. Sel sularının yuyub açdığı yarğanlarda mədəni təbəqənin qalınlığı 0,5-1,5 m arasındadır. Yaşayış yerində dördkünc formalı evlərin qalıqları saxlanmışdır. Evlərin bünövrəsi daşdan, divarların yuxarı qismi isə möhrədən inşa olunmuşdur. Aşkar olunan arxeoloji materiallar çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz saxsı məmulatından ibarətdir. Yerüstü materiallar arasında xeyli miqdarda saxsı su borularının qalıqlarına rast gəlinməsivaxtilə yaşayış yerinin bol su ilə təmin olunduğunu təsdiq edir.

Digər lüğətlərdə

апо́крифы наудалу́ю оргкомите́т псевдотуберкулёз фосфори́товый черта́ ассимиля́торский бра́шна затво́рный партбюдже́т поддава́ться схва́тывать хрестома́тия равелин удол button-down drum belly heat melanosis Upper House waymark гемма морошка рекорд свернуть