ÇÖKƏK
ÇÖKƏLİK
OBASTAN VİKİ
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Çökəklik karstı-tropik karstı bir növü, qrunt suları dərində yerləşən ərazilərdə çatlı əhəng daşlarında inkişaf edir və bir-birinə yaxın yerləşmiş dik yamaclı dərin çökəkliklərin çox olması ilə səciyyələnir. Qonşu çökəkliklərin kəsişən yamacları, korroziya ilə yeyilmiş iti dişli tirələr əmələ gətirir.Kubada, Yamaykada yayılmışdır.

Digər lüğətlərdə

выны́ривание зубробизо́н ма́врский некроло́гия отде́лочница транспара́нтный хрипу́н архива́ция канониза́ция преиму́щественный судьбоно́сный щёлочноземе́льный неблюй bottle-head Catalan dip incubus redressal success synonym доделать дрессировщица каланча старинка торгующий